Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir

Tarix:2-06-2026, 08:41

Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir

İyunun 1-də Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edib.

Dövlət başçısı bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoyub və illər ərzində genişlənərək qlobal enerji gündəliyinin mühüm platformalarından birinə çevrilən Bakı Enerji Həftəsi formatını alıb. Prezident qeyd edib ki, 1996-cı ildə imzalanan Şahdəniz müqaviləsi Azərbaycanın müasir qaz tarixində yeni mərhələ açıb.

Prezident İlham Əliyev tədbirin qlobal enerji səhnəsində aparıcı mövqeyə malik olduğunu vurğulayaraq, tədbirlə bağlı məktub ünvanlayan ABŞ Prezidenti Donald Trampa, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Böyük Britaniyanın Baş naziri Kir Starmerə təşəkkürünü bildirib.

Dövlət başçısı çıxışında qeyd edib ki, dünya neft və qaz olmadan yaşaya bilməz və enerji təhlükəsizliyi ilə bərpaolunan enerji mənbələrinin inkişafı paralel şəkildə həyata keçirilməlidir. O vurğulayıb ki, Azərbaycan öz təbii sərvətlərindən düzgün istifadə etməklə iqtisadi və sosial inkişafını təmin edib.

Prezident xatırladıb ki, 1994-cü ildə Azərbaycan ağır iqtisadi və siyasi vəziyyətlə üz-üzə idi. Həmin dövrdə ölkədə yoxsulluq səviyyəsi yüksək, enerji asılılığı böyük idi və ərazilərin bir hissəsi işğal altında qalırdı. Lakin həyata keçirilən enerji strategiyası nəticəsində ölkə mühüm inkişaf yolu keçib.

Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycanda yoxsulluq 5 faizə enib, işsizlik minimum səviyyədədir, xarici borc aşağı həddədir və strateji valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir.

Prezident İlham Əliyev bildirib ki, enerji gəlirləri ölkənin sosial-iqtisadi inkişafına, infrastrukturun yenilənməsinə və güclü ordunun qurulmasına imkan verib. O qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfənin əsas göstəriciləridir.

Dövlət başçısı vurğulayıb ki, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Yeni yataqların işlənməsi hesabına qaz ixracının daha da artırılması nəzərdə tutulur.

Prezident bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrə də toxunaraq bildirib ki, gələn ilin sonunadək günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji layihələrinin uğurla icra olunduğu qeyd edilib.

Çıxışında enerji və nəqliyyat bağlantılarının genişləndirilməsinə də diqqət çəkən Prezident İlham Əliyev Qara dəniz Enerji Kabeli layihəsinin, eləcə də digər regional enerji və nəqliyyat marşrutlarının Avropa ilə əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

Sonda dövlət başçısı əminliyini ifadə edib ki, Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr və əldə olunacaq razılaşmalar enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Sevil Əliyeva
Abşeron rayonu, Güzdək qəsəbə tam orta məktəbin direktoru

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri