Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır

Tarix:Bu gün, 10:01

Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də Azərbaycanda səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdən sonra mətbuata bəyanatla çıxış edib.

Dövlət başçısı Azərbaycan-Türkmənistan münasibətlərinin tarixi, mədəni və mənəvi bağlar üzərində qurulduğunu vurğulayaraq, iki qardaş ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistana və Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkür edib. Qeyd olunub ki, Qurbanqulu Berdiməhəmmədovun ötən ilin iyulunda Azərbaycana səfəri zamanı Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü irəli sürülüb və hazırda layihənin icrasına başlanılıb.

Prezident İlham Əliyev iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsinin aparıldığını, müvafiq qurumlara konkret tapşırıqlar verildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiyanın iclasında bu tapşırıqların icrası müzakirə olunacaq və yeni birgə layihələrin reallaşdırılması üçün növbəti addımlar müəyyənləşdiriləcək.

Dövlət başçısı humanitar əlaqələrin ölkələr arasında münasibətlərin mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, son illərdə qarşılıqlı Mədəniyyət Günlərinin uğurla keçirildiyini qeyd edib. Bildirilib ki, bu ilin əvvəlində Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri təşkil olunub, ötən il isə Türkmənistanın mədəniyyət nümayəndələri Bakıda və Gəncədə keçirilən tədbirlərdə iştirak ediblər. Prezident həmçinin Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşmış şəhərlər olduğunu xatırladaraq, bunun iki xalqın birliyinin və yaxınlığının növbəti təzahürü olduğunu bildirib.

İlham Əliyev Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Prezident bu addımı tarixi hadisə kimi dəyərləndirərək, Azərbaycanın coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, region ölkələri ilə ortaq tarixi, mədəni və iqtisadi bağlara malik olduğunu vurğulayıb. Dövlət başçısının sözlərinə görə, nəqliyyat-logistika layihələri və regional əməkdaşlıq böyük Mərkəzi Asiya məkanının vahid geosiyasi və geoiqtisadi bölgə kimi formalaşmasına xidmət edir.

Prezident İlham Əliyev nəqliyyat və logistika sahəsində əməkdaşlığın strateji əhəmiyyət daşıdığını bildirərək qeyd edib ki, Azərbaycan və Türkmənistanın birgə səyləri nəticəsində regionda etibarlı və təhlükəsiz nəqliyyat marşrutları formalaşıb. Onun sözlərinə görə, siyasi qarşılıqlı fəaliyyət olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı. Tərəflər yükdaşımaların həcminin artırılması və üçüncü ölkələrdən tranzit yüklərin cəlb olunması məqsədilə bu sahədə koordinasiyanın daha da gücləndirilməsi barədə razılığa gəliblər.

Dövlət başçısı enerji sahəsində əməkdaşlıq perspektivlərinə də toxunaraq bildirib ki, Azərbaycan və Türkmənistan zəngin enerji ehtiyatlarına malik ölkələr kimi bu istiqamətdə səylərini birləşdirmək niyyətindədirlər. Prezident, həmçinin Türkmənistanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, ölkədə həyata keçirilən infrastruktur və turizm layihələrinin rəhbərliyin uzaqgörən siyasətinin nəticəsi olduğunu qeyd edib.

İlham Əliyev çıxışının sonunda Azərbaycanın Türkmənistanın beynəlxalq arenadakı uğurlarına sevindiyini və ölkənin neytrallıq siyasətini daim dəstəklədiyini vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanaraq mübadilə olunub. Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, nəqliyyat-logistika əməkdaşlığının və humanitar münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı iradə nümayiş etdiriblər.

Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır