Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər

Tarix:Bu gün, 14:38

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər.
Ramid Namazov
Milli Məclisin deputatı


Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin azad edilmiş torpaqlara son səfəri Ermənistandakı revanşist qüvvələrin və ümumilikdə reallıqlarla hələ də barışa bilməyən erməni cəmiyyətinin isterikasına səbəb olub. Sayca 22-ci səfər olan bu səfərin ermənilərdə bu qədər təşviş və əks-səda yaratması diplomatik korpusun geniş heyətlə təmsil olunması, xüsusilə də, Qərbin siyasi elitasının ön planda dayanması ilə bağlıdır.

Belə ki, 58 ölkə, 9 beynəlxalq təşkilatdan 150 nəfərlik nəhəng heyətin tərkibində ABŞ, Fransa, Almaniya, Avropa İttifaqı səviyyəsində diplomatların səfərə xüsusi ovqat qatması, Azərbaycanın legitim ərazilərində mövcud vəziyyəti və həqiqətləri etiraf etmələri Ermənistan cəmiyyətinin qıcıqlarını tarıma çəkib. Bu səfər dünya birliyinə və ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu konkret olaraq faktlaşdırdı, legitim yekun möhürünü vurdu.

Gəncəsər və Xudavəngin, habelə Qafqaz Albaniyasından qalmış digər tarixi abidələrin erməni irsi kimi təqdim edilməsi, Azərbaycan ərazisində tarixən ermənilərin məskunlaşması və müasir Ermənistan ərazisində guya azərbaycanlıların yaşamamasına dair təbliğat, irqçi yanaşma ifşa edildi.

Eyni zamanda, qonaqlar əsrlər boyu öz dədə-baba torpaqlarında yaşamış Qərbi Azərbaycanlıların min illər ərzində yaratdığı mədəni irsi darmadağın etmiş Ermənistanın dözümsüzlük və irqçilik mahiyyətini anlamağa başlayır.

Diplomatlar Qarabağda Qafqaz Albaniyasının tarixinin və irsinin canlı şahidi olmaqla, oradakı abidələrin Azərbaycan dövlətinə və xalqına məxsusluğuna, dövlət tərəfindən ən yüksək səviyyədə və məsuliyyətlə qorunduğuna tamamilə əmin oldular. Bu isə Ermənistanın Qafqaz Albaniyası irsinə və digər tarixi abidələrə irqçi yanaşmasının, inkar siyasətinin iflası deməkdir.

Uzun illər Qarabağın tarixi-mədəni-dini irsi, toponomiyası ilə bağlı özününküləşdirmə aktı həyata keçirən ermənilərin Qərbdə və dünya miqyasında apardığı saxta təbliğat və mif darmadağın oldu. Erməni cəmiyyətində dərin sarsıntı yaradan da məhz diplomatların ziyarət zamanı 30 illik yalanı rədd edərək əsl tarixi gerçəkliklərlə razılaşması, Azərbaycanla həmrəyliyik nümayiş etdirməsidir.

Ermənistan isə öz növbəsində diplomatik korpusun xoşməramlı səfərinə, obyektiv baxış və düşüncələrinə qarşı qəbuledilməz ritorika sərgiləyərək növbəti dəfə ikiüzlü simasını nümayiş etdirdi.

Əlbəttə, bu, Azərbaycanın suveren ərazisinə və daxili işlərinə qarışmaqdır, kobud müdaxilədir və erməni cəmiyyətinin xarici diplomatları kəskin tənqid atəşinə tutması bütün etik normaları, beynəlxalq sivil qaydaları aşmaq deməkdir.

Təəccüb doğurmayacaq hal isə Ermənistan hakimiyyətinin də revanşist qüvvələri dəstəkləməsidir. Müxalifətin reaksiyası məlumdur, ancaq Azərbaycanla sülh prosesini aparan, Azərbaycanın açdığı regional kommunikasiyalar sayəsində “müstəmləkəçilikdən” qurtulmağa çalışan Ermənistanın bəzi rəsmilərinin davranışı anlaşılan deyil.

Bu zərərli və kinli kampaniyanın arxasında hakimiyyətin dayanmasına dair məlumatların öz təsdiqini tapması isə İrəvanın yeni qurulan qonşuluqda hansı səmimiyyətə, xarakterə malik olmasını əks etdirir. Bu həm də sülh prosesinə qəsdən zərbə endirmək niyyətinə xidmət edən təxribatçı fəaliyyətlərdir.

Baş verənlər onu göstərir ki, Ermənistan nə sülh prosesində, nə də bölgədə formalaşan əməkdaşlıq platformasında səmimi deyil. Rəsmi İrəvan cılız maraqlarını güdərək Azərbaycana qarşı nifrət ruhu təlqin etmək xislətindən əl çəkmək istəmir.

İstənilən halda, erməni cəmiyyətində yaşanan hay-küyə baxmayaraq, bu səfər qəti bir reallığı tarixə yazdı:

- Azərbaycan xarici diplomatlarla düzgün kommunikasiyanı qurmaqla regiondakı vəziyyətin panoramasını dəqiq və heç bir müdaxilə olmadan dünyaya təqdim edir;

- Dövlətimiz Qərb dövlətləri başda olmaqla, xarici müşahidə üçün şəffaf və hərtərəfli qapı açır ki, qonaqlar aparılan fəaliyyətlərə canlı şahidlik etsin, öz suverenliyini bərpa etmiş ölkəmizin sülhsevər niyyətini, bölgədə çiçəklənmə və rifah quruculuğunda qətiyyətini, beynəlxalq əməkdaşlıq üçün yaratdığı münbit mühitini yerindəcə izləsinlər.

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır