Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı

Tarix:15-06-2025, 10:15

Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı


Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi, qədim tarixə malik Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkə arasında birgə nümayiş olunan birlik bu gün Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, eyni zamanda hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində daha yüksək səviyyəyə çatmış, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçmişdir.

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanı siyasi və diplomatik baxımdan dəstəkləməsi, bu əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə simvollarından birinə çevrilmişdir. Azərbaycan-Türkiyə münasibətlərində ən böyük uğurlardan biri də “Şuşa Bəyannaməsi” oldu. 2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar.

Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldən “Şuşa Bəyannaməsi”nin məhz Milli Qurtuluş Günündə imzalanması da təsadüfi deyildi. Bu hadisə Azərbaycan xalqının Vətən müharibəsindən sonra yaranmış böyük ruh yüksəkliyini daha da alovlandırdı, dostlar üçün böyük sevinc, düşmən üçün isə göz dağı oldu.

Bəyannamədə əksini tapan müddəalar Ermənistanın revanşist dairələrinə də mühüm mesajdır. Türkiyə açıq şəkildə bildirir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı istənilən təhdid Ankara üçün də qırmızı xətdir. Bu, regional sülh və təhlükəsizlik üçün mühüm zəmanət hesab oluna bilər.

Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.”.

Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə beynəlxalq hüquqla qorunan hərbi tərəfdaş olduqlarını bəyan etmiş oldular. Bununla da hər iki ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimiz bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə qarşılıqlı olaraq uyğun zəruri yardımlar göstərəcəklər. Bir sözlə, Şuşa Bəyanaməsində nəzərdə tutulduğu kimi, Azərbaycan və Türkiyə orduları arasında dostluq və tərəfdaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurlu inkişafının nəticəsi olaraq, qardaş ölkənin sürətlə inkişaf edən müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahların və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi perspektivləri daim diqqətdə saxlanılır.

Bəyannamənin imzalanmasından sonra Şuşada 15 iyun tarixində ənənəvi olaraq çox mühüm və çox əhəmiyyətli konfranslar keçirilmişdir. Belə ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda, 2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda, həmçinin 2024-cü ilin iyunun 15-də “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir.

Bütün bunlar onu deməyə əsas verir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyinin, dostluq və qardaşlıq münasibətləri özünün ən yüksək səviyyəsindədir.

Həsən İsmayılov
Abşeron RİH başçısının Xırdalan şəhər İƏD üzrə nümayəndəsinin müavini

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol