Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Tarix:4-04-2024, 09:46

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur


Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir. Bu model region dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəlib. Təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son 21 ildə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir.
Azərbaycan həm Aİ ilə, həm də qurumda təmsil olunan dövlətlərlə intensiv təmaslara malikdir. Respublikamız Aİ ilə müxtəlif proqramlar üzrə sıx əməkdaşlıq edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın hazırda ticarət əlaqələrinin 50 faizdən çoxu məhz Aİ ölkələrinin payına düşür.
Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilən iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
2017-ci ilin noyabrında Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı Sammitinin qəbul edilmiş Birgə Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib. Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sənəddə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib. Gələcək illər üçün Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycan Respublikasının Avropa İttifaqı ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsi xüsusi yer alıb. Sənəddə Azərbaycanın iştirak etdiyi digər beynəlxalq əməkdaşlıq sahələri də qeyd edilib.
2018-ci ilin iyulunda Brüsseldə Avropa İttifaqının mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi oldu.
Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub.
Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsindən sonra Aİ Azərbaycanla AQS Fəaliyyət Planını əvəz edəcək yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 11 iyul 2018-ci il tarixində Brüssel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirilmişdir. Sənəd 28 sentyabr 2018-ci il tarixində Azərbaycan – Aİ Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilmiş və həmin tarixdən qüvvəyə minmişdir.
Hazırda sənədin müddətinin 2027-ci ilədək uzadılması istiqamətində iş aparılır.
2022-ci il iyulun 18-də Bakıda "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.
Bu gün dünyada ciddi narahatlıq do¬ğuran geosiyasi proseslər, qarşıdurmalar fonunda enerji təhlükəsizliyi zəruri amilə çevrilib. Bütün ölkələrin, xüsusilə də Av¬ropa ölkələrinin enerji təhlükəsizliyi diqqət mərkəzində saxlanılıb. Azərbaycanın ger¬çəkləşdirdiyi uğurlu enerji siyasəti nəticə¬sində ölkəmiz Avropanın enerji təhlükə¬sizliyinin qarantı rolunda tanınıb.
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi Avropa İttifaqı ölkələri üçün həyati əhəmiyyətli məsələyə çevrilib. Müharibə tərəflərindən biri olan şimal qonşumuz “qoca qitə”nin “mavi yanacaq” istehlakında təxminən 45, neft tələbatının ödənilməsində isə 25 faiz paya malikdir. Müharibənin uzanması və Rusiyaya qarşı bir neçə mərhələdə sanksiyaların tətbiqi Avropanın enerji təhlükəsizliyinə ciddi təhdidlər yaradıb. Artıq xeyli vaxtdır ki, Aİ-yə daxil olan ölkələr alternativ enerji mənbələri axtarışındadırlar.
Belə çətin məqamda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına daha çox töhfə verməyə geniş imkanları olan ölkədir. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. Azərbaycan çox böyük səylər göstərməklə, qətiyyətli siyasi iradə nümayiş etdirməklə Xəzərdən Türkiyədən keçməklə Avropayadək uzanan Cənub Qaz Dəhlizinin inşasının tamamlanmasına nail oldu. Bir vaxtlar “qoca qitə”nin özündə müəyyən skeptik yanaşmalarla qarşılanan bu layihə indi bir növ xilaskarlıq rəmzinə çevrilib. Dörd mühüm seqmentdən ibarət olan yeni nəql marşrutunun inşası 2020-ci ilin sonlarında tamamlandı.

Hazırda Azərbaycanın gündəliyində 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası, ora Böyük Qayıdışı təmin etmək üçün zəruri infrastrukturun yaradılması prioritet istiqamət təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bəhs olunan ərazilərdə nəzərdə tutulan layihələrin icrasına dost ölkələrin şirkətləri də cəlb olunurlar. Biznes forumda qeyd edildiyi kimi, Avropa şirkətləri də işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələrin icrasına qoşulmağa böyük maraq göstərirlər.

Ümumilikdə, hazırda Azərbaycan-Avropa İttifaqı münasibətlərinə nəzər saldıqda qeyd etmək lazımdır ki, hazırda dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan artıq qlobal məkanda özünün müstəqil xarici siyasətini müəyyənləşdirməyə nail olub və əksər dövlətlərdən fərqli olaraq, ölkəmizin beynəlxalq subyektlərdən asılı tərəf kimi deyil, əksinə, dünya birliyinin bərabərhüquqlu üzvü olması ilə fərqlənir. Eyni zamanda, Avropa qurumları ilə əlaqələrin xarici siyasətdə əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikası həm Avropanın nüfuzlu təşkilatları, həm də əksər dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan uğurlu siyasi əməkdaşlığın qurulmasına nail olub.

Ülkər Rəhimova,
Zəhra Quluzadə,
Abşeron RİH könüllüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbələri

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan müəllimlərinin tarixi missiyası
Azərbaycan müəllimlərinin tarixi missiyası
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
27 Sentyabr – Anım Günü
27 Sentyabr – Anım Günü
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı