Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu

Tarix:9-11-2025, 19:53

Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu

Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının milli birliyinin, qürurunun və qəhrəmanlığının simvolu olan 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər, valideynlər, şəhid ailələri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra məktəbin direktoru Mahnur Hüseynova çıxış edərək bu tarixi günlərin Azərbaycan xalqı üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək xalqımıza illərin həsrətini yaşadan qələbəni bəxş edib. “Bu qələbə hər bir azərbaycanlının qəlbində qürur, həmrəylik və dövlətinə sonsuz inam hissi yaradıb,” – deyə məktəb direktoru vurğulayıb.

Daha sonra məktəbdə təhsil alan şəhid övladlarının ifasında “Mənim atam qəhrəmandır” mahnısı səsləndirilib. İfa tədbir iştirakçılarını duyğulandırıb, şəhidlərə olan sonsuz ehtiram və minnətdarlıq hisslərini bir daha yaşadıb. Tədbirin bədii hissəsində şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, vətənə məhəbbəti tərənnüm edən mahnılar oxuyublar. Gənc rəqqaslar tərəfindən hazırlanan vətənpərvərlik ruhunda rəqs nömrələri tədbirə xüsusi rəng qatıb.

Məktəbin foyesində şagirdlərin hazırladığı əl işləri və “Şuşa, sən azadsan!” adlı rəsm sərgisi nümayiş olunub. Həmçinin Zəfər Gününə həsr olunmuş divar qəzetləri və fotoguşələr sərgilənib. Tədbir çərçivəsində “Sən azadsan, Şuşa” mövzusunda keçirilən inşa müsabiqəsinin qalibləri təltif olunub, onların yazılarında ifadə olunan vətən sevgisi və qürur hissi yüksək qiymətləndirilib.

Vətən Müharibəsi qazisi Vasif Allahverdiyev çıxış edərək döyüş xatirələrindən söz açıb, gənclərə Vətənə sədaqətli, dövlətinə bağlı və milli ruhlu övladlar kimi yetişməyi tövsiyə edib. Qazi qeyd edib ki, bu gün azad, müstəqil və güclü Azərbaycanda yaşamaq uğrunda minlərlə qəhrəman şəhidimiz canından keçib, onların hər biri xalqımızın yaddaşında əbədi yaşayacaq.

Tədbirin sonunda məktəbin kollektivi və şagirdlər Zəfər Gününün Azərbaycan tarixində dönüş nöqtəsi, milli qürurun və əzmkar ruhun təcəssümü olduğunu vurğulayıblar. Sonda “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib, vətənpərvərlik ruhunda mahnılar ifa olunub.

Bu cür tədbirlər gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşmasına, şəhid və qazilərimizin qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasına xidmət edir.

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol