Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qələbədən Böyük Qayıdışa

Tarix:5-11-2025, 16:34

Qələbədən Böyük Qayıdışa


Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı səhifəsini – Zəfər Gününü, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin beşinci ildönümünü böyük fəxarət, sevinc və qürur hissi ilə qeyd edir. 8 Noyabr 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından səsləndirdiyi “Şuşa azaddır! Qarabağ Azərbaycandır!” kəlmələri Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. O an təkcə bir şəhərin deyil, bir millətin qürurunun, inamının və 30 illik həsrətinin azadlığa qovuşduğu an idi. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” – deyə Prezident İlham Əliyevin həmin gün dediyi sözlər təkcə bir tarixi bəyanat deyil, həm də Ulu Öndər Heydər Əliyevin ruhuna ehtiramın, millət qarşısında məsuliyyətin ən ali ifadəsi idi.

Azərbaycan xalqının müdrik lideri Heydər Əliyev illər öncə böyük inamla demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri İlham Əliyev başa çatdıra biləcək.” Tarix sübut etdi ki, bu sözlər bir uzaqgörənlik, bir vəsiyyət idi. Prezident İlham Əliyev Ulu Öndərin başladığı müqəddəs missiyanı qətiyyətlə başa çatdırdı, Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.
Azərbaycan uzun illər sülh və beynəlxalq hüquqa sadiq qaldı, BMT-nin dörd qətnaməsinin icrasını gözlədi, diplomatik yollarla torpaqlarını azad etməyə çalışdı. Lakin dünya birliyinin susqunluğu, beynəlxalq təşkilatların ikili standartları bu ədalətsizliyə son qoymadı. Ermənistanın ardıcıl təxribatları, işğal olunmuş ərazilərdə məskunlaşdırma siyasəti və “yeni müharibə – yeni ərazilər” iddiaları artıq sülhün mümkünsüzlüyünü göstərirdi. Azərbaycan xalqı isə bu təxribatlar qarşısında bir yumruq kimi Ali Baş Komandanının ətrafında birləşdi. “Qarabağ Azərbaycandır və nida işarəsi!” – bu çağırış yalnız bir cümlə deyildi, millətin birliyini, iradəsini və gələcəyə inamını ifadə edən milli and idi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu özünümüdafiə hüququndan istifadə etdi və 44 günlük Vətən müharibəsi başladı. Hər gün, hər saat xalq ordunun arxasında idi. Cəbhədə döyüşən əsgərin, səngərdə duran zabitin, evdə dua edən ananın, məktəbdə dua edən şagirdin ürəyi bir idi. Azərbaycan Ordusunun igidliyi sayəsində beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad olundu. Noyabrın 8-də isə Şuşa fatehləri Qələbənin qapısını açdı. Bu əməliyyat hərb tarixində bir möcüzə kimi qalacaq – çətin dağlıq şəraitdə, əlbəyaxa döyüşlə, yüksək taktiki məharətlə qazanılmış böyük Qələbə idi. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində qürurla dedi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!” O sözlər Azərbaycan tarixinin dönüş nöqtəsinə çevrildi – məğlub millət sindromu bitdi, qalib xalq dövrü başladı.

Üç il sonra – 2023-cü ilin 19–20 sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə ölkənin suverenliyi tam bərpa edildi. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə və Xocavənddə dalğalandırdığı üçrəngli bayraq bu Qələbənin simvoluna çevrildi: “Bu gün burada qaldırdığım bayraq əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə yollar, tunellər, məktəblər, şəhərlər, kəndlər inşa olunur. Böyük Qayıdış artıq reallığa çevrilib – Azərbaycan xalqı yalnız torpaqlarına deyil, həm də kökünə, mədəniyyətinə və gələcəyinə qayıdır.

Vətən müharibəsinin qəhrəmanları arasında müəllimlərin xüsusi yeri var. Onlar illərlə gənclərə vətənpərvərlik, qeyrət və vətən sevgisi aşılayıblar. 44 gün davam edən döyüşlərdə yüzlərlə müəllim silaha sarıldı, onlardan 20-si məktəb direktoru, 32-si direktor müavini, 671-i müəllim idi. 20 müəllim şəhidlik zirvəsinə ucaldı. Bu gün onların adları həm məktəb partalarında, həm də xalq yaddaşında yaşayır.

Qələbənin beşinci ildönümündə Abşeron Rayonunda da geniş tədbirlər keçirilir. Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron–Xızı Regional Təhsil İdarəsinin təşəbbüsü ilə məktəblərdə sərgilər, vətənpərvərlik yarışları, qazilərlə görüşlər təşkil olunur, şəhid ailələri ziyarət edilir. Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə keçirilən tədbirlərdə şagirdlər şəhidlərin xatirəsinə ithaf olunan kompozisiyalar təqdim edir, Zəfər ruhunu əks etdirən sərgilər nümayiş olunur. Hazırda məktəbdə 20-yə yaxın şəhid övladı və 30-dan çox qazi övladı təhsil alır.Məktəbimizdə işləyənlər arasında müəllim, tərbiyəçi və texniki işçi kimi fəaliyyət göstərən qazi və şəhid ailəsi üzvləri də var. Bu, Zəfərin xalqın həyatına necə sirayət etdiyinin bariz göstəricisidir.

Bu gün müstəqil Azərbaycanın hər bir guşəsində üçrəngli bayrağımız qürurla dalğalanır. Xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edib, dünyaya iradəsini göstərib. Zəfər Günü xalqın birliyinin, igidliyinin və dövlətçilik əzminin rəmzidir. Ulu Öndərin müdrik sözləri bu gün bir daha öz təsdiqini tapır: “Azərbaycanın müstəqilliyi sarsılmazdır, əbədidir və dönməzdir!”
Bu gün qalib Azərbaycan xalqı bir daha qürurla deyir: Qarabağ Azərbaycandır – əbədi və dönməz!


Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları