Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Mehdiabad məktəbində 8 Noyabr – Zəfər Günü qürurla qeyd olundu

Tarix:2-11-2025, 10:25



Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə anım və qürur dolu tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

İlk olaraq Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Məktəbin foyesində Zəfər Gününə həsr olunmuş foto və informasiya guşəsi nümayiş etdirilib.

Məktəbin direktoru Afət Camalova çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində əhəmiyyətli dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə xalqımıza tarixi Qələbə bəxş edib: “Bu Qələbə yüz illərə sığacaq qəhrəmanlıq dastanıdır. Hər bir şəhidimizin qanı bu Zəfərin bünövrəsində dayanır. Onların ruhu qarşısında dərin ehtiramla baş əyirik.”

A.Camalova həmçinin vurğulayıb ki, Zəfər Günü təkcə torpaqlarımızın azad olunması deyil, həm də xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və milli həmrəyliyimizin təntənəsidir. O, gənclərə bu qəhrəmanlıq tarixini daim qürurla xatırlamağı, şəhidlərimizin xatirəsini uca tutmağı tövsiyə edib.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri və qazilər də müharibə dövründə yaşadıqları hisslərdən danışaraq, Azərbaycan əsgərinin göstərdiyi igidlik və fədakarlığın hər bir vətəndaş üçün qürur mənbəyi olduğunu qeyd ediblər. Onlar bildiriblər ki, bu gün üçrəngli bayrağımızın Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda dalğalanması hər bir azərbaycanlının ürəyində iftixar hissi doğurur.

Məktəbin şagirdləri tədbir boyunca vətənpərvərlik ruhunda şeirlər səsləndirib, mahnılar oxuyub və səhnəciklər nümayiş etdiriblər. Uşaqların ifasında səslənən “Qarabağ Azərbaycandır”, “Qəhrəman əsgər” və digər kompozisiyalar tədbir iştirakçılarına duyğulu və qürurverici anlar yaşadıb.

Tədbirin sonunda məktəb kollektivi şəhid ailələri və qazilərlə birgə xatirə şəkli çəkdirib, onlara göstərdikləri fədakarlığa görə minnətdarlıq ifadə olunub.

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi