Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qalib Xalqın Qürur Günü: 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü

Tarix:3-11-2025, 19:06

Qalib Xalqın Qürur Günü: 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü


8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış ən şanlı səhifələrdən biridir. Bu tarix yalnız bir qələbə günü deyil, həm də xalqımızın milli ruhunun, birliyinin və dövlətimizin qüdrətinin təntənəsidir. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu, torpaqlar azad edildi, ədalət bərpa olundu və ərazi bütövlüyümüz təmin edildi.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Qarabağın tacı sayılan Şuşa şəhərini azad edərək müharibənin taleyini həll etdi. Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayaları və meşəlik dağları aşaraq düşmənə sarsıdıcı zərbə endirdilər, qədim şəhəri dağıtmadan, tarixi irsə toxunmadan azad etdilər. Bu möhtəşəm Qələbənin nəticəsi olaraq Prezident İlham Əliyevin sərəncamı ilə 8 noyabr – Zəfər Günü elan edildi. Prezidentin Şəhidlər xiyabanından xalqa müraciəti isə yaddaşlara əbədi həkk olundu: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq.”

44 günlük müharibə ərzində Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi. Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atdı, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz şəkildə geri qaytarıldı. Zəfərin əldə olunmasında xalqımızın birliyi, igid əsgərlərimizin rəşadəti və şəhidlərimizin müqəddəs qanı həlledici rol oynadı.

Qarabağ Zəfərinin zirvəsində duran Şuşa əməliyyatı Azərbaycanın hərbi məktəbinin simvoluna çevrildi. Bu əməliyyat ordumuzun mükəmməl planlaması, yüksək peşəkarlığı və mənəvi üstünlüyü ilə mümkün oldu. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin “Şuşasız Qarabağ yoxdur” kəlamını reallığa çevirdi və öz adını Müzəffər Sərkərdə kimi tarixə yazdırdı.

Qələbədən sonra da bəzi təxribatlar davam etdi. 2023-cü ilin sentyabrında baş verən mina partlayışı nəticəsində 6 nəfər, o cümlədən polis əməkdaşları şəhid oldu. Bununla bağlı Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirləri keçirdi və bir gün ərzində qanunsuz silahlı birləşmələr təslim olmağa məcbur edildi. Qarabağda sülh, sabitlik və təhlükəsizlik bərqərar oldu.

Tarixi Qələbənin davamı olaraq, 2023-cü ilin 15 oktyabrında Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda üçrəngli bayrağımızı ucaltdı: “Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Abşeron rayonunda “Şəfəq” qəsəbəsi şəhid ailələri və qazilər üçün xüsusi rəmzi məna daşıyır. Prezident İlham Əliyevin sərəncamına əsasən burada 420 şəhid ailəsi və 850 müharibə əlili ailəsi yeni mənzillərlə təmin olunub. Hal-hazırda qəsəbənin tam orta məktəbində 38 şəhid övladı və 185-dən çox qazi övladı təhsil alır. Eyni zamanda, 20-dən çox qazi və şəhid ailəsi üzvü məktəbdə müxtəlif sahələrdə çalışaraq həm öz gələcəklərini təmin edir, həm də cəmiyyətə faydalı olur.

Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşəbbüsü ilə hər il rayonun bütün ümumtəhsil məktəblərində, o cümlədən Şəfəq qəsəbə tam orta məktəbində Milli və dini bayramlar – “Novruz”, “Qurban”, “8 Mart”, “1 İyun – Uşaqlar Günü” və Yeni il münasibətilə şəhid ailələri və qazilər ziyarət edilir, məktəbdə keçirilən tədbirlərdə iştirak etməyə dəvət olunurlar. Məktəbdə həmçinin vətənpərvərlik dərsləri keçirilir, şəhid ailələri və qazilərlə görüşlər təşkil olunur, bu isə gənc nəsildə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edir.

8 Noyabr – Zəfər Günü Azərbaycanın milli iftixar, dövlətçilik və suverenlik rəmzidir. Bu Zəfərin 5-ci ildönümü münasibətilə hər bir azərbaycanlı bir daha fəxrlə deyir: “Qarabağ Azərbaycandır!”

Almaz Hüseynova,
Abşeron rayon Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu