Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qələbə sevinci, bayraq qüruru

Tarix:9-11-2025, 18:07

Qələbə sevinci, bayraq qüruru


Abşeron rayonu, Saray qəsəbə 4 nömrəli tam orta məktəbdə Azərbaycan xalqı üçün əbədi qürur və şərəf mənbəyi olan 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, eləcə də valideynlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edənlər xalqımızın qəhrəmanlıq salnaməsində əbədi yer tutan 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu gün müasir Azərbaycanın gücünü, xalqın birliyini və dövlətin qüdrətini simvolizə edən qürur günüdür.

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı bu şanlı Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də milli qürurumuzun, birliyimizin, əzmkarlığımızın təntənəsidir. Şagirdlərə Zəfər Gününün tarixi, Vətən müharibəsində qazanılan nailiyyətlər, Azərbaycan Ordusunun dünya hərb tarixindəki yeri barədə geniş məlumat verilib.

Tədbirdə şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Onların ifasında “Şuşa Qarabağın tacıdır!”, “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndirilib, Vətən sevgisi, qəhrəmanlıq və milli qürur hissi tərənnüm olunub.

Məktəbin müəllimlərinin rəhbərliyi ilə şagirdlər daha sonra İkinci Fəxri Xiyabanı ziyarət ediblər. Burada Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun, Mübariz İbrahimovun və İkinci Qarabağ müharibəsində şəhid olmuş digər qəhrəman oğullarımızın məzarları ziyarət olunub. Məktəblilər, müəllimlər və valideynlər şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Ziyarətin məqsədi gənc nəslin milli ruhda tərbiyə olunması, tariximizin və qəhrəmanlarımızın tanıdılması, onların xatirəsinə daim ehtiramla yanaşmaq zərurətinin aşılanması olub. Tədbir iştirakçıları vurğulayıblar ki, bu gün hər bir azərbaycanlı Zəfəri bizə bəxş edən şəhidlərin qəhrəmanlıq yolunu dərindən öyrənməli, onların ruhu qarşısında baş əyməli və bu müqəddəs tarixə sahib çıxmalıdır.

Saray qəsəbə 4 nömrəli məktəbin kollektivi tərəfindən keçirilən bu tədbir həm Zəfər Gününə, həm də Dövlət Bayrağı Gününə həsr olunmuş qürur dolu bir vətənpərvərlik dərsi kimi yadda qalıb.

Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru



YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol