Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası

Tarix:Bu gün, 18:14

Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası


Müstəqilliyin, ədalətin və qanunun aliliyinin simvolu olan 12 Noyabr – Konstitusiya Günü, hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Mən bir şəhid atası kimi bu günü böyük fəxarət və dərin minnətdarlıq hissi ilə qeyd edirəm. Çünki bu tarix bizim müstəqil dövlətçiliyimizin hüquqi təməlini, azadlıq və suverenliyimizin bərabərliyə, ədalətə və milli birliyə söykənən sütunlarını təcəssüm etdirir.

Bu gün biz Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə, onun uzaqgörən siyasətinə, milli və hüquqi dövlətin yaradılması yolunda gördüyü əvəzsiz işlərə hörmətlə baş əyirik. “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir” – Ulu Öndərin bu kəlamları yalnız bir sənədin deyil, bir millətin gələcək yol xəritəsinin mahiyyətini ifadə edir. 1995-ci ildə onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, müstəqil dövlətimizin hüquqi bünövrəsini möhkəmləndirən, xalqın iradəsini qanun səviyyəsinə yüksəldən tarixi hadisə oldu.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.” Bu sözlər bir daha sübut edir ki, müasir Azərbaycanın hüquqi və siyasi sistemi məhz Heydər Əliyev məktəbinin dərin təməl prinsipləri üzərində formalaşıb.

Tarixə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı əsrlər boyu azadlıq və ədalət uğrunda mübarizə aparıb. 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti, demokratik dövlətin əsasını qoysa da, o dövrdə Əsas Qanunun qəbuluna imkan tapılmadı. 1921-ci ildən başlayaraq müxtəlif dövrlərdə qəbul edilən Konstitusiyalar milli dövlətçilik ruhunu tam ifadə edə bilmədi. Lakin 1978-ci il Konstitusiyasına Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması tariximizdə dönüş nöqtəsi oldu. Bu, sadəcə hüquqi düzəliş deyildi – bu, milli oyanışın, müstəqillik düşüncəsinin və azərbaycançılıq ideyasının rəsmi ifadəsi idi.

1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ölkədə siyasi sabitlik və hüquqi idarəetmədə yaranan böhran yalnız 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə aradan qaldırıldı. O, xalqın xilaskarı kimi çıxış edərək müasir Azərbaycan dövlətinin təməlini yaratdı, sabitliyi təmin etdi və hüquqi dövlətin əsaslarını müəyyənləşdirdi. Nəticədə 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

O gündən etibarən ölkəmizin inkişafında yeni mərhələ başladı. 12 noyabr tarixi Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Konstitusiyası Günü” elan edildi və bu tarix hər il böyük ehtiramla qeyd olunmağa başladı. Konstitusiyanın qəbulu Ulu Öndərin dövlətçilik sahəsindəki ən böyük tarixi xidmətlərindən biri kimi xalqın yaddaşına həkk olundu.

Azərbaycan Konstitusiyası xalqın iradəsini, müstəqil dövlətin ideya əsaslarını və vətəndaş hüquqlarının təminatını özündə birləşdirən mükəmməl hüquqi sənəddir. Burada insan hüquq və azadlıqları ali dəyər kimi qəbul olunur. 48 maddə birbaşa insan hüquqlarının müdafiəsinə həsr olunub. Heç bir vətəndaşın dili, dini, irqi və mənsubiyyəti fərq qoyulmadan bərabər hüquqlara malik olduğu təsbit edilib.
Bu dəyərlərin davamı olaraq 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması hüquqi dövlət quruculuğunda mühüm hadisə idi. Bu institut qanunların Əsas Qanuna uyğunluğunu təmin etməklə hüquqi sabitliyin, ədalətin və qanunçuluğun keşiyində dayanır.

Zamanın tələbləri ilə Konstitusiyamız daim inkişaf edir, yenilənir. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar idarəetmənin təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə və dövlət institutlarının səmərəli fəaliyyətinə xidmət edib. Bu dəyişikliklər içərisində Birinci vitse-prezidentlik institutunun yaradılması, dövlətin idarə olunmasında çevikliyin və məsuliyyətin artırılması baxımından mühüm addım idi.

Bu gün biz müstəqilliyimizi, azadlığımızı və dövlətçiliyimizi qoruyan qanunların gücünü, şəhidlərimizin qanı bahasına qazandığımız azad torpaqlarda Konstitusiyanın tam qüvvədə tətbiq olunmasını qürurla seyr edirik. 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında qazanılmış Zəfərlər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu, Konstitusiyamızın ölkənin hər qarışında reallığa çevrilməsi, dövlətin qanuni qüdrətinin hər yerə çatması deməkdir.

Bu nailiyyətlər fonunda Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması böyük mənəvi və siyasi əhəmiyyət daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı hüquqi dövlətin inkişafına töhfə vermiş şəxslərə göstərilən yüksək qiymətin təzahürüdür.

Bu gün mən bir şəhid atası kimi fəxr edirəm ki, oğlum da, onun kimi minlərlə igid Vətən oğlu da Konstitusiyanın qoruduğu bu müqəddəs dövlətin ərazi bütövlüyü uğrunda canlarını fəda edib. Onların qanı ilə qorunan bu torpaqda hüququmuz, azadlığımız və dövlətçiliyimiz daha da möhkəmlənib.

Konstitusiyamız bu gün müstəqil Azərbaycan dövlətçiliyinin ən ali rəmzidir. O, xalqın iradəsini, milli birliyimizi və suverenliyimizi ifadə edir. Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən bu Əsas Qanun Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün reallıqlarına uyğun şəkildə yaşayır, yenilənir və Azərbaycan dövlətinin gücünə xidmət edir.

12 Noyabr – Konstitusiya Günü təkcə bir tarixi hadisənin deyil, həm də azadlıq, hüquq, ədalət və milli həmrəyliyimizin bayramıdır. Bu gün biz yalnız bir sənədi deyil, müstəqil Azərbaycanın ədalətə, sabitliyə və gələcəyə inamla addımlayan yolunu qeyd edirik.

Şəhid Vidadi Zalovun atası Nizami Zalov,
Saray bələdiyyəsinin sədri

Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Üçrəngli bayrağımız – azadlığımızın, suverenliyimizin və milli qürurumuzun əbədi simvolu
Üçrəngli bayrağımız – azadlığımızın, suverenliyimizin və milli qürurumuzun əbədi simvolu
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir
Zəfərin mübarək, Azərbaycan
Zəfərin mübarək, Azərbaycan
Qələbədən Böyük Qayıdışa
Qələbədən Böyük Qayıdışa
Azərbaycan xalqı Zəfər Gününü böyük qürur və coşqu ilə qeyd edir
Azərbaycan xalqı Zəfər Gününü böyük qürur və coşqu ilə qeyd edir
Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər
Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər
Qalib Xalqın Qürur Günü: 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü
Qalib Xalqın Qürur Günü: 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü
Abşeronda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərildi
Abşeronda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərildi
Mehdiabad məktəbində 8 Noyabr – Zəfər Günü qürurla qeyd olundu
Mehdiabad məktəbində 8 Noyabr – Zəfər Günü qürurla qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin inkişafı diqqət mərkəzindədir
Abşeronda məktəbəqədər təhsilin inkişafı diqqət mərkəzindədir
Xırdalanda “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda bilik yarışı keçirilib
Xırdalanda “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda bilik yarışı keçirilib
Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti
Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti
Birinci Qarabağ Müharibəsi şəhidi Abdulla Quliyevin Saray Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib
Birinci Qarabağ Müharibəsi şəhidi Abdulla Quliyevin Saray Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib
Qardaşlıq, tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi
Qardaşlıq, tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi
Görədil məktəbində uşaq hüquqları mövzusuna xüsusi diqqət
Görədil məktəbində uşaq hüquqları mövzusuna xüsusi diqqət