Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər

Tarix:13-11-2025, 17:12

Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər


Abşeron Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin istedadlı yetirmələri növbəti dəfə beynəlxalq arenada Azərbaycan bayrağını dalğalandıracaqlar. Məktəbin sərbəst güləşçiləri – Jalə Əliyeva, Birgül Soltanova və Zəhra Kərimzadə 7–21 noyabr 2025-ci il tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər.

Azərbaycan idmanının beynəlxalq miqyasda qazandığı uğurlar dövlətimizin idmana göstərdiyi ardıcıl diqqət və qayğının bariz nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü idman siyasəti ölkədə bu sahənin inkişafını yeni mərhələyə yüksəldib. Müasir idman infrastrukturu, idmançıların sosial təminatı və gənclərin fiziki tərbiyəsinə göstərilən dəstək sayəsində Azərbaycan idmançıları dünyanın ən mötəbər yarışlarında öz sözlərini deyirlər.

Bu uğurların davamlılığında Birinci vitse-prezident Mehriban Əliyevanın idmana göstərdiyi xüsusi diqqət və qayğının da böyük rolu var. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar və sosial layihələr, idmanın inkişafına yönəlmiş proqramlar və beynəlxalq əməkdaşlıqlar milli idmanımızın daha da güclənməsinə mühüm töhfə verir.

Abşeron məktəbinin idmançılarının təkcə 2024–2025-ci tədris ilində əldə etdikləri nailiyyətlər bunu bir daha sübut edir. Bu dövrdə məktəbin idmançıları 14 beynəlxalq yarışda iştirak edərək onlarla medal qazanıblar:

U-17 Dünya Çempionatı (İordaniya, 2024): Ayxan Cavadov – I yer, Zəhra Kərimzadə – III yer, Rəvan Həsənzadə – III yer
U-23 Dünya Çempionatı (2024): Jalə Əliyeva – I yer
“Gimnaziyada İdman Oyunları” (Bəhreyn): Rəvan Həsənzadə – III yer
Veteranların Dünya Çempionatı (Xorvatiya): Cəlal Abdulov – III yer
Dünya Reytinq Turniri (Zaqreb): Kənan Heybətov – I yer, Jalə Əliyeva – II yer
U-23 Avropa Çempionatı (Albaniya): Kənan Heybətov – II yer, Elnurə Məmmədova – I yer
Avropa Çempionatı (Slovakiya): Kənan Heybətov – III yer, Jalə Əliyeva – III yer
İSF Gimnaziyada Oyunları (Serbiya): Günel Kərimli – II yer, Gülay Xasməmmədova – III yer
U-17 Avropa Çempionatı (Makedoniya): Nicat Yeylaqalıyev – III yer, Rəvan Həsənzadə – I yer
U-15 Avropa Çempionatı (İtaliya): Əkbər Əsgərov – II yer, Məryəm Əmrəli – III yer
U-20 Avropa Çempionatı: Ayxan Cavadov – I yer
U-20 Dünya Çempionatı (Bolqarıstan): Ayxan Cavadov – I yer
MDB Oyunları: Rəvan Həsənzadə – I yer, Nicat Yeylaqalıyev – II yer
U-23 Dünya Çempionatı (Serbiya): Kənan Heybətov – I yer

Bu nailiyyətlər bir daha göstərir ki, Abşeronda idmanın inkişafı üçün yaradılan şərait, gənclərin peşəkar hazırlığı və dövlət qayğısı böyük uğurların əsasını təşkil edir.

1972-ci ildən fəaliyyət göstərən Abşeron Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi ötən 53 il ərzində minlərlə istedadlı idmançının yetişdiyi bir mərkəzə çevrilib. Məktəbin yetirmələri dünya, Avropa və beynəlxalq arenalarda saysız-hesabsız qələbələr qazanaraq Azərbaycan idmanında özünəməxsus yer tutublar.
Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, SSRİ İdman Ustası Mais Məsimov bildirib ki, məktəbin qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasətinin parlaq nəticəsidir:
“Azərbaycan idmanının bu gün beynəlxalq arenada qazandığı nüfuz dövlətin idmana göstərdiyi dəstəyin, idmançılarımıza yaradılan şəraitin nəticəsidir. Məqsədimiz gənclər arasında idmanı daha da populyarlaşdırmaq, yeni çempionlar yetişdirməkdir. Məktəbimizin yetirmələrinin uğurları bu siyasətin real bəhrəsidir.”

Bu gün Abşeron məktəbinin gənc sərbəst güləşçiləri VI İslam Həmrəyliyi Oyunları öncəsi yüksək səviyyədə hazırlıq mərhələsindədirlər. Onlar təkcə medallar uğrunda deyil, həm də Azərbaycan idmanının qürurunu və şərəfini layiqincə təmsil etmək üçün mübarizə aparacaqlar.

Redaktor: Günel İbişova

Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır