Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İranın xarici işlər naziri və parlament sədri ABŞ və Avropanı tənqid edib

Tarix:16-12-2013, 14:59

İranın xarici işlər naziri və parlament sədri ABŞ və Avropanı tənqid edib
İranın xarici işlər naziri ABŞ-ı tənqid edib. İran mətbuatına istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif öz “Facebook” səhifəsində yazıb ki, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi İrana qarşı tətbiq olunmuş sanksiyaları pozduqlarına görə bəzi yerli və xarici şirkətlərə, şəxslərə embarqo qoyub: “Bir neçə gün əvvəl ABŞ rəsmiləri tərəfindən uyğun olmayan addımlar atıldı, biz də məsələnin bütün ölçülərini nəzərə alaraq bu cəhdlərə lazımi cavab verdik. İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmadan məmnun olmayan bəzi dostlarımız ABŞ-ın bu addımını anlaşmanın sonu kimi qələmə verməyə çalışdılar. Ancaq bu, həqiqəti deyil, yalnız həmin şəxslərinin öz fikirlərini əks etdirir. Müzakirə və nəticənin əldə olunması çətin prosedurdur və çoxlu eniş-yoxuşu var. Biz Cenevrə müzakirələrini ciddi şəkildə davam etdirəcəyik. Əlbəttə, əlverişsiz və sonu hesab edilmədən atılan hər addım nüvə razılaşmanın pozulması mənasını verməsə də, münasib, hesablanmış və məntiqli şəkildə cavab veriləcək”.

İran xarici siyasət idarəsinin başçısı ölkə daxilindəki bəzi mühafizəkarların nüvə müzakirəçilərinin milli mənfəətlərdən geri addım atması ilə bağlı səsləndirdikləri fikirlərə də münasibət bildirib: “Bizim hələlik zərurətindən doğan səssizliyimizdən faydalanaraq bəhanə edən yoldaşlarımız bütün etiraz və suallarına verəcək cavabımız olduğunu əlbəttə bilirlər. İranın nüvə müzakirəçilərinin milli mənfəətlərimizi qorumaq kimi daha mühüm bir vəzifəsi olmasından dolayı bəzi mövzulara cavab verməyi hələlik ölkənin yararına uyğun hesab etmirik. Ona görə də bizə rəva olmayan bütün bu insafsızca etiraflar qarşısında milli mənfəətlər üçün səssiz qalmağa hazırıq. Münasib zamanda bütün şübhə və tənqidlərə cavab verəcəyik”.

İran parlamentinin sədri Əli Laricani də ABŞ və Avropanı sərt tənqid edib. O bildirib ki, İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya maneə törədilməsinə yönəlik səylər Qərbin lehinə deyil: “ABŞ-ın İrana qarşı yeni sanksiyaları Cenevre razılaşmasına ziddir. ABŞ-ın bu cür cəhdləri onun siyasi sahədəki pis əxlaqını göstərir. Cenevrə razılaşmasına görə, İranın nüvə məsələsi ilə bağlı problemin həllinə mühit hazırlanmalıdır. Ancaq ABŞ-ın İrana qarşı yeni sanksiya qərarı alması bu ölkənin nüvə problemini həll etmək əvəzinə, məsələni daha da böyütməyə, eyni zamanda Cenevrə razılaşmasını heçə saymağa cəhd göstərib. ABŞ və Avropanın cəhdləri fikir ayrılıqlarına gətirib çıxaracaq”.

İran parlamentinin sədri deyib ki, qərblilər nüvə müzakirələrində razılaşma əldə etsələr də, onun tətbiqi məsələsindən lazım olduğu anda qaçdıqları açıq şəkildə görünür.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi dekabrın 11-də İrana qarşı tətbiq edilmiş sanksiyaları pozduqlarına görə 19, dekabrın 12-də isə 18 hüquqi və fiziki şəxsi “qara siyahı”ya salıb.
Elməddin Əmirov

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır