Absheron Media
Haqqımızda Bizimlə əlaqə

ANAMA-nın mina axtaran itlər üzrə qrupu ABŞ-da mükafat alıb

Tarix:26-10-2018, 13:18

 ANAMA-nın mina axtaran itlər üzrə qrupu ABŞ-da mükafat alıb


ANAMA-nın mina axtaran itlər üzrə qrupu ABŞ-ın Marşal İrsi İnstitutunun (Mİİ) 2018-ci il üzrə ilin heyəti seçilib.

İnstitutun münsiflər heyəti ANAMA-nın namizədi Vahid Məmmədovu və onun Esgimo adlı mina axtaran itini Azərbaycanda minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə bu mükafata layiq görüb.

Mİİ-nin 21-ci illik qala tədbiri çərçivəsində bu qrup üçün xüsusi təltif etmə mərasimi keçirilib. Qala tədbirində ABŞ-ın dövlət rəsmiləri, konqresmenlər, diplomatik korpusun üzvləri, eləcə də ANAMA-nın direktoru Qəzənfər Əhmədov da daxil olmaqla, bəzi ölkələrdən xüsusi qonaqlar iştirak edib.

Təqdimat zamanı ANAMA-nın Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən regional bazasında xidmət edən Vahid Məmmədov öz həyatı və apardığı şərəfli və insan həyatını xilas edən xidməti barədə danışıb.

Səfirliyin müşaviri Vüqar Qurbanov nitq söyləyərək Azərbaycanın beynəlxalq mina fəaliyyətinə göstərdiyi töhfələrdən, ANAMA-ya dövlətin dəstəyindən danışıb, həmçinin bu quruma göstərilən dəstəyə görə beynəlxalq tərəfdaşlara, o cümlədən ABŞ-a təşəkkür edib. Tədbirdə həmçinin ABŞ müdafiə katibinin sabitləşdirmə və humanitar məsələlər üzrə köməkçisinin müavini Mark Suayn, “respublikaçı” senator Mayk Enzi və digər nüfuzlu xadimlər tərəfindən çıxışlar səsləndirilib.

Vaşinqtona səfəri çərçivəsində ANAMA qrupu Merilənd ştatında yerləşən Qleneq məktəbinə səfər edib, məktəbin müəllim və şagird heyətinə Azərbaycan və ANAMA-nın fəaliyyəti barədə məlumat verib.

Bundan əlavə, 23 oktyabrda ANAMA-nın mükafat alan heyətinin şərəfinə Azərbaycanın ABŞ-da səfirliyində ziyafət təşkil edilib.

Qeyd edək ki, ANAMA qərargahı ABŞ-ın Virciniya ştatında yerləşən və dünyanın bir çox münaqişə bölgələrində humanitar mina fəaliyyətinə dəstək göstərən Mİİ ilə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malikdir. Bu vaxta kimi bu təşkilat tərəfindən ANAMA-ya 30-dan artıq mina axtaran itlər hədiyyə verilib və bu itlər tərəfindən ölkəmizin müxtəlif regionlarında 7,5 kv. km ərazi minalardan təmizlənmiş, həmçinin 26 ədəd tank əleyhinə, 18 ədəd piyadalar əleyhinə minalar və yüzdən artıq partlamamış hərbi sursat aşkarlanıb

 ANAMA-nın mina axtaran itlər üzrə qrupu ABŞ-da mükafat alıb

 ANAMA-nın mina axtaran itlər üzrə qrupu ABŞ-da mükafat alıb

 ANAMA-nın mina axtaran itlər üzrə qrupu ABŞ-da mükafat alıb

 ANAMA-nın mina axtaran itlər üzrə qrupu ABŞ-da mükafat alıb

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır