Abşeron qəzetinin yeni sayı
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
1-06-2019, 13:27 Oxunub: 228

BƏƏ operatoru 5G ilə dəstəklənən ilk qurğu təqdim edib

BƏƏ operatoru 5G ilə dəstəklənən ilk qurğu təqdim edib

Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısı keçirilib.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səudun sədrliyi ilə keçirilən Zirvə toplantısı “Məkkə Sammiti: Gələcəyə doğru birlikdə gedək” devizi altında təşkil olunub.

Tədbirdə ölkəmizi baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Zirvə toplantısında İslam dünyasının üzləşdiyi müxtəlif problemlər müzakirə olunub. Həmçinin müsəlman azlıqların problemləri, islamofobiya, terrorizm və ekstremizmlə mübarizə və digər siyasi, iqtisadi, mədəni, sosial məsələlər nəzərdən keçirilib.

Toplantının sonunda qəbul edilən Məkkə Bəyannaməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bir daha pislənib, torpaqların güc yolu ilə istilasının BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin Ermənistan tərəfindən dərhal yerinə yetirilməsinin vacibliyi bildirilib. Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və tam şəkildə, qeyd-şərtsiz çıxarmağa çağırılıb.

Qeyd edək ki, budəfəki Zirvə toplantısı İslam Əməkdaşlıq Təşkilatının yaranmasının 50-ci ildönümünə təsadüf edir. Tədbirdən əvvəl təşkilata üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində hazırlıq iclası keçirilib.

Xatırladaq ki, İƏT-in XIII Zirvə toplantısı 2016-cı il aprelin 14-15-də Türkiyənin İstanbul şəhərində keçirilib.

İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının Mərakeşin paytaxtı Rabatda keçirilmiş konfransında təsis edilib və hazırda ona 57 dövlət üzvdür. Azərbaycan Respublikası bu nüfuzlu təşkilatın fəal üzvüdür.
XƏBƏR LENTİ
24-06-2019, 13:40 | İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi22-06-2019, 14:04 | Abşeronlu gənclər “N” saylı hərbi hissədə “ Açıq qapı” günündə iştirak ediblər22-06-2019, 13:12 | Bakı Mühəndislik Universitetində “Məzun Günü” keçirilib21-06-2019, 16:37 | İradə Gülməmmədovanın Mehdiabad qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib21-06-2019, 15:21 | Komitə rəsmisi: Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi bir kilometrdən az radiusda müxtəlif dini icmalar yanaşı yaşamır21-06-2019, 15:20 | Komitə sədri: Prezidentin sərəncamları əhalinin sosial yaşayışını yaxşılaşdırmaq istiqamətində tarixi addımlardır21-06-2019, 15:18 | Azərbaycan və Koreya arasında səhiyyə sahəsində əməkdaşlığın artırılması məsələləri müzakirə ediləcək21-06-2019, 12:03 | Böyrək xəstəlikləri zamanı qarpız yemək faydalıdır yoxsa ziyanlı?21-06-2019, 12:01 | Ürəyi xəstə olanlara bu qidalar qadağandır – SİYAHI21-06-2019, 11:59 | Sizdə bu simptomlar varsa, daha çox su içməlisiniz21-06-2019, 11:53 | Bogaz ağrısı zamanı 3 SINANMIŞ TƏBİİ VASİTƏ21-06-2019, 11:52 | Bu şəhərdə 5G şəbəkəsi ilə təchiz olunan avtobus xətti istifadəyə verilib21-06-2019, 11:50 | "Prezident sosial islahatları dərinləşdirir"21-06-2019, 11:48 | Minskdə 2-ci Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirilib20-06-2019, 22:36 | Birinci vitse-prezident Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub20-06-2019, 18:49 | Ə.N.Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:48 | M.Q.Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:47 | M.Q.Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:46 | “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı20-06-2019, 18:44 | V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:43 | V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:41 | R.İ.Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı