Abşeron qəzetinin yeni sayı
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
7-06-2019, 13:11 Oxunub: 191

Azərbaycanlı alim Moskvada RF Silahlı Qüvvələri Mərkəzi Muzeyinin 100 illik yubileyində iştirak edib

Azərbaycanlı alim Moskvada RF Silahlı Qüvvələri Mərkəzi Muzeyinin 100 illik yubileyində iştirak edib

Tarix üzrə fəlsəfə doktoru, "QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İB sədrinin birinci müavini Pərvin Gözəlov Rusiya Federasiyasının Moskva şəhərində "RF Silahlı Qüvvələrinin Mərkəzi Muzeyi”ndə keçirilən, adıçəkilən muzeyin 100 illik yubileyinə həsr edilən "Keçmişi yadda saxlayaraq gələcəyə inanırıq” adlı beynəlxalq elmi-praktiki konfransda "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 1918-ci ildən formalaşması və inkişafı” adlı elmi məruzə ilə çıxış etmişdir.
Məruzəçi çar Rusiyasının süqutundan sonra Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizənin nəticəsi kimi 1918-ci ildə müstəqilliyə qovuşaraq Şərqin ilk parlamentli Demokratik Respublkikasının yaradılması haqqında beynəlxalq konfrans iştirakçılarına məlumat vermişdir. Azərbaycanın Milli Ordusu formalaşmağa başlayan dövrdə azərbaycanlı ailələri nümayəndələrinin Rusiya İmperiyasının ordusu tərkibində birləşmələrə rəhbərlik etməsinə baxmayaraq, yüksək və kiçik zabit heyətdə azərbaycanlıların sayı çox az idi. İlk dövrlərdə Azərbaycan Ordusunun əsas hissəsini Rusiya İmperiyası tərkibində xidmət edən Birinci Tatar "Vəhşi” atlı alayı təşkil edirdi. Bununla yanaşı, könüllülük əsasında cəlb edilən zabitlər sırasında Azərbaycanda qalmaq istəyən, müsəlman olmayan, o cümlədən ruslar da olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti devriləndən sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. Azərbaycan SSR İnqilab Komitəsinin 28 aprel 1920-ci il tarixli qərarına əsasən XI Qırmızı Ordunun Hərbi İnqilab Şurasına (1921-ci ilin may ayından Ayrı Qafqaz Ordusunun) tabeçiliyində olan Azərbaycan SSR-nin Hərbi və Dəniz İşləri üzrə Xalq Komissarlığının yaradılması barədə tədqiqatlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi illərində tam və ya qismən azərbaycanlılardan ibarət 87 batalyon, 1123 özünümüdafiə alayları yaradılmışdır. 416-cı Qırmızı Bayraqlı, Suvorov ordenli Taqanroq atıcı diviziyası; 223-cü Qırmızı Bayraqlı Belqrad atıcı diviziyası; 76-cı K.E.Voroşilov adına Qırmızı Bayraqlı Dağ atıcı diviziyası (daha sonra 51-ci Suvorov və Lenin ordenli, Qırmızı Bayraqlı Taqanroq qvardiya-atıcı diviziyası); 77-ci Qırmızı Bayraqlı, Suvorov ordenli Simferopol atıcı diviziyası; 227-ci Qırmızı Bayraqlı Temryuk atıcı diviziyası; 271-ci Qorlovsk Qırmızı Bayraqlı, Boqdan Xmelnitsk ordenli atıcı diviziyası; 402-ci Atıcı diviziyası; 396-cı Atıcı diviziyaları formalaşdırılmışdır. Azərbaycanlılardan ibarət diviziyaların faşizm üzərində qələbəyə böyük töhfələri, möhtəşəm qəhrəmanlıqları və igidlikləri barədə ətraflı məlumat konfrans iştirakçılarına çatdırılmışdır. AMEA Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan 416-cı Qırmızı Bayraqlı, Suvorov ordenli Taqanroq atıcı diviziyasının bayrağı, qeyd edilən diviziyadan əlavə 223-cü Qırmızı Bayraqlı Belqrad atıcı diviziyasının tərkibində olan alayların bayraqları nümayiş etdirildi.
Azərbaycan SSR KP-nın Birinci katibi vəzifəsində çalışan Heydər Əliyev sovet sosialist ideoloji təbliğatına, kommunist rejiminin siyasətinə baxmayaraq, azərbaycanlıların yüksək hərbi kadrların olması istiqamətində qlobal addımlar atmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Bürosunun qərarı ilə 19 aprel 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbi yaradılmışdı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir dünyanın qabaqcıl ordular sırasında olan ordumuzda yüksək səviyyəli, ixtisaslaşmış milli hərbi kadrlar xidmət edir.
Sovet Sosialist Respublikaları İttifaqı (SSSR) süquta uğradıqdan sonra Azərbaycan xalqının müstəqillik arzusu həyata keçsə də, çətin və keşməkeşli dövr yaşayırdı. Yalnız ümummilli lider Heydər Əliyevin qayıdışından sonra Azərbaycan Respublikasında sabitlik başladı. Obyektiv nəticə olaraq ordu quruculuğu yüksək səviyyədə formalaşmağa başladı. Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əzmkar fəaliyyəti sayəsində Azərbaycan Ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, hərbi qulluqçular sırasında döyüş ruhu və yüksək nizam-intizamın hökm sürməsi barədə məruzədə geniş məlumat verilmişdi.
Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakıda keçirilən təntənəli hərbi paradda Azərbaycan əsgərləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələri parad heyətinin də iştirak etdiyi hərbi tədbirin (rus dilində izahlı) videoçarxı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Mərkəzi Muzeyinin 100 illik yubileyinə həsr edilmiş elmi-praktiki beynəlxalq konfransın iştirakçılarına və qonaqlara nümayiş etdirildi.
Məruzə zamanı mövzuya aid fotoslaydlar nümayiş olundu.

Azərbaycanlı alim Moskvada RF Silahlı Qüvvələri Mərkəzi Muzeyinin 100 illik yubileyində iştirak edib

Azərbaycanlı alim Moskvada RF Silahlı Qüvvələri Mərkəzi Muzeyinin 100 illik yubileyində iştirak edib
XƏBƏR LENTİ
24-06-2019, 13:40 | İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi22-06-2019, 14:04 | Abşeronlu gənclər “N” saylı hərbi hissədə “ Açıq qapı” günündə iştirak ediblər22-06-2019, 13:12 | Bakı Mühəndislik Universitetində “Məzun Günü” keçirilib21-06-2019, 16:37 | İradə Gülməmmədovanın Mehdiabad qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib21-06-2019, 15:21 | Komitə rəsmisi: Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi bir kilometrdən az radiusda müxtəlif dini icmalar yanaşı yaşamır21-06-2019, 15:20 | Komitə sədri: Prezidentin sərəncamları əhalinin sosial yaşayışını yaxşılaşdırmaq istiqamətində tarixi addımlardır21-06-2019, 15:18 | Azərbaycan və Koreya arasında səhiyyə sahəsində əməkdaşlığın artırılması məsələləri müzakirə ediləcək21-06-2019, 12:03 | Böyrək xəstəlikləri zamanı qarpız yemək faydalıdır yoxsa ziyanlı?21-06-2019, 12:01 | Ürəyi xəstə olanlara bu qidalar qadağandır – SİYAHI21-06-2019, 11:59 | Sizdə bu simptomlar varsa, daha çox su içməlisiniz21-06-2019, 11:53 | Bogaz ağrısı zamanı 3 SINANMIŞ TƏBİİ VASİTƏ21-06-2019, 11:52 | Bu şəhərdə 5G şəbəkəsi ilə təchiz olunan avtobus xətti istifadəyə verilib21-06-2019, 11:50 | "Prezident sosial islahatları dərinləşdirir"21-06-2019, 11:48 | Minskdə 2-ci Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirilib20-06-2019, 22:36 | Birinci vitse-prezident Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub20-06-2019, 18:49 | Ə.N.Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:48 | M.Q.Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:47 | M.Q.Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:46 | “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı20-06-2019, 18:44 | V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:43 | V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:41 | R.İ.Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı