ABŞ və Türkiyənin Suriyanın şimalında Türkiyə xüsusi təyinatlılarının yerləşdirilməsi ilə bağlı razılaşdıqları iddia edilir. Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.
"Vol Strit" (Wall Street) jurnalı da Suriya-Türkiyə sərhədində təhlükəsiz bölgə (neytral ərazi) iddialarına yer ayırıb. Verilən məlumatda Türkiyə xüsusi təyinatlılarının regiona yerləşəcəyi qeyd edilir.
Vaşinqton və Ankaranın Suriya-Türkiyə sərhədində kiçik bir təhlükəsiz zona yaradılması barədə sazişə razılıq verdiyi, iki tərəfin də bölgədə "uçuşa qadağa" fikrindən imtina etdiyi vurğulanır. Ancaq sərhəddə yaradılacaq etibarlı bir bölgədə İncirlik bazasından təyyarələrin patrul uçuşu edəcəyi barədə fikirlər səsləndirilir.
Xatırladaq ki, ötən gün bu barədə yayılan xəbərlər bu gün daha da inkişaf etdirilib. Qeyd olunur ki, Türkiyə Suriyanın şimalında, Kobanidən şərqə doğru 160 km uzunluğu və 35 km enində təhlükəsiz zona yaratmaq razılaşmasını gerçəkləşdirmək və xüsusi təyinatlılarını Suriyaya yerləşdirmək niyyətindədir.