Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Sumqayıt şəhərində vətəndaşlar qəbul edəcək
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 25 avqust saat 11:00-da Sumqayıt şəhərində (Ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon təhsil şöbəsi) vətəndaşları qəbul edəcək.
Qəbulda Qubadlı, Sumqayıt, Abşeron, Şuşa, Zəngilan rayon sakinlərinin ərizə və şikayətlərinə baxılacaq.