Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində psixoloqlar üçün təşkil etdiyi təlimlər davam edir.
Dövlət Komitəsindən AbşeronXəbər-ə bildiriblər ki, noyabrın 3-də Xırdalan şəhər 3 saylı məktəb-liseydə Abşeron rayonunun ümumtəhsil məktəblərinin psixoloqları üçün “Müasir dövrdə uşaq psixologiyasının problemləri: ailə-məktəb” mövzusunda təlim keçirilib.
Təlimdə Abşeron rayon Təhsil Şöbəsinin psixoloqu Bəşir Xanlarov, Abşeron rayonunun ümumtəhsil məktəblərindən 27 nəfər məktəb psixoloqu və “Psixoloq” qəzetinin baş redaktoru Tahir Heydərov iştirak edib. Təlim zamanı aidiyyəti mövzular üzrə maarifləndirici və təlim vəsaitləri paylanılıb, “Uşaqların intiharı” və “Risk qrupunda olan uşaqlar” mövzuları ətrafında müzakirələr aparılıb.
Tədbirdə “Müasir dövrdə uşaq psixologiyasının problemləri: ailə-məktəb” mövzusunda hazırlanmış təqdimat nümayiş olunub.