Abşeron rayon Mədəniyyət və Turizm şöbəsi ,mədəniyyət müəssisələrinin, klub və kitabxana rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.Müşavirədə mədəniyyət müəssisələrinin fəaliyyəti müzakirə edilib
Xırdalan Şəhər Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi. Rayon Mədəniyyət və Turizm şöbəsinin mudiri İlham Manafov çıxış edərək il ərzində mədəniyyət sahəsində əldə olunmuş nailiyyətlərdən danışdı. İ.Manafov fəaliyyətindən razı qaldığı müəssisələr haqqında da xoş sözlərini çatırdı. Müşavirədə Abşeron rayon kitabxanalarının , Heydər Əliyev mərkəzinin, mədəniyyət evlərinin , klubların fəaliyyətinə yüksək qiymət verildi və bu müəssisələrdən daha böyük gözləntilər olduğu bildirildi. İlham Manafov 2015 ci ilin Abşeron mədəniyyəti üçündə əlamətdər olduğunu qeyd etdi. Rayonda fəaliyyətlərini günün tələbləri səviyyəsində quran mədəniyyət işçiləri nəinki Azərbaycanda eləcədə xarici ölkələrdə vətənimizi çox yüksək səviyyədə təmsil ediblər. Türkiyədə, Gürcüstanda ,Dağıstanda,Belarusiyada və Çeçenistanda keçirilən beynəlxalq tədbirdə Abşeron rayon mədəniyyət işçilərinin fəaliyyəti təqdirə layiq hesab etmək olar.
Yığıncaqda eləcə də Rayon mədəniyyət və turizm şöbəsinin mədəni-maarif müəssisələrində əmək intizamı qaydalarına riayət olunması, verilən tapşırıqların vaxtında yerinə yetirilməsi və işçilərlə bağlanmış əmək müqavilələrin vaxtında bağlanması və işçi işdən azad olarkən işə xitam verilməsi barədə danışdı.
İlham Manafov mədəniyyət işçilərinə bundan sonrada daha yaxşı fəaliyyətlərini qurmaları barədə tapşırıqlarını verdi. Eyni zamanda müşavirədə müsabiqələrin, konkursların təşkili, mədəniyyət müəssisələrinin bədii rəhbərləri ilə, abşeronlu rəssamlarla görüş və s. məsələlər müzakirə edildi.
Baş redaktor: Şamo Əliyev