Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda Xocalı soyqrımının 24 cü ildönümü ilə əlaqədar tədbir keçirildi

Tarix:23-02-2016, 20:11

Xırdalanda  Xocalı soyqrımının 24 cü ildönümü ilə əlaqədar tədbir keçirildi Azəbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqrımının ildönümü ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Plana uyğun şəkildə rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir. Rayonun mədəniyyət müəssisələrində faciəni özündə əks etdirən foto, rəsm əsərləri və video çarxlar nümayiş etdirilir, şahidlərlə görüşlər təşkil olunur.

Bu qəbildən olan növbəti tədbir Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində düzənlənib. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri, faciənin şahidləri, rayon ictimaiyyəti, işğal olunmuş bölgələrdən məcburi köçkün düşmüş şəxslər və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstünü ziyarət ediblər, abidənin önönə tər çicəklər düzərək ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Dövlər himninin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək ifadə olunub, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Xocalı faciəsinin tanınmasının vacibliyi kimi məsələlər müzakirə olunub.

Mərasimdə çıxış edən “Xocalı Soyqrımını Tanıtma” İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədri , şəhid ailəsi Zeynəb Şahidqızı Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırım ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub: “Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanıb. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin iç üzü göstərilir”.

Abşeron rayon Ağsaqqalar Şurasının sədri Nadir Ağayev ermənilərin Azərbaycan torpaqlarını işğalının tarixi kökləri, ermənilərin gizli planlarının mahiyyəti və onlara dəstək verənlər barədə faktları açıqlayıb.
N.Ağayev dünya ictimiayyətinin hüquqi baxımdan bu qətliamı soyqırım kimi tanımasının vacibliyini qeyd edib. O, həmçinin dünya birliyi tərəfindən işğalçıların, istərsə 20 Yanvar, istərsə də Sumqayıt hadisələrinin günahkarlarının ədalət mühakiməsinə verilməsi və cəzalandırılmasına laqeyd yanaşıldığını da gizlətməyib.

Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və başqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Bundan sonra məktəblilərinin ifasında Xocalı faciəsinə həsr olunmuş tamaşa nümayiş etdirilib.

Həmin vaxt Xocalıda baş verən hadisələri gözləri ilə gördüklərini vurğulayan , hər iki valdeyinini itirmiş Mürvət Məmmədov və Arif Məmmədov erməni işğalından əziyyət çəkənlərin həyatından, eləcə də onların rifah halının yaxşılaşdırılması üçün dövlət dəstəyindən danışıblar

Sonda Abşeron rayon icra hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış “Xocalıya Ədalət” filmi nümayiş etdirilib

Şamo Əliyev

Xırdalanda  Xocalı soyqrımının 24 cü ildönümü ilə əlaqədar tədbir keçirildi
Xırdalanda  Xocalı soyqrımının 24 cü ildönümü ilə əlaqədar tədbir keçirildi
Xırdalanda  Xocalı soyqrımının 24 cü ildönümü ilə əlaqədar tədbir keçirildi
Xırdalanda  Xocalı soyqrımının 24 cü ildönümü ilə əlaqədar tədbir keçirildi

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır