Abşeron qəzetinin yeni sayı
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
27-02-2016, 14:12 Oxunub: 1716

Abşeronda kənd təsərrüfatı məhsullarının ən böyük satış-yarmarkası kecirilir

Abşeronda kənd təsərrüfatı məhsullarının ən böyük satış-yarmarkası kecirilir Bu gün Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində kənd təsərrüfatı məhsullarının növbəti və eləcə də son illərin ən böyük satış-yarmarkası kecirilib. Əhalinin gündəlik ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədi daşıyan yarmarka bir qayda olaraq hər həftənin sonları – şənbə və bazar günləri düzənlənir. Sabah da öz işini davam etdirəcək yarmarkada alıcı və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyətli olması və qiymətlərin sabitliyi nəzarətdə saxlanılıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova yarmarkaya baş çəkərək alış-veriş üçün yaradılan şəraitlə, məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanıb, həm satıcılarla, həm də alıcılarla söhbət edib.

İcra Hakimiyyətinin başçısına bildirilib ki, çeşid sayına və qiymətinə görə fərqlənən yarmarkada satışa çıxarılan kənd təsərrüfatı məhsulların dəyəri movcud bazar qiymətlərindən 35-40 faiz aşağıdır. Buraya respublikanın bütün bölgələrindən, o cümlədən Quba, Xaçmaz, Tovuz, Gədəbəy, Bərdə, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı və digər rayonlarda yetişdirilən yerli məhsullar gətirilib.

Səhər saat 8-dən işə başlayan yarmarkaya 300-dən çox sahibkar, 200-ə yaxın fərdi məhsul istehsalçısı cəlb edilib. Respublikanın ayrı-ayrı rayonlarından gələn fermerlər satışa 300 tondan çox kənd təsərrüfatı məhsulları çıxarıblar. Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, toyuq, süd məhsulları, ət, həmçinin müxtəlif çeşiddə çərəzlər alıcılara təklif olunub.

Piştaxtaya düzülən məhsullar üçün sərfəli qiymət həddi müəyyən edilib. Beləliklə, 1 kiloqram kartof 40-50qəpik, soğan 50 qəpik, kələm 10-20 qəpik, yerkökü 20-25 qəpik, yumurta 9-10 qəpik qiymətində müəyyənləşdirilərək alıcılara təqdim edilir. Növündən asılı olaraq örtülü istixanalarda yetişdirilən pomidorun 1 kiloqramı 1,50, xiyarın 1 kiloqramı 1 -1,50 manat , mal əti 5 manat, qoyun əti 6 manat dəyərində satılır. Almanın qiyməti 50-60 qəpik, mandarin və apelsin isə 1,30 manat civarında müəyyənləşdirilib.

Qeyd edilib ki, yarmarkanın ərazisində nəzarət-toksikologiya laboratoriyası və baytarlıq nəzarət xidmətinin əməkdaşları tərəfindən tibbi müayinələr aparılıb. Bununla belə, baş verəbiləcək qeyri-qanuni halların qarşısını almaq üçün yarmarkanın girəcəyində, hər kəsin asanlıqla görə biləcəyi yerdə nəzarət tərəzisi quraşdırılıb və vətəndaşların istifadəsinə verilib. Vurğulamaq yerinə düşər ki, yarmarkada təkcə Abşeron sakinləri deyil, eyni zamanda qonşu rayonların əhalisi də iştiak ediblər.

Yaradılan şərait və satış qiymətlərilə bağlı razılıq bildirən sakinlər yarmarkalar təşkil edilməsinin əhəmiyyətini qeyd ediblər. Satışa çıxarılan məhsulların bol olmasını və çeşid çoxluğunu vurğulayan alıcılar yarmarkalarda həftəlik ərzaq azuqələrini rahatlıqla ala bildiklərini bildiriblər.

Satıcılar da həyatyanı ərazilərində yetişdirdikləri məhsulları satışa çıxardıqlarını, yarmarkada satış üçün lazım olan mühitin formalaşdırdığını qeyd edərək heç bir problemlərinin olmadığını, qiymətlərin onları da qaane etdiyini vurğulayıblar.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nəriman Əliyev də Abşeronda gerçəkləşdirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasının digərlərindən həm böyüklüyünə, həm çeşidliyinə, həm də qiymətlərinə görə çox fərqləndiyini, burada yaradılan şəraitdən məmnun qaldıqlarını bildirib.

Abşeronda kənd təsərrüfatı məhsullarının ən böyük satış-yarmarkası kecirilir
Abşeronda kənd təsərrüfatı məhsullarının ən böyük satış-yarmarkası kecirilir
Abşeronda kənd təsərrüfatı məhsullarının ən böyük satış-yarmarkası kecirilir
Abşeronda kənd təsərrüfatı məhsullarının ən böyük satış-yarmarkası kecirilir
Abşeronda kənd təsərrüfatı məhsullarının ən böyük satış-yarmarkası kecirilir
Abşeronda kənd təsərrüfatı məhsullarının ən böyük satış-yarmarkası kecirilir
Abşeronda kənd təsərrüfatı məhsullarının ən böyük satış-yarmarkası kecirilir
Abşeronda kənd təsərrüfatı məhsullarının ən böyük satış-yarmarkası kecirilir
Abşeronda kənd təsərrüfatı məhsullarının ən böyük satış-yarmarkası kecirilir
XƏBƏR LENTİ
Dünən, 18:05 | Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilirDünən, 17:44 | "Azərbaycanda gənclər siyasəti dünyada bir nümunədir"Dünən, 17:43 | "Prezidentin qərarı tək sosial addım deyil, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir"Dünən, 17:41 | Prezident bu sərəncamlarda dəyişiklik etdiDünən, 17:40 | Komitə sədri Mərakeş Krallığının səfiri ilə görüşübDünən, 17:38 | "Azərbaycan gəncinin savadlı olması prioritetdir"Dünən, 17:32 | Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşübDünən, 17:31 | Bu rayonlarda "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiqinə start verilirDünən, 17:30 | Azərbaycanda bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilibDünən, 17:28 | Prezident İlham Əliyev litvalı həmkarını təbrik edibDünən, 17:20 | Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcəkDünən, 17:19 | Azərbaycanlı polkovnik MDB Dövlət Başçıları Şurasının “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunubDünən, 17:16 | Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilibDünən, 17:15 | “Samsung” şirkəti yeni “Galaxy S10” modelini martın 8-də təqdim edəcəkDünən, 16:43 | İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdiDünən, 15:41 | Abşeronda “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda dəyirmi masa keçirilib.Dünən, 13:17 | Qızıl medala layiq görülmüş məzuna medalı təqdim edilib (FOTO)Dünən, 12:55 | "Prezidentin Sərəncamı Azərbaycan gəncliyinə qayğının növbəti təzahüridir"Dünən, 12:41 | Paytaxt məktəblisi ABŞ-da Azərbaycanı yenidən təmsil edəcəkDünən, 12:39 | “Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcəkDünən, 10:47 | Deputatlarımız Avstraliyaya gedirlərDünən, 10:46 | Nazir: "Son sərəncamlar tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır"