Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd edilib

Tarix:29-03-2016, 18:38

Abşeronda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd edilib

Bu gün Abşeronda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd edilib. Əvvəlcə DTX Abşeron rayon şöbəsinin əməkdaşları Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videomateriallar, fotoşəkillər, interaktiv lövhələrə baxış olub.

Bundan sonra DTX Abşeron rayon şöbəsinin rəisi Rauf Məmmədov təhlükəsizlik orqanlarının keçdiyi 97 illik şərəfli yoldan ətraflı danışıb. O, bildirib ki, 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan təhlükəsizlik orqanları şərəfli inkişaf yolu keçib. Dövlət müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş terror-təxribat və kəşfiyyat-pozuculuq cəhdlərinin qarşısının qətiyyətlə alındığını, bu gün regionun lider dövləti olan müstəqil respublikamızın mühüm dövlət strukturuna çevrildiyini qeyd edən R.Məmmədov əlavə edib ki, keçmiş kommunist rejiminin ilk dövrlərində cəza maşını funksiyasını yerinə yetirən komitədə milli ruhlu, vətən qeyrətli oğulların da çalışdığına diqqət çəkib. O, 1956-1965-ci illərdə ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində əvvəlcə əks-kəşfiyyata, 1967-ci ildən isə Komitəyə rəhbərliyi zamanı həmin xidmət orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, milli dövlətçiliyi və maraqları mühafizə edən struktura çevrildiyini, burada çalışan milli kadrların sayının qısa müddətdə əhəmiyyətli dərəcədə artırıldığını xüsusi qeyd edib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova DTX əməkdaşlarını peşə günləri münasibəti ilə təbrik edərək 97 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin ediləndən sonra ümummilli liderin göstərdiyi əvəzsiz xidmətlərindən, 1991-ci ildə MTN-nin yaradılmasından sonra milli maraqlara söykənərək ictimai təhlükəsizlik qaydalarının daha da möhkəmləndirilməsindən, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının fəaliyyətlərinin yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından danışıb.

Sonda Abşeron Rayon məhkəməsinin sədri Əlşir Səmədov, rayon prokuroru Rahib Seyidov və başqaları çıxış edərək təbriklərini söyləyiblər.

Abşeronda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd edilib
Abşeronda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd edilib
Abşeronda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd edilib

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var