Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Ermənistan silahlı qüvvələri komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
MN-nin məlumatında vurğulanır ki, düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq.