Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
4-04-2016, 22:57 Oxunub: 1 410

Abşeronda vətənpərvərlik movzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib

Abşeronda vətənpərvərlik movzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində vətənpərvərlik movzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib. Mədəniyyət Evində baş tutan tədbirdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, sakinlər və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycanın ərazi bötövlüyü üçün şəhid olan hərbçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Bundan sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova aprelin 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinin baş tutduğunu, sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyini və yüksək çinli məmurlarla görüşlər keçirdiyini qeyd edərək, bütün görüşlərdə dövlət başçısının Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, eləcə də bu ölkədə yerləşən Atom Elektrik Stansiyasının dünya üçün təhlükə olduğunu bildirdiyini söyləyib. Bunun ardınca aprelin 2-də - Kəlbəcərin işğal günündə Ermənistanın cəbhə boyu təxribatlar törətməyə cəhd etdiyini, lakin Azərbaycan ordusu tərəfindən layiqli cavabın verildiyini qeyd edən İ.Gülməmmədova hərbçilərimizin strateji cəhətdən çox əhəmiyyətli olan yüksəklikləri geri qaytardıqlarını, düşmənin kifayət qədər böyük itki verərək geri çəkildiyini vurğulayıb.

Artıq erməni qəsibkarlarının Azərbaycan ordusunun gücünü gördüyünü deyən başçı düşmənin bu gün əks təbliğat işi həyata keçirdiyini əsas gətirərək gəncləri sosial şəbəkələrdə yazılanlara, paylaşılan foto və video görüntülərə diqqətlə yanaşmağa çağrıb.

Düşmənin təşvişə düşdüyünü vurğulayan İ.Gülməmmədova Azərbaycan ordusunun hər hansı bir kömək olmadan torpaqlarımızı işğaldan azad etməyə hazır olduğunu bildirib.

Abşeron sakinlərini dözümlü, səbirli və vətənpərvərlik göstərməyə səsləyən başçı qeyd edib ki, rayon ictimaiyyəti cənab Prezident İlham Əliyevin verəcəyi bütün qərarlara sadiq qalaraq lazım olan addımları atmağa hazırdır.

Abşeronluları cəbhədə qazanılan uğurlara görə təbrik edən İ.Gülməmmədova Qarabağın tezliklə işğaldan azad ediləcəyinə inamını ifadə edib.

Sonra Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron rayon şöbəsinin rəisi Rauf Məmmədov keçmiş döyüşçü kimi çıxış edərək ordumuzun cəbhədə qazandığı uğurların ictimaiyyətə sevinc gətirdiyini qeyd edib. Qarabağ veteranı kimi qürur hissi keçirdiyini, bütün veteranların döyüşə hazır olduqlarını deyən R.Məmmədov ermənilərin Dağlıq Qarabağdan köçdüyünü, hətta bu köçün bəzi yerlərdə böyük tıxaclar yaratdığını söyləyib.

Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev də bugünkü toplantının digərlərindən fərqləndiyini, cəbhədə qazanılan dönüş döyüşünün baş verdiyini qeyd edərək belə tədbirlərin Şuşada, Kəlbəcərdə, Laçında, Xankəndində və digər ərazilərimizdə keçirəcəyimizi bildirib. Bu sevinci ictimaiyyətə yaşatdığı üçün möhtərəm Prezident İlham Əliyevə təşəkkürünü bildirən N.Ağayev Ali Baş Komandanın verəcəyi əmri icra etməyə hazır olduqlarını vurğulayıb.

Bundan sonra rayon prokuroru Rahib Seyidov, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, şəhid anası Raya Alışanova, Veteranlar şöbəsinin müdiri Cabbar Cabbarov, rayon gəncləri adından Atamoğlan Çıraqov, Vüqar Hüseynov və eləcə də Qarabağ döyüşçüləri çıxış edərək xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini və Ali Baş Komandanın verəcəyi əmri dərhal icra etməyə hazır olduqlarını qeyd ediblər.

Abşeronda vətənpərvərlik movzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib
Abşeronda vətənpərvərlik movzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib
Abşeronda vətənpərvərlik movzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib
Abşeronda vətənpərvərlik movzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib
Abşeronda vətənpərvərlik movzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib
Abşeronda vətənpərvərlik movzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib
Abşeronda vətənpərvərlik movzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib
Abşeronda vətənpərvərlik movzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib
XƏBƏR LENTİ
14-11-2019, 17:11 | “İstilik” MMC-nin drektoru Abbasov Elbrus Mahmud oğlu dünən vəfat edib.14-11-2019, 14:25 | İradə Gülməmmədova Hökməli sakinləri ilə görüşdü13-11-2019, 15:37 | Abşeronlu şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə səfərə çıxdı13-11-2019, 09:08 | Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirildi11-11-2019, 19:40 | 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür9-11-2019, 23:31 | Xırdalanın 3 saylı bağçasında “Dövlət Bayrağı Günü” qeyd edilib - FOTOLAR9-11-2019, 15:29 | Xırdalan 10 saylı məktəbin Bayraq Günü fləşmobu9-11-2019, 15:20 | Ceyranbatanın 1 saylı məktəbində şagirdlər arasında breyn-rinq yarışı keçirilib - Video9-11-2019, 14:44 | 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü9-11-2019, 14:12 | İradə Gülməmmədova yarmarkada oldu, tapşırıqlar verdi - FOTOLAR8-11-2019, 16:54 | Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi - FOTOLAR7-11-2019, 16:06 | Abşeronda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayacaq7-11-2019, 15:48 | Qaldırılan məsələlər vaxtında yerinə yetirilir7-11-2019, 15:25 | İradə Gülməmmədova Saray qəsəbəsində səyyar qəbul keçirdi - Foto6-11-2019, 16:57 | Körpə fidanlar möhtəşəm Bayraq Günü qeyd etdilər - FOTOLAR6-11-2019, 14:32 | Xırdalanın 27 saylı bağçasında “Dövlət Bayrağı Günü” qeyd edildi5-11-2019, 19:52 | Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO5-11-2019, 14:27 | Abşeronda yaşayanlara ŞAD XƏBƏR - VİDEO5-11-2019, 14:08 | Radio və televiziya işçilərinin peşə bayramı qeyd edilib4-11-2019, 08:34 | Səfər Mehdiyev Abşeronda vətəndaşları qəbul edəcək2-11-2019, 10:20 | Abşeron gənclərinin peşə və ixtisas seçiminə dəstək məqsədilə tədbir keçirilib2-11-2019, 09:49 | Abşeronda “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq – yaradıcılıq müsabiqəsi keçirilib