Xırdalan şəhər 4 saylı tam orta məktəbin drektoru Hümbətova Zülfiyyə Qənbər qızı bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Z.Hümbətova 1969-cü il mart ayının 3-də anadan olub. O, 1976-86-cı illərdə Xırdalan şəhər 1 saylı orta məktəbdə orta təhsilini alıb.
1986-91-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində oxuyub.
1995-2007-ci illərdə Xırdalan şəhər 1 saylı orta məktəbdə fizika fənnindən dərs deyib.
2007-2016-cı illərdə isə Xırdalan şəhər 4 saylı tam orta məktəbin drektoru vəzifəsində fəaliyyət göstərib.
Ailəli idi, 2 övladı var.
Allah rəhmət eləsin