Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”

Tarix:27-04-2024, 08:39

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”

24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən beynəlxalq forumda prezident İlham Əliyev dərin məzmunlu tarixi bir çıxış etdi. Dövlət başçısı çıxışında qeyd etdi ki, COP29-a Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin ekoloji problemlərlə ciddi məşğul olmasının, 1994-cü ildən bəri bütün neft əməliyyatlarının, beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılmasının, investorların dünyanın aparıcı şirkətlərinin olması və ətraf mühitə diqqətlə yanaşmanın nəticəsidir.

COP29-un əhəmiyyəti ondadır ki, biz dünyaya söyləyəcək sözlərimizi, həqiqət hekayəmizi olduğu kimi dünyaya çatdıra biləcəyik. On minlərlə qonağın gəlməsi, iki həftə Azərbaycanda olması imkan verəcək ki, hətta ilk dəfə Azərbaycana gələnlər belə vəziyyəti qiymətləndirmək imkanı əldə etsin, bizim planlarımızın nədən ibarət olduğunu bilsin.

Prezident İlham Əliyev bu tarixi çıxışında 9 ayda qazanılmış uğurlardan, heyranedici hadisələrdən danışdı:“Azərbaycanın bütün ərazisində suverenliyin bərpası üçün nəhəng addımlar atıldı, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir, yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur, Qazaxın kəndləri geri qaytarıldı, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni inanılmaz hadisələr baş verir.

Elə COP29 sülh prosesinin nəticəsidir ki, bunun sayəsində Azərbaycan COP29-a ev sahibliyi hüququ qazandı. Cop29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarının, irəliləyişin nəticəsidir.

Prezident İlham Əliyev çıxışında söylədi ki, COP29-un bizə həvalə edilməsinə qədər biz ekoloji problemlərlə ciddi məşğul olduq, iqlim dəyişkənliyinin mənfi fəsadlarını azaltmağa çalışdıq.

Əgər əvvəllər Xəzər dənizi irəliyə gəlir geri çəkilirdisə, indi dəniz yalnız geri çəkilir. Bu da ciddi problemdir. Nəinki ekoloji, həm də Kommunikasiya layihələri ilə bağlı problemdir. Bununla da bağlı ətraf mühitin mühafizəsi üçün çox işlər görülür.

Prezident çıxışında “Neft hasil edən ölkə COP29-a sədrlik edir mesajını verənlərə də tutarlı cavab verərək bildirdi ki, biz resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanması, infrastruktur, yaşıl enerji üçün istifadə edirik. Neft və artan qaz hasilatına malikik, eyni zamanda yaşıl enerji layihələrini də inkişaf etdiririk.

Prezident çıxışında eyni zamanda ölkəmizdə yüksək səviyyəli təhsilin prioritet olduğunu söyləyib. Gənc nəslin aparıcısı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi Prezident proqramının mövcud olduğunu bildirdi.

Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən Prezident İlham Əliyev söylədi ki, biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma Fransa, Hindistan və Yunanistanın bu ölkəni bizə qarşı necə silahlandırdığını görüb, sakit oturub gözləyə bilmərik. Biz mövqeyimizi Ermənistana və onun “qayğısına”qalmaq istəyənlərə açıq şəkildə bildirməliyik.

Prezident xarici siyasət məsələlərinə çıxışında geniş yer ayıraraq, Avrasiya İqtisadi ittifaqı, Almaniya, İtaliya, Çin, Rusiya və Türkiyə ilə münasibətlərin üstün və mənfi tərəflərinə aydınlıq gətirdi. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə ikitərəfli əlaqələrin qənaətbəxş olduğunu bildirdi.Azərbaycan-Almaniya əlaqələrində qarşılıqlı iqtisadi maraqların mövcud olmasını və ikitərəfli münasibətlərin ən fəal dönəmdə olmasını müsbət qiymətləndirdi.

Azərbaycan-Çin münasibətlərinin uğurla, qarşılıqlı hörmət və dəstək əsasında inkişafından, Çinin həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Rusiya ilə əməkdaşlığın böyük hissəsinin humanitar sahəyə aid olduğunu, İtaliyanın ən yaxşı və etibarlı tərəfdaş olduğunu, Qarabağda, Şərqi Zəngəzurda fəaliyyət göstərən aparıcı ölkə olduğunu bildirdi.

Prezident əminliklə bildirdi ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk.

Təyyubə Hüseynova
Abşeron rayon, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi

Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür