Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalana şəhər statusu verilməsinin 10 illiyi ilə bağlı yubiley tədbiri keçirilib

Tarix:29-11-2016, 21:28

Xırdalana şəhər statusu verilməsinin 10 illiyi ilə bağlı yubiley tədbiri keçirilib

Bu gün Xırdalan qəsəbəsinə şəhər statusu verilməsinin 10 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Şəhər Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, mədəniyyət işçiləri, fəxri qonaqlar və eləcə də Abşeron rayonuna 10 il rəhbərlik etmiş Zakir Fərəcav iştirak edib. İştirakçılar əvvəlcə Xırdalan şəhərində fəaliyyət göstərən 20-dən çox şirkətin istehsal etdiyi tikinti və qida sənayesi məhsullarının sərgisinə tamaşa ediblər. Sərgidə, eyni zamanda, rayon incəsənət nümayəndələrinin, rəssamların, keramika sənətkarlarının əsərləri nümayiş olunub.

Yubiley tədbirində şəhər sakinlərini təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova son 10 ildə Xırdalan şəhərində görülmüş işlərlə bağlı geniş məruzə ilə çıxış edib. O, bildirib ki, 10 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xırdalan qəsəbəsində gedən abadlıq-quruculuq işlərini yüksək qiymətləndirərək, Xırdalana şəhər statusu verilməsi haqqında sərəncam imzaladı. İcra başçısı qeyd edib ki, qədim tarixə malik Xırdalan artıq XXI əsrin şəhəri adını daşımağa layiq olduğunu sübut edib.
Xırdalan kəndinə 1936-cı ildə şəhər tipli qəsəbə statusunun verildiyini xatırladan İ.Gülməmmədova qeyd edib ki, Xırdalan Azərbaycan SSR, Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzidir.
Bildirilib ki, Xırdalan qəsəbəsinə şəhər statusu verildikdən sonra burada doğrudan da çox ciddi dəyişiklər baş verdi. Dövlətimizin başçısının qayğı və diqqətindən bəhrələnən abşeronlular daxili imkanlar hesabına rayonun, o cümlədən Xırdalanın bütün ərazilərində abadlıq işlərinin genişlənməsinə nail oldular. Qısa zaman içərisində Xırdalan baxımlı bir şəhərə çevrildi. Xırdalanın şəhər görkəmi alması istiqamətində görülən işlərə ilk olaraq Ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının yenidən qurulması ilə başlanıldı. Qısa müddətdə parkın ərazisində Heydər Əliyev muzeyi, ümummilli liderin abidə kompleksi, gəzinti yolları, estrada səhnəsi, tarix-diyarşünaslıq muzeyinin əsaslı təmiri və yenidən qurulması, dekorativ güllər və həmişəyaşıl bəzək ağaclarının əkilməsi kimi bir sıra abadlıq işləri başa çatdırıldı. Xırdalanın mərkəzi ilə uzanan küçə abadlaşdırılaraq Ulu Öndərin adını daşıyan yaraşıqlı prospektə çevrildi. Eyni zamanda Xırdalanın küçə və məhəllə daxili yollarının asfaltlanması və yaşıllaşdırılması istiqamətində işlər görüldü.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-ci il sentyabrın 12-də Xırdalana gəlişi və Heydər parkının açılışında dediyi “Bir halda ki, abşeronlular belə yaxşı işləyirlər, onlar respublikamızın tərəqqisinə də layiqli töhfələrini verəcəklər” sözləri, əməyimizə verdiyi yüksək qiymət bu gün də öz təsdiqini tapmaqdadır. Rayonda aparılan quruculuq işlərini daima çox yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev tərəfindən Abşeron rayonunun sosial-iqtisadi inkişafında böyük xidmətləri olan və 10 il Abşeron rayonunun rəhbəri vəzifəsində çalışmış Zakir Fərəcov “Şöhrət” ordeni, 56 nəfər Tərəqqi medalı ilə təltif edilmiş, 34 nəfərə isə müxtəlif fəxri adlar verilmişdir.
İ.Gülməmmədova vurğulayıb ki, 2006-cı ildə “Təhsil ili”, 2007-ci ildə “Səhiyyə”ili, 2008-ci ildə “Gənclər ili” elan olunması ilə rayonun bütün kənd və qəsəbələrində, şəhərimizdə Avropa standartlarına cavab verən 50-dən çox məktəb, uşaq bağçası, hər bir yaşayış məntəqəsində səhiyyə müəssisələri tikilib, “Gənclər evi”nin yeni binası istifadəyə verilib. Şəhərin müasir mənzərəsinə əzəmətli görkəm verən bir-birindən yaraşıqlı idarə müəssisə binaları inşa edilib. Hazırda Xırdalanda yüzlərlə irili-xırdalı ticarət, iaşə və məişət xidməti obyektləri fəaliyyət göstərir ki, bu da şəhər sakinlərinin yaşayışının daha mənalı və maraqlı olmasına şərait yaradır.

Bildirrilib ki, 2013-cü ildə rayon rəhbərliyi Heydər parkının şəhərin müasir əzəməti ilə uyğun gəlmədiyini nəzərə alaraq parkın bütünlükdə yenidən qurulmasına qərar verib. Cəmi 2 il ərzində 5000 kvadratmetr sahəsi olan 4 mərtəbəli əzəmətli Heydər Əliyev mərkəzi, Ulu Öndərin mərmərdən yonulmuş heykəli, piyada səkiləri və yol boyunca rəngli fəvvarələr, Bayraq meydanı, 500 tamaşaçı yerlik açıq estrada səhnəsi Xırdalanlıların istifadəsinə verilib. Bənzərsizliyi ilə yeniliyi, müasirliyi və milli memarlığımızın sintezini özündə əks etdirən uşaq musiqi və şahmat məktəblərinin tikintisi başa çatdırılıb. Bu gün şəhərimizdə 10 tam orta məktəbdə və 12 uşaq bağçası-körpələr evində gələcək nəsillərə təhsil verilir. Ali məktəblərə sənəd vermiş məzunlar sırasında respublikada yüksək bal toplamış Xırdalan şəhər məktəblərinin məzunları vardır. Qazanılan nailiyyətlərə görə Xırdalanın bir neçə məktəbi “İlin ən yaxşı məktəbi”, neçə-neçə müəllimi isə “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibi olmuşlar. Hazırda Xırdalan şəhərində yeni məktəb, uşaq bağçaları, daha bir yeni səhiyyə ocağının və olimpiya idman kompleksinin tikintisi işləri davam etdirilir.
Qeyd edilib ki, Xırdalanın qədim kənd hissəsinin mərkəzində Azərbaycan səhiyyəsində xüsusi xidmətləri olmuş, respublika Elmlər Akademiyasının ilk prezidenti, həmyerlimiz Mirəsədulla Mirqasımovun büstü qoyulmuş, “Əsgər anası” abidə kompleksi yenidən qurulmuş, 1941-45-ci illərdə faşizmə qarşı müharibədə həlak olmuş 52 Xırdalanlının adları mərmər lövhə üzərinə həkk edilərək əbədiləşdirilib və abidənin ətrafı yaşıllaşdırılıb. Eləcə də XIX əsrə aid olan Məşədi İmam Baxış hamamı və məscid təmir olunub, minarə isə yenidən bərpa edilərək əhalinin istifadəsinə verilib. Mədəni kütləvi tədbirlərin ünvanı olan Mədəniyyət Mərkəzi bütünlükdə yenidən qurulub. 400 nəfərlik tamaşa zalının müasir və nəfis daxili tərtibatı tamaşaçıda xoş ovqat yaradır.

İ.Gülməmmədova bildirib ki, son illər Xırdalan inkişaf edərək iri sənaye şəhərinə çevrilib. Burada onlarla iri sənaye müəssisələri fəaliyyət göstərir ki, bu da ölkə iqtisadiyyatının inkişafına öz layiqlı töhfələrini verməkdədir. Hündür mərtəbəli, çoxmənzilli yaşayış evlərinin ucaldılması ilə yanaşı “Abşeron gənclər şəhərciyi, “Abşeron Siti ”, ”Kristal Abşeron”, “AAAF” adlanan yaşayış kompleksləri Xırdalanın müasir görkəminə xüsusi zənginliklər verir.
Misir Ərəb Respublikasının Qalubiyyə vilayəti ilə qardaşlaşmış Xırdalan şəhərində Azərbaycan-Misir Dostluq Parkı salınıb, şəhərin mərkəzi küçələrindən birinə Misirin Qəlubiyyə vilayətinin adı verilib, Xırdalan şəhər 9 saylı ərəb təmayüllü tam orta məktəbdə Azərbaycan-Misir dostluğunu özündə əks etdirən guşə yaradılıb.
İcra başçısının söyləyib ki, bütün bu nailiyyətlər cənab Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət, onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində mümkün olub.
O, qeyd edib ki, şəhərimiz hamımızın gözü qarşısında böyüyür və tərəqqi edir. Yüzillikləri arxada qoyaraq bu günümüzə adlamış, sabaha isə böyük inamla addımlayan Xırdalanımızı sevək, onu qoruyaq, sevimli şəhərimizdən qayğı və diqqətimizi əsirgəməyək.

Bundan sonra rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə 35 nəfər Fəxri Fərmanla mükafatlandırılıb.

Daha sonra yubiley tədbiri respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsefrt proqramı ilə davam etdirilib.

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var