Abşeron rayonunda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbirlərinə start verilib.
Bu tədbirlər çərçivəsində 26 dekabr 2016-cı il tarixində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonu Mədəniyyət Mərkəzində uşaqlar üçün Yeni il şənliyi keçirilib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, idarə, müəsissə rəhbərləri, baxça müdirələri, həmcinin körpə fidanlar iştirak ediblər.
Əvvəlcə rayonda fəaliyyət göstərən uşaq bağçalarının şagirdlərinin hazırladığı bayram konserti keçirilib. Uşaqların hazırladığı proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Uşaqlardan ibarət rəqs qrupları, şən və hazırcavab balacalar çıxış edərək şeirlər və mahnılar səsləndiriblər. Daha sonra çıxış edən rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova körpə fidanları təbrik edib. İ.Gülməmmədova uşaqların keyfiyyətli təhsil almalarının, yüksək səviyyəli tibbi xidmətlə təmin olunmalarının, onların sağlam mənəvi və sosial müdafiə mühitində böyümələrinin vacibliyini vurğulayıb. Rayon rəhbəri bildirib ki, uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir.
Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim edilib.
Şamo Əliyev