Abşeron qəzetinin yeni sayı
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
26-04-2017, 11:42 Oxunub: 697

İradə Gülməmmədova Çernobıl əlilləri ilə görüşdü

İradə Gülməmmədova Çernobıl əlilləri ilə görüşdü


Hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrdə 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur.

Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləmişdir.

Bu gün Abşeron Rayon İcra Hakimiyyətində 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş qəzanın 31-ci ildünümü münasibəti ilə 92 Çernobıl əlili və onların ailə üzvləri ilə görüş keçirilib. Ənənəvi olaraq keçirilən tədbirin məqsədi Çernobıl faciəsi qurbanlarının xatirəsini anmaq, mövcud problemlərini həll etmək və ailələrinə yardımlar göstərmək olub.

Tədbir Çernobıl qəzası qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə çıxış edən Abşeron rayon icra hakimiyyəti başçısı İradə Gülməmmədova bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. "Hadisə nəticəsində 7 min insan ölüb, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan dəyib. Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, yəni 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artırılıb. Prezident İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman diqqət mərkəzində saxlanılır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın səyləri nəticəsində bu gün ölkəmizdə əlillərin həyat tərzi yaxşılaşdırılmış və onlar üçün hər cür şərait yaradılmışdır. ", - I.Gülməmmədova vurğulayıb.

İ.Gülməmmədova həmçinnin Abşeronda son 10 ildə həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda 50 yaxın bağça və məktəbin tikilərək istifadəyə verildiyini, kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, Xırdalan şəhərinin kommunikasiya xəttləri ilə təmini ilə bağlı mühüm addımların atıldığını bildirib.

Sonra Respublika Çernobıl Əlilləri İttifaqı İctamai Birliyinin Abşeron filialının sədri Rövşən Qədəşov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını ifadə edib. Çernobıl əlillərinin bir qisminin dövlət tərəfindən mənzil və avtomobillərlə təmin edildiyini vurğulayan R.Qədəşov bəzi faktları açıqlayıb. O qeyd edib ki, qəza baş verən zaman onun nəticələrini aradan qaldırmaq üçün səfərbər edilən heyət arasında ən çox müsəlmanlar olub. Onların da arasında böyük say tərkibini Azərbaycanlılar təşkil edib. O vaxt ki SSRİ rəhbərliyinin hadisənin real nəticələrini ictimaiyyətdən gizlətdiyini vurğulayan filial sədrinin sözlərinə görə, buna baxmayaraq ABŞ və Qərb dövlətləri Çernobıl qəzasını əsrin faciəsi adlandırıblar.

Çernobılçılar adından çıxış edənlərdən Temur Məmmədxanov, Yuri Qarayev, Soltan Haciyev və başqaları onlara göstərilən diqqət və qayğıya görə ökə rəhbərinə minnətdarlıqlarını birdiriblər.

Rayon icra hakimiyyəti başçısı İ.Gülməmmədova son olaraq vurğulayıb ki, rayonda əlillərə qayğı və diqqət bundan sonra da davam etdiriləcək, onların həyat tərzi maksimum səviyyəyə çatdırılacaqdır.

Tədbirin sonunda əlillərə maddi yardım göstərildi.

Şamo Əliyev

İradə Gülməmmədova Çernobıl əlilləri ilə görüşdü
İradə Gülməmmədova Çernobıl əlilləri ilə görüşdü
İradə Gülməmmədova Çernobıl əlilləri ilə görüşdü
İradə Gülməmmədova Çernobıl əlilləri ilə görüşdü
İradə Gülməmmədova Çernobıl əlilləri ilə görüşdü
İradə Gülməmmədova Çernobıl əlilləri ilə görüşdü
İradə Gülməmmədova Çernobıl əlilləri ilə görüşdü
XƏBƏR LENTİ
19:07 | Xırdalan bağçasında “Bədii təfəkkürün inkişafı” üzrə açıq məşğələkeçirildi 20:51 | Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı 17:23 | “Riyaziyyat və informatika fənn aylığı”nın yekununa həsr olunmuş konfrans keçirilib 18:27 | Xırdalanın 1 saylı uşaq bağçasında 'açıq məşğələ' keçirilib 18:04 | İlham Əliyev: Xırdalan şəhərində müasir xəstəxananın tikintisi davam etdiriləcək 22:22 | Prezident İlham Əliyev: "Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır" 22:00 | Abşeron idmançıları Türkiyədən 7 medalla qayıdıb 17:22 | Prezident 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi 16:01 | "Şifahi xalq ədəbiyyatı söz xəzinəsidir" adlı tədbir 13:10 | Abşeronlu gənclər hərbi xidmətə yola salınıb 15:31 | 20 Yanvar faciəsinə həsr olunmuş açıq məşğələ 19:31 | Orta məktəblərdə İKT-nin rolu 13:12 | Abşeronda sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil edilib 20:46 | Güzdək məktəbində Həmrəylik Günüvə Yeni il münasibəti ilə tədbir keçirilib 18:49 | Xırdalan məktəbində “Riyaziyyat gecəsi” keçirilib. 18:12 | Xırdalan bağçasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə bayram şənliyi keçirildi. 17:59 | 24 saylı bağçada Həmrəylik günü və yeni il tədbiri keçirildi 17:35 | Xırdalan 2 saylı uşaq bağçasında Yeni il şənliyi keçrilib 17:17 | Şagirdlərlə İlham Zəkiyevin görüşü keçirilib 17:08 | Abşeronda əlillər üçün bayram süfrəsi açılıb 16:41 | Prezident İlham Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib 14:36 | Xırdalan 2 saylı məktəbdə Riyaziyyat gecəsi keçirilib