Novxanı bağçasında 9 noyabr Dövlət bayrağı günü və payız bayramına həsr olunan tədbir
Tarix:10-11-2017, 22:22
Novxanı qəsəbə 28 nömrəli körpeler evi-uşaq bağçasında 9 noyabr Dövlət bayrağı günü və payız bayramına həsr olunan möhtəşəm tədbir təşkil olundu.
Abşeron rayon İcra Hakimiyyətinin və sözü gedən uşaq bağçasının pedeqoji kollektivinin iştirak etdiyi tədbirdə vurğulandı ki, Bayraq dövlətin varlığını təsdiqləyən, milləti ucaldan, hər bir vətəndaşı qürurlandıran rəmzdir. Azərbaycanda Dövlət Bayrağı Gününün təsis olunması və hər il təntənə ilə keçirilməsi məhz bu mənəvi dəyərdən qaynaqlanır. 9 noyabr dövlət bayrağı günü keçirilməsi həmçinin xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur.
Dövlət bayrağı günü və payız bayramına həsr olunan tədbirdə Körpə fidanların ifasında rəngarəng bayram proqramı təqdim olunub. Uşaqların nümayiş etdirdiyi şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.
Körpələrə vətən sevgisinin aşılanması məqsədini daşıyan tədbirdə uşaqlara Təşəkkürnamlər təqdim edildi.