Prezident İlham Əliyev Abşeron rayonuna gəlib.
Dövlət başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi.
[/center]