Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda elektrik-enerjisi təhcizatı yenilənir (Video+Foto)

Tarix:4-12-2017, 21:18



Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf regionlarda elektrik enerjisi təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına əlverişli şərait yaradıb. Abşeron rayonununda əhalinin elektrik enerjisi təminatı ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Novxanı kəndində fəaliyyət göstərən Bağlar Enerji Təhcizatı və Satış İdarəsi tərəfindən xeyli işlər görüb. Görülən tədbirlər nəticəsində qış aylarında Novxanı, Görədil, Fatmayi , Məhəmmədi kəndlərində və idarənin xidmət göstərdiyi digər ərazilərdə elektrik enerjisinin verilişində heç bir çətinlik olmayacaq.

Son dövrlər Azərişıq ASC-nin Bağlar Enerji Təhcizatı və Satş İdarəsinin xidmət ərazisində xeyli işlər görülüb.35/6 kV-luq “Sarı-Qaya” y/st-sı yenidən qurulub. 35 kV-luq QPQ istismara verilmiş,iki tərəfli qida mənbəyi ilə təchiz olunmuşdur. 2 ədəd 35/6,0 kV-luq 16 MVA gücündə güc transformatoru quraşdırılmış, 6 kV QPQ istismara verilmişdir.35/10 kV-luq “Məhəmmədi” y/st-sı inşa olunmuşdur, 35 kV-luq QPQ istismara verilmişdir. 2 ədəd 35/10 kV-luq 10 MVA gücündə güc transformatoru quraşdırılmışdır. 10 kV QPQ istismara verilmişdir.35/6 kV-luq “Fatmayı” y/st-sı inşa olunmuşdur. Yeni inşa olunmuş 35/6 kV-luq “Fatmayı” y/st-nın xidmət ərazisindəki istehlakçıların dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün 6 ədəd yeni 6 kV-luq hava veriliş xəttləri istismara verilmişdir.Dəniz kənarında yeni 6 kV PQ inşa olunmuşdur. Texniki itkilərin azaldıması, abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisilə təmin olunması üçün 6 kV Fider-1 və Bağ-8 h/x-ləri üzərindəki transofmatorlarının 2 tərəfli qidalanması təmin edilmişdir. 4 ədəd yeni KTM quraşdırlmış, 9.8 km kabel xətti çəkilmişdir. Binəqədi-Novxanı yolunun yenidən qurulması ilə əlaqədar olaraq, yol kənarı hava verliş xəttləri ləğv olunmuş, yol keçən orta gərginlik xəttləri kabel xəttləri ilə əvəz olunmuş, 35\6 kV-luq Sarıqaya y/st-dan dəniz kənarında yerləşən PQ-8 paylayıcı qurğusuna qədər 7 ədəd yeni 3 girişli KTM-lərə girib-çıxmaqla 32 km uzunluğunda kabel quyularından, borulardan istifadə etməklə müxtəlif en kəsikli XLPE-10 tipli kabel xətti quraşdırılmışdır. 35/6 kV-luq Sarıqaya y/st-dan yeni 1 ədəd (Bağ-9) elektrik veriliş xətti çıxarılaraq istismara verilmişdir. Bağlar ETSİ-nin xidmət ərazisində 99 ədəd yeni güc mərkəzi yaradılmışdır. 7673 ədəd 0.4 kV-luq dayaq quraşdırılmışdır.2016-cı ildə Bağlar ETSİ-nin xidmət ərazisində, 2015-ci il ilə müqaisədə 1612 nəfər istehlakçı sayı artmışdır. 2016-cı ildə, 2015-ci il ilə müqaisədə alınan illik elektrik enerjisinin miqdarı 6995356 kVt/saat azalmışdır.Texniki itkilərin azaldılması məqsədi ilə yeni yaradılmış güc mərkəzləri ərazisindən, mövcud 0.4 kV-luq şəbəkəyə istehlakçıları qoşmaqla Bağlar ETSİ-nin xidmət ərazisindən 631 ədəd güc transformatoru sxemdən çixarılmışdır.Təsdiq olunmuş plan-qrafikə əsasən avadanlıqların, hava verilişi xəttlərinin, TM və KTM-lərində cari, əsaslı təmir işləri mütəmadi olaraq görülür.

Novxanı sakini Faiq Qaçayev: - 15 ildi Novxanıda yaşayıram, Allaha şükür Novxanıda işıq son bu ikiildə,üç ildə işıqda problem yoxdur. Problem son 5 il qabaq idi.Hər bir şərait indi əladır, bütün istiliyimiz, hər şeyimiz şəraitimiz əladır. Pletka taxanda,işıq istifadə eliyəndə işıq azalmır. Xəttdə problem olanda qaynar xəttə zəng eliyirik ,işıq idarəsi gəlib hər bir qaydasında oz işlərin görüb,xətti normal qaydaya salırlar.Vətəndaşa nə lazımdır? Hər bir şəraitimiz əla olsun, Allaha şükür də şərait hamısı əladır. Cənab prezidentimizin Allah canın saxlasın, hər bir şəraitimiz əladır. Bizə nə lazımdır, Allaha şükür evimiz işıqlıdır. Biz vətəndaşa işıq lazımdır. İşıq da var, evimiz işıqlıdr. Buna görə də cənab prezidentə təşəkkür eliyirik.

Abşeron rayonunun kənd və qəsəbələrində əhalini sabit və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədi ilə “Azərişıq” tərəfindən mühüm layihələr həyata keçirilib. Abşeronda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin normal fəaliyyət göstərməsi üçün enerji təhcizatına xüsusi diqqət yetirilır. Enerji təminatı sahəsində görülən işlərin davamı olaraq yeni yarımstansiyaların tikintisi davam etdirilir,işıq xətləri və dirəkləri yenilənir. Yarımstansiyalar rayon sakinlərinin etibarlı, təhlükəsiz və daha səmərəli şəkildə elektrik enerjisi ilə təminatını həyata keçirilməsində mühüm rol oynayacaq.

Bağlar Enerji Təhcizatı və Satış İdarəsinin rəisi Zülfü Ağayev: - “Azərişıq” ASC yaranandan sonra Bağlar Elektrik Şəbəkəsi ərazisində çox böyük işlər,yenidən qurma işləri aparıldı. 2 ədəd 35-6 kilovoltluq yarımstansiya Sarıqaya yarımstansiyası və Fatmayi yarımstansiyası inşa edilib əhalinin xidmətinə verildi. 1 ədəd isə Məhəmmədi 35-10 kilovoltluq yarımstansiya tikilib əhalinin xidmətinə verildi. Qış mövsümünə yay aylarından başlanmışdır hazırlıqla bağlı,bu müddət ərzində 35-6 kilovoltluq Sarıqaya yarımstansiyasından çıxan 6 ədəd hava veriliş xətti kabel xətti ilə əvəz olunmuş və 7 ədəd Kompleks Transformator Məntəqəsi quraşdırılmış və 0.4 xəttləri çəkilərək əhaliyə tam keyfiyyətli elektrik enerjisi ilə təmin olunmuşdur. Bağlar Elektrik Şəbəkənin xidmət ərazisində 24 saat növbətçilik sistemi ilə işlər davam etdirilir və hər an əhalinin xidmətində işləyirik və bununla əlaqədar ümumi Azərişıqda 199 çağrı xidməti var və bu xidmətlə əhali müraciət etdikdə dərhal bütün qəzalar aradan qaldırılır və əhaliyə tam şəkildə xidmət olunur.Bundan əlavə Bağlar Elektrik Şəbəkənin xidmət ərazisi olan Görədil bağları və Görədil kəndi, Fatmayi bağları və Fatmayı kəndində hal hazırda yenidən qurma işləri gedir 6 kilovoltluq hava veriliş xəttləri dəyişdirilir və 0.4 xətləri də yenidən qurulur. Bunun da nəticəsində biz əhalini tam əmin edə bilərik ki,bu qış tam fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar.

Novxanı kəndində fəaliyyət göstərən Bağlar Enerji Təhcizatı və Satş İdarəsi tərəfindən son iki ildə Novxanı, Məhəmmədi, Fatmayi, Görədil kəndlərində,və idarənin xidmət sahəsinə aid olan ərazilərdə istismar müddəti başa çatan müxtəlif güclü köhnə transformator yeni komplekt transformator məntəqələri ilə əvəzlənib,təmirə ehtiyacı olan transformatorda əsaslı təmir işləri aparılıb. Yeni dayaqlar basdırılıb, yüksək gərginlikli şəbəkə üçün nəzərdə tutulan dirəklərdə isə təmir və yenidənqurma işləri aparılıb, yeni SİP kabel və naqillər çəkilib. İstismar müddəti başa çatan sayğaclar yeni elektron tipli sayğaclarla əvəz edilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda rayon sakinləri fasiləsiz elektrik enerjisi ilə tam təmin olunur.

Novxanı sakini Sərdar Musayev: Deməli doğurdan da ki,bu elektrik enerjisi ilə əlaqəli çox böyük dəyişiklər var, yəni bir neçə il bundan qabaq burda işıqlar fasilə ilə verirdilər.Hal hazırda isə bu yer altı kabellər,sora bu yollarn yenidən qurulması,kanalizasiya sisteminin qurulması,çox böyük,yəni bu əhali üçün çox böyük köməkdir. Təbii ki,əlbəttə ki,sağ olsunlar əməyi keçən insanlar,elektrik enerjisi demək olar ki, fasiləsizdi. Hər zaman elektrik enerjisi ilə təmin olunub,su ilə təmin olunub. Demək olar ki,kommunal struktur yenidən qurulubdur. 30 ildən artıqdır burda yaşayırıq və bunu biz hiss eliyirik görürük. Hal hazırda bu axır 1 ildə çox gözəl elektrik enerjisi,normal qaydada verilir və heç bir fasilələr də yoxdur. Yəni əvvəllər bu kombi sistemi,fasilələr olduğuna görə arada bir müəyyən fasilələr var idi və onun üçün də kombi sistemi işləmirdi,bax indi fasilələr olmadığı üçün kombi sistemi normal qaydada işləyir və istilik sistemi ilə hər bir insan təmin olunur.

ASAN xidmət tərəfindən qeydə alınmış istehlakçıların, kodlarının açılması, sayğaclarının quraşdırılması, icra müddəti zamanında şəbəkəyə qoşulması işləri mütəmadi olaraq görülür.Fərdi abonentlərdən daxil olmuş şikayət və çağrışlar mütəmadi olaraq vaxtında icra olunur.Bağlar ETSİ-nin xidmət ərazisində “Azərişıq” dövründə məişət istehlakçılarına 7714 ədəd yeni sayğac quraşdırılmışdır.

Abşeronda elektrik-enerjisi təhcizatı yenilənir (Video+Foto)
Abşeronda elektrik-enerjisi təhcizatı yenilənir (Video+Foto)
Abşeronda elektrik-enerjisi təhcizatı yenilənir (Video+Foto)
Abşeronda elektrik-enerjisi təhcizatı yenilənir (Video+Foto)
Abşeronda elektrik-enerjisi təhcizatı yenilənir (Video+Foto)

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır