Abşeron qəzetinin yeni sayı
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
6-02-2018, 21:17 Oxunub: 656

Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib

Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib


Məlum olduğu kimi, bütün dövrlərdə ağsaqqal sözünə, ağbirçək öyüdünə ehtiyac duyulub. Onların məsləhəti ilə gerçəkləşdirilən bütün işlər sonda xeyirlə nəticələnib. Bu gün də ağsaqqalların sözünün və tövsiyələrinin idarəetmə orqanları tərəfindən də eşidilməsi mövcud sosial-iqtisadi problemlərin vaxtında həll edilməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişaf etdirilməsinə yaşıl işıq yandırır.

Fevralın 6-da Abşeron Rayon İcra Hakimiyyətində ağsaqqallarla keçirilən görüş də məhz bu məqsəsə qulluq edirdi.

Toplantıda Abşeron rayon ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri, dini icma sədrləri, dindarlar, QHT sədrləri, sahibkarlar, müharibə əlilləri, veteranlar, şəhid ailələri, ziyalılar, ağsaqallar və ehtiyatda olan hərbiçilər iştirak ediblər

Görüşü Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova açaraq dövlət başçısı İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə göstərdiyi böyük diqqət və qayğıdan, ölkəmizin sosial-iqtisadi inkişafından danışıb. Son illər ölkədə daxili sabitliyin davamlılığının, milli maraqlara söykənən xarici siyasət fəaliyyəti nəticəsində ölkəmizin dünya birliyində layiqli yer tutmasının, eləcə də, sosial-iqtisadi sahədə həyata keçirilmiş islahatlar nəticəsində əldə edilmiş nailiyyətlərin məhz Prezidentin məqsədyönlü siyasətinin təzahürü olduğunu qeyd edən natiq dövlət başçısına minnətdarlığını ifadə edib.

İ.Gülməmmədova bildirib ki, ötən il Ölkə Prezidenti cənab İlham Əliyevin 3 dəfə Abşeron rayonuna səfər edərək, Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin, Masazır kəndində orta məktəb binasının, Corat-Novxanı və Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının açılışlarında iştirakı Abşeron rayon əhalisində böyük ruh yüksəkliyi yaratmış, qurub-yaratmaq əzmini daha da artırmışdır. Cənab Prezident İlham Əliyev 2003-cü ildən ötən dövr ərzində 17 dəfə Abşeron rayonunda olub ki, bu da Ölkə Prezidentinin abşeronlulara olan yüksək diqqət və qayğısının bariz bir nümunəsidir.

Vurğulanıb ki, ötən il rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilmiş, rayon ərazisində su-kanalizasiya sistemlərinin yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri, elektrik enerjisi ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələr həyata keçirilmişdir.

Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılması rayonun həyatında çox mühüm bir hadisədir. Azərbaycan Höküməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi, layihə çərçivəsində 2 il ərzində 168 km uzunluğunda içməli su xəttinin, 110 km uzunluğunda isə kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı 2017-ci ilin iyul ayından bugünə qədər 47 km su, 18 km uzunluğunda kanalizasiya xətti çəkilib və hazırda bununla bağlı işlər davam etməkdədir.

Bundan əlavə ötən il Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış vəsait hesabına Novxanı kəndində yeni magistral içməli su və kanalizasiya xətləri çəkilib istifadəyə verilmiş, Pirəkəşkül, Qobustan kəndlərində içməli su çəkilişi işləri başa çatdırılmış, Mehdiabad və Digah qəsəbələrində isə kanalizasiya xətlərinin yenilənməsi işləri davam etməkdədir.

Qeyd olunub ki, Rayonun Məmmədli kəndində yeni yaşayış massivində mövcud olan gölün daşması ilə əlaqədar yaranan ciddi problemin aradan qaldırılması məqsədilə aidiyyəti yuxarı orqanlar qarşısında məsələ qaldırılmış, kənd ərazisində 900 metr uzunluğunda xətt çəkilmişdir. Bununla da ərazidə yaşayan 500-dən çox ailənin yaşayış evinin və Zabrat-Kürdəxanı yolunun subasması ilə bağlı problem tamamilə aradan qaldırılmışdır.
Hökməli qəsəbəsi ərazisindəki Daşgil gölünün ətrafında olan evlərin subasması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə edilən müraciətlərin nəticəsi olaraq, 5.5 km uzunluğunda xətt çəkilmiş və göl üzərində dairəvi tipli nasosxana inşa olunmuşdur. Görülmüş tədbirlər nəticəsində ətrafda olan evlərin subasma təhlükəsi tamamilə aradan qaldırılmışdır. Bundan əlavə Mehdiabad qəsəbəsində yeni yaşayış massivində olan mövcud gölün daşması nəticəsində ətrafda olan evlərin subasması ilə əlaqədar nasos qoyularaq, 500 metr məsafəyə xətt çəkilmiş və göldə suyun səviyyəsi tamamilə aşağı salınaraq, subasma ilə bağlı problemin qarşısı alınmışdır.

Bildirilib ki, rayon ərazisində ən ciddi problemlərdən biri də respublika əhalisini duzla təmin edən “Azərduz” İstehsalat Birliyinin fəaliyyət göstərdiyi Masazır duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı idi. Bununla da bağlı Ölkə Prezidentinə dərin təşkkürümü bildirirəm ki, gölə axıdılan suların qarşısının alınması ilə bağlı dərhal göstəriş vermiş və qısa bir müddətdə Masazır və Novxanı kəndləri ərazisində 13,2 km uzunluğunda çirkab suların axıdılması üçün xətt çəkilişi işlərinə başlanmışdır. Hazırda işlər sürətlə davam etdirilir.
Bağlar Sukanal idarəsi tərəfindən Saray-Novxanı 300 mm diametrli su boru xəttinin 300 paqometr, Mehdiabad-Fatmayı 273 mm diametrli su boru xəttinin 100 paqometr qəzalı hissəsi təmir edilmiş, Digah qəsəbəsi Qara Qarayev küçəsində təmir tikinti təşkilatları tərəfindən yarımçıq qalmış işlər başa çatdırılaraq ev birləşmələri verilmişdir.

2017-ci ildə rayon əhalisinin elektrik enerjisi ilə təminat sahəsində də çox böyük layihələr həyata keçirilmişdir. Qobu qəsəbəsində 110 kv-luq, Xırdalan şəhərində və Masazır kəndinin hər birində 35 kv-luq yeni yarımstansiyalar inşa olunmuş, hazırda Xırdalan şəhərində 110 kilovoltluq və 35 kv-luq daha iki yarımstansiyanın tikintisində son tamamlama işləri həyata keçirilməkdədir. Qobu 110 kilovoltluq yarımstansiyasına Qobu və Hökməli qəsəbələrinin qoşulması təmin edilmiş və Güzdək qəsəbəsinin də gələcəkdə bu yarımstansiyaya qoşulması üçün yeni transformator məntəqəsi tikilmişdir.

Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq və Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış vəsait hesabına ötən il Mehdiabad-Digah-Məmmədli, Mehdiabad-Novxanı və Lökbatan-Qobu yollarının əsaslı yenidən qurulması işləri həyata keçirilmişdir. Novxanı kəndindən Sumqayıt şəhərinə gedən 2.5 km uzunluğunda yolda rayonun daxili imkanları hesabına genişləndirmə işləri aparılaraq asfalt örtük verilmişdir. Hazırda Hökməli-Qobu, Güzdək-Buta, Mehdiabad-Fatmayı-Pirşağı yollarının təmirinə və Masazır-Novxanı istiqamətində alternativ yol çəkilişi işlərinə başlanılmışdır.

Bakı-Şamaxı, Bakı-Quba magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 7 yerdə yerüstü piyada keçidi quraşdırılmışdır. Bundan əlavə rayonun daxili imkanları hesabına Xırdalan, Ceyranbatan, Saray, Masazır, Hökməli, Məmmədli, Novxanı yaşayış məntəqələrində daxili yollarda asfaltlama işləri həyata keçirilmişdir.

Rayon ərazisində Hökməli-Qobu, Mehdiabad-Fatmayı, Mehdiabad-Novxanı, Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının kənarlarında abadlaşdırma işləri görülmüş, ümumilikdə yol kənarlarında, parklarda və digər ərazilərdə 50 mindən çox zeytun, xan çinar, şam və digər növ ağaclar əkilmişdir. Mehdiabad qəsəbəsində və Məmmədli kəndində parklar yenidən qurularaq, istifadəyə verilmişdir. Aşağı Güzdək qəsəbəsində şəhidlərin xatirəsinə abidə ucaldılaraq ətrafı abadlaşdırılmışdır. Xırdalan şəhərinin Qalubiyyə küçəsində baxımsız qalmış ərazi abadlaşdırılaraq, park salınmışdır. Eyni zamanda şəhərin çoxmənzilli yaşayış binalarının həyətlərində qanunsuz zəbt edilmiş 215 daş və metal torla hasarlanmış ərazi sökülərək təmizlənmiş, 28-ci məhəllənin 12 yaşayış binasının ətrafında səkilər yenilənmiş, asfaltlanaraq nümunəvi məhəllələr yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı Ceyranbatan qəsəbəsi ərazisində 12 çoxmənzilli yaşayış binasında, Xırdalan şəhərində isə 8 binada təmir işləri aparılmışdır. Hazırda Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ayrılmış vəsait hesabına Xırdalan şəhərində 23 çoxmənzilli yaşayış binasının əsaslı təmiri işləri həyata keçirilir.

Əvvəlki illərdə olduğu kimi ötən ildə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılmış, rayonun Məmmədli kəndində Qarabağ əlili üçün 131 kvadratmetr sahəsi olan 4 otaqlı ev tikilib istifadəyə verilmişdir.

Ölkəmizin işğal olunmuş ərazilərindən olan və rayonumuzda məskunlaşmış 42 min nəfərdən çox məcburi köçkünün həyat şəraiti də daim diqqət mərkəzində saxlanılır. Hər il olduğu kimi 2017-ci ildə də işğal altında olan rayonların şəhid ailələri ilə görüşlər keçirilmiş və onlara maddi köməkliklər edilmişdir.

Valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün Masazır kəndində 120 mənzilli yaşayış binasının tikintisində də son tamamlama işləri görülür. Yaxın vaxtlarda binanın açılışı, əlavə olaraq daha bir 12 mərtəbəli yaşayış binasının və orta məktəb binasının təməlinin qoyuıması nəzərdə tutulur.

2017-ci ildə rayonun təhsil müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Masazır kəndində 1200 şagird yerlik məktəb binası, dövlət investisiya xərcləri hesabına Masazır kəndində və Aşağı Güzdək qəsəbəsində körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmiş, rayonun daxili imkanları hesabına Xırdalan şəhərinin 1 və 15 saylı uşaq bağçalarının binaları təmir edilərək ətrafı abadlaşdırılmışdır.Mehdiabad qəsəbəsində 1200 şagird yerlik çox müasir tipli məktəb binasında da işlər başa çatdırılmış, yaxın günlərdə açılışı nəzərdə tutulmuşdur.

Azərbaycanımızı dünyada layiqincə təmsil edən üçqat dünya çempionu Hacı Əliyevə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mənzil hədiyyə edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ötən il Xırdalan şəhəri ərazisində inşası başa çatdırılan Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi idmançılarımızın uğurlarını daha da artacaqdır

İ.Gülməmmədova qeyd edib ki, Rayon İcra hakimiyyətinin başçısı olaraq keçirdiyim qəbullarda vətəndaşın müraciəti dinlənilmiş, onların qaldırdığı problemlərin həll olunması üçün lazımi tədbirlər görülmüşdür. Yerlərdə vətəndaşların səyyar qəbullarına üstünlük verilmiş, qəsəbə və kəndlərdə olmaqla rayon sakinlərinin problemləri dinlənilmişdir. Qəbullarda qaldırılan məsələlər ilə bağlı tədbirlər planı tərtib edilərək aidiyyəti müəssisə və təşkilatlarla birlikdə həlli ciddi nəzarətə götürülmüşdür.

Daha sonra görüşdə iştirak edən ağsaqqal və ziyalılar da öz çıxışlarında ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən, ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələrindən söz açaraq mədəniyyət, elm, təhsil və digər sahələrin işçilərinə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Abşeron rayonunda həyata keçirilən işlərə görə İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Şamo Əliyev


Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
Abşeron rayonunda ağsaqqallar və ziyalılarla görüş keçirilib
XƏBƏR LENTİ
18:39 | Bazar günü Abşeron yarımadasında gecə 4-6,gündüz 8-11 dərəcə isti gözlənilir 18:29 | Deputatlarlarımız Ərdoğanla görüşəcək 18:09 | Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır 17:48 | Azərbaycanda prezidentliyə namizədliklərinin irəli sürülməsi təsdiq olunanların sayı 15-ə çatdı 17:35 | Abşeronda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunub 16:24 | Xırdalanın 5 saylı məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı 16:12 | Məmmədlidə Xocalı soyqırımının 26-cı ildönümü anıldı 15:34 | Xırdalan məktəbliləri Xocalı abidəsini ziyarət ediblər 14:57 | Xırdalan şəhər 4 saylı məktəbdə “Ana dilimizi sevək!” adlı tədbir 14:01 | Mehdiabad bağçasında Xocalı Soyqırımının 26-cı ildönümü anılıb 22:43 | Xırdalanın 2 saylı məktəbində Xocalı soyqırımı yad edildi 22:30 | 1 saylı uşaq bağçasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb 21:52 | Xırdalan şəhər 17 saylı uşaq bağçasında Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə tədbir keçirildi 21:39 | Abşeron RTŞ-nin təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirildi 20:50 | “Ana dilimizi sevək, qoruyaq” adlı tədbir keçirilib 20:35 | Abşeronda yüksəliş salnaməsinin yeni səhifələri yazılır 17:05 | Yüksəkixtisaslı həkim briqadaları regionlarda əhalinin pulsuz müayinəsinə başlayıb 16:53 | İlham Əliyev “Boeing” şirkətinin nümayəndə heyətini qəbul edib 16:47 | Birinci vitse-prezident Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb 10:03 | Abşeronda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcək 09:50 | Abşeron məktəbliləri hərbi vətənpərvərlik ruhunda tərbiyə olunur-Video 20:23 | Abşerondakı lisey və gimnaziyalara qəbul imtahansız olacaq