Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Səlim Müslümov Abşeronda vətəndaşları qəbul edib

Tarix:16-02-2018, 16:14

Səlim Müslümov Abşeronda vətəndaşları qəbul edib


Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və nazir Səlim Müslümov Xırdalan şəhərinin mərkəzindəki Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər

Daha sonra isə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Abşeron rayonunda həmin rayonun, Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.

Vətəndaşlarla görüşündə S.Müslümov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq ildən-ilə gücləndirilən sosial müdafiə tədbirlərinin Abşeron, Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin əhalisini də əhatə etdiyini vurğulayıb. Həmin şəhər və rayonların müvafiq qruplardan olan sakinlərinin pensiya və müavinətlərlə, sosial xidmətlərlə, reabilitasiya vasitələri ilə təminatı barədə məlumat verən nazir Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillərlə təmin olunması sahəsində bu bölgədə də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb.

Qəbula gələn vətəndaşlar əsasən sosial təminat növlərinə hüququn müəyyən olunması, bərpa müalicəsinə köməklik göstərilməsi, məşğulluğun təmin edilməsi, aktiv məşğullluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb olunma, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi məsələləri ilə əlaqədar müraciət ediblər. Müraciətlərin mühüm bir hissəsi sorğu xarakterli olduğundan aidiyyəti üzrə vətəndaşlara izahatlar verilib, onların müvafiq məsələlərlə bağlı hüquqi məlumatlandırılması təmin olunub. Digər müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar yerindəcə tədbirlər görülüb. Xüsusən də işlə təmin edilməsinə köməklik göstərilməsi üçün müraciət edən bir qrup şəxsə elə qəbul zamanı peşə və bacarıqlarına uyğun vakansiyalar təklif edilib və seçdikləri vakansiyalar üzrə onlara münasib iş yerlərinə göndərişlər verilib. Bir sıra şəxslərin müraciətləri nəzərə alınmaqla özünüməşğulluq proqramına, peşə hazırlığı kurslarına cəlb edilmələri tapşırılıb.

S.Müslümov vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı məqsədilə ötən dövrdə qəbul edilən Dövlət Proqramları Abşeron, Xızı rayonlarında, Sumqayıt şəhərində də dinamik inkişaf proseslərinə şərait yaratmaqla, çoxsaylı yeni iş yerlərinin açılmasına, bölgədə əmək resurslarının məşğulluq imkanlarının artmasına səbəb olub: “Ötən il də bu şəhər və rayonlarda əhalinin məşğulluğuna yönələn tədbirlər əmək bazarında sabitliyin davam etməsinə imkan verib. Bunun əyani ifadəsi kimi, 2017-ci ildə nazirliyin məşğulluq orqanlarına iş üçün edilən müraciətlərin sayı əvvəlki illə müqayisədə Abşeron, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə də əhəmiyyətli şəkildə azalıb. Ötən il məşğulluq orqanlarının xətti ilə həmin şəhər və rayonlar üzrə 3517 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olunub, 226 nəfər peşə hazırlığına cəlb edilib, özünüməşğulluq proqramı çərçivəsində isə 80 nəfər aztəminatlı ailənin kiçik ailə təsərrüfatları yaradılıb. Cari il ərzində özünüməşğulluq proqramının genişləndirilməsi şəraitində həmin şəhər və rayonlar üzrə də ümumilikdə 404 aztəminatlı ailənin (o cümlədən Abşeron rayonu üzrə 150, Sumqayıt şəhəri üzrə 200, Xızı rayonu üzrə 18, Qubadlı rayonu üzrə 36 aztəminatlı ailənin) aktivlərlə təmin edilməklə kiçik ailə təsərrüfatlarının formalaşdırılması planlaşdırılıb”.

Qəbul zamanı S.Müslümov ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq onların bərpa müalicəsinə cəlb edilmələri, reabilitasiya avadanlıqları və sosial xidmətlərlə təmin olunmaları üçün nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib. Nazir qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzində də digər bir sıra bərpa mərkəzlərində olduğu kimi, əsaslı təmir işləri aparılmaqla müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılması təmin olunacaq”.

Vətəndaşlar ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq imkanlarının artırılması, həssas əhali qruplarının dövlət qayğısı ilə əhatə olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərə, həmçinin pensiyaçıların rifah halının yaxşılaşdırılması sahəsində növbəti tədbir kimi əmək pensiyalarının cari ilin əvvəlindən artırılmasını təmin edən 09 fevral 2018-ci il tarixli Sərəncamın imzalanmasına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Şamo Əliyev

Səlim Müslümov Abşeronda vətəndaşları qəbul edib
Səlim Müslümov Abşeronda vətəndaşları qəbul edib
Səlim Müslümov Abşeronda vətəndaşları qəbul edib
Səlim Müslümov Abşeronda vətəndaşları qəbul edib
Səlim Müslümov Abşeronda vətəndaşları qəbul edib
Səlim Müslümov Abşeronda vətəndaşları qəbul edib
Səlim Müslümov Abşeronda vətəndaşları qəbul edib

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var