Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
12-03-2018, 14:22 Oxunub: 326

Səyyar ASAN xidmət Novruz bayramınadək Xırdalanda vətəndaşlara xidmət göstərəcək

Səyyar ASAN xidmət Novruz bayramınadək Xırdalanda vətəndaşlara xidmət göstərəcək


Abşeron rayonunda qeydiyyatda olan sakinlər növbəti dəfə səyyar “ASAN xidmət”in fəaliyyətindən yararlanmaq fürsəti əldə ediblər. Belə ki, mart ayının 5-dən 19-nadək səyyar “ASAN xidmət” Xırdalan şəhərində fəaliyyət göstərəcək. Xırdalandakı Mədəniyyət Mərkəzinin önündə park edilən bütün texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN xidmət”in xüsusi avtobusu gün ərzində vətəndaşların xidmətindədir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər
Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
XƏBƏR LENTİ
Dünən, 17:53 | “Qarabağ qaziləri” ambutant futbol federasiyasının “Abşeron” və “Xırdalan” komandaları arasında yoldaşlıq paraolimpiya yarışı keçirilib.Dünən, 17:29 | Abşeronda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilibDünən, 16:31 | Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilibDünən, 12:56 | Azərbaycan və AİB beşillik strateji tərəfdaşlığı müzakirə edəcəkDünən, 12:55 | Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"Dünən, 12:53 | Azərbaycanlı deputatlar Rusiya parlamentinə etiraz məktubu göndərdilərDünən, 11:43 | Prezident İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibDünən, 11:37 | Android-li ən kiçik smartfon təqdim olunduDünən, 11:36 | Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlibDünən, 11:32 | SİM kartsız işləyən ilk smartfon təqdim olundu17-10-2018, 18:24 | Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib17-10-2018, 14:04 | Mehdiabad bağçasında Dövlət Müstəqilliyi Günü qeyd olunub17-10-2018, 13:43 | Xırdalanda Latviya Yerli İcra Orqanları İttifaqının nümayəndələri ilə görüş keçirilib17-10-2018, 12:31 | Azərbaycan QDİƏTPM-nin komitə iclasında17-10-2018, 12:28 | Körpə fidanlar 18 Oktyabr Müstəqillik Günü qeyd etdi17-10-2018, 12:21 | Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edir17-10-2018, 10:48 | Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib16-10-2018, 14:29 | Abşeron Təhsil Şöbəsində görüş keçirilib16-10-2018, 14:24 | “Payız uşaqların gözü ilə” adlı tədbir keçirilib16-10-2018, 14:13 | 5 kameralı iPhone konsepti təqdim olunub16-10-2018, 14:11 | San-Fransisko şəhəri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edib16-10-2018, 14:00 | Smartfon məktubları cavablandıracaq