Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
13-03-2018, 09:22 Oxunub: 591

Azərbaycanın polimer örtüklü dəmir istehsalı üzrə ilk zavodu Abşeronda işə düşdü

Azərbaycanın polimer örtüklü dəmir istehsalı üzrə ilk zavodu  Abşeronda işə düşdü


“Prometal” şirkəti Azərbaycanda polimer örtüklü dəmir istehsalı üzrə ilk zavodu işə salıb. Zavod Mehdiabad qəsəbəsində yerləşir.



“Prometal” şirkətindən verilən məlumata görə, xəttin istehsalını və quraşdırılmasını çoxlu sayda polad layihələri həyata keçirmiş, 75 illik təcrübəyə malik
Avstraliyanın “Bronx International” şirkəti həyata keçirib.

Mart ayının 8-də ilk məhsul istehsal olunub və 3 gün ərzində davamlı istehsal nəticəsində 325 ton məhsul əldə olunub.

İstehsal olunmuş polimer örtüklü dəmir, "AkzoNobel" şirkətinin hazırladığı polimer örtük dizaynına uyğun həyata keçirilib

Qeyd edək ki, "AkzoNobel" şirkəti dünyada polimer örtüklərin istehsalına görə liderdir və ən güvənilən brenddir. İstehsal xəttinin testləri və ilk məhsul istehsalı
qüsursuz baş tutmuşdur və heç bir məhsul itkisi olmamışdır.


"Prometal" "AkzoNobel" şirkətlərinin istehsal etdiyi məhsullar RUV3 iqlim şəraitinə tam uyğundur, belə ki, Azərbaycan məhz bu iqlim zonasında yerləşir. Həmçinin,
dənizə yaxınlıq və duzluluğ nəzərə alınaraq, korroziyadan tam müdafiyə boya altında sink qatı ilə təmin olunmuşdur.

Bu gün Azərbaycanda polimer örtüklü dəmirdən geniş istifadə olunur. Bunlar tikinti bazarında geniş istifadə olunan müxtəlif rəngli dam örtüyü materialları və onların
köməkçi elementləri, fasad profilləri, sandviç panellər, polad tavanlar, ventilyasiya sistemləridir. Bundan başqa, polimer örtüklü dəmirdən avtomobil istehsalında və
elektrotexnika, məsələn, soyuducu, paltaryuyan maşınlar, qabyuyan maşınlar, kondisionerlər və elektrik plitələrin istehsalında istifadə olunur.

85%-İ ÇİNDƏN İDXAL EDİLİR

Polimer örtüklü dəmirlər bu gün Azərbaycana Çindən, Türkiyədən, Rusiyadan, Finlandiyadan və Koreyadan idxal olunur. İdxal edilən metalın təxminən 85%-i Çin istehsalçılarının payına düşür. Prometal şirkətinin istehsal xətti polimer örtüklü metalların idxalını tam əvəz edəcək, həmçinin, digər ölkələrə ixrac etmək üçün kifayət qədər gücə malikdir. İstehsal xətti müasir mühəndis işlərinin nəticəsi olub, öz seqmentində ən yaxşı məhsul istehsal etmək qabiliyyətinə malikdir. Şirkətin məhsulları Finlandiyanın və İsveçin ən yaxşı istehsalçılarının məhsulları ilə müqayisə edilə bilər.

"Prometal zavodu ildə 50000 ton polimer örtüklü dəmir istehsal etməyə gücünə malikdir. Bu zavod müxtəlif tip örtüklərlə: poliester, mat poliester, mat rifli poliester və PVDF ilə iş üçün nəzərdə tutulub. Artıq qeyd edildiyi kimi, polimer örtüklü metalın 85%-i Azərbaycana Çindən idxal edilir ki, bu da sifarişdən sonra minimum 90 günə
başa gəlir. Bundan başqa, xarici ölkələrdən sifariş üçün hər rəngdən 65 ton təşkil edən vaqon normaları vacibdir. Polimer örtüklü metal əsasında bizneslə məşğul olan
kiçik şirkətlər üçün bu iki amil ciddi maliyyə çətinlikləri yaradır, həmçinin, daxili bazarda qiymətlərin qalxmasına səbəb olur. Polimer çəkilməsinin müasir tez növbəli
qurğusu "Prometal" şirkətinə istənilən sifarişləri olduqca operativ yerinə yetirməyə imkan verir",- Şirkətdən bildirilib.


"PROMETAL" İNVESTİSİYA TƏŞVİQİ SƏNƏDİ ALIB

Qeyd edək ki, layihə ölkədə qeyri-neft sektorunda gedən pozitiv islahatların nəticələrindən biridir. Belə ki, "Prometal" şirkəti bu layihə ilə bağlı İqtisadiyyat Nazirliyindən investisiyaların təşviqi sənədini almışdır. Bu sənədə texnologiyaların ölkəyə idxalı zamanı, həmçinin, istehsal zamanı ciddi güzəştlər daxildir. Texnologiyalar və avadanlıqlar vergi və gömrük rüsumlarına məruz qalmır, eləcə də şirkət 7 il müddətində istehsal zamanı bir çox vergilərdən azaddır.


Azərbaycanın polimer örtüklü dəmir istehsalı üzrə ilk zavodu  Abşeronda işə düşdü

Azərbaycanın polimer örtüklü dəmir istehsalı üzrə ilk zavodu  Abşeronda işə düşdü
Azərbaycanın polimer örtüklü dəmir istehsalı üzrə ilk zavodu  Abşeronda işə düşdü
XƏBƏR LENTİ
Dünən, 17:53 | “Qarabağ qaziləri” ambutant futbol federasiyasının “Abşeron” və “Xırdalan” komandaları arasında yoldaşlıq paraolimpiya yarışı keçirilib.Dünən, 17:29 | Abşeronda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilibDünən, 16:31 | Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilibDünən, 12:56 | Azərbaycan və AİB beşillik strateji tərəfdaşlığı müzakirə edəcəkDünən, 12:55 | Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"Dünən, 12:53 | Azərbaycanlı deputatlar Rusiya parlamentinə etiraz məktubu göndərdilərDünən, 11:43 | Prezident İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibDünən, 11:37 | Android-li ən kiçik smartfon təqdim olunduDünən, 11:36 | Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlibDünən, 11:32 | SİM kartsız işləyən ilk smartfon təqdim olundu17-10-2018, 18:24 | Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib17-10-2018, 14:04 | Mehdiabad bağçasında Dövlət Müstəqilliyi Günü qeyd olunub17-10-2018, 13:43 | Xırdalanda Latviya Yerli İcra Orqanları İttifaqının nümayəndələri ilə görüş keçirilib17-10-2018, 12:31 | Azərbaycan QDİƏTPM-nin komitə iclasında17-10-2018, 12:28 | Körpə fidanlar 18 Oktyabr Müstəqillik Günü qeyd etdi17-10-2018, 12:21 | Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edir17-10-2018, 10:48 | Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib16-10-2018, 14:29 | Abşeron Təhsil Şöbəsində görüş keçirilib16-10-2018, 14:24 | “Payız uşaqların gözü ilə” adlı tədbir keçirilib16-10-2018, 14:13 | 5 kameralı iPhone konsepti təqdim olunub16-10-2018, 14:11 | San-Fransisko şəhəri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edib16-10-2018, 14:00 | Smartfon məktubları cavablandıracaq