Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronlu şagirdlər rayona döndülər, zurna-balabanla qarşılandılar

Tarix:29-03-2018, 21:57

Abşeronlu şagirdlər rayona döndülər, zurna-balabanla qarşılandılar

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində dörd gün müddətində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən Abşeronlu şagirdlər martın 29-da doğma rayona qayıdıblar.

Tur-aksiyanın iştirakçılarını Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər gül-çiçək dəstələri, zurna-balaban sədaları və rəqslərlə qarşılayıblar.

Təntənəli qarşılanma mərasimində rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov uşaqları salamlayaraq bildirdi ki, bu layihə çərçivəsində şagirdlərimiz ölkəmizin qərb rayonlarından olan Gəncə, Şəmkir və Göygöl rayonlarında tarixi abidələr, muzeylər, regionların sosial iqtisadi inkişafı ilə tanış olmaqla yanaşı, ölkəmizin füsunkar təbiəti ilə də tanış olublar. Əlbəttəki bu maarifləndirici turist səfərləri yetişən gəncliyin həyatında önəmli rol oynayır. Məktəbliləri “Nə? Harada? Nə zaman?” milli intellektual oyununda qazanılmış qələbələr münasibətilə təbrik edən Abşeron RİH-in müavini bildirib ki, Abşeron məktəblilərin oyuna olan maraqlarının və hazırlıqlarının yüksək səviyyədə olması, intellektual oyunların tarixində ilk dəfə bir rayonun 2 komandası birincilik əldə edib. Abşeronun “Xəmsə” komandasının birinci yeri, “Qəzəlxan” komandası ikinci yeri tutduğunu vurğulan F.Cəbrayılob qeyd edib ki, Abşeronlu şagirdlərin kubok, medallar və sertifikatlarla rayonumuza qayıdışı çox sevindirici haldır .

Turun qrup rəhbəri Hafiz Mikayılov ilk təəssüratlarını bölüşərək deyib: "Təəssüratımız olduqca zəngindir. Rayonun IX-XI sinif şagirdləri regionun qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə yaxından tanış oldular.
Bu yerlərlə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə təsir edəcək, onların mənəvi inkişafında müsbət rol oynayacaq. Gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir. Məktəblilər üçün belə bir imkan yaratdığına görə aksiyada iştirak edən şagird və müəllimlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

Qrupun rəhbəri, Xırdalan şəhərindəki 2 nömrəli tam orta məktəbin direktor müavini Elşən Quliyev bildirib ki, Abşeron rayonunun IX-XI sinif şagirdləri ekskursiyadan zəngin təəssüratlarla qayıdıblar. Məktəblilər bölgənin qədim tarixi, mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar.

Xırdalan şəhərindəki 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əsgərli Əli sevincini belə ifadə edib: "Gəncənin, Göygölün və Şəmkirin tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında kitablardan və sənədli filmlərdən məlumatım vardı. Tur-aksiya zamanı isə oxuduqlarımı bir daha əyani şəkildə gördüm. Necə deyərlər, min dəfə eşitməkdənsə, bir görmək yaxşıdır".

Həmçinin Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Kamran Kərimov söhbətə qoşularaq dostunun sözlərinə aşağıdakıları əlavə edib: "Tur-aksiya zamanı yadımda daha dərin izlər buraxan tarixi abidələr oldu. Gəncə tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən qədim eksponatlar, Nizami Gəncəvinin və Cavad xanın məqbərələri, Çökək hamamla, Göygöl rayonunda alman yaşayış məntəqələri ilə tanışlıq, Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar yaddaşıma əbədi həkk olunub. Bütün bunlar Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğuna əyani sübutdur".

Məlumat üçün bildirək ki, “Ölkəmizi tanıyaq” layihəsinin sonuncu günü Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən oyunda məktəblilər biliklərini nümayiş etdiriblər.

İki saat davam edən yarışda ümumilikdə 42 komanda iştirak edib. Məktəblilər hər birinin tərkibində 6 nəfərin olduğu 6 qrupa bölünüblər. İştirakçılara “Ölkəmizi tanıyaq” layihəsinə uyğun olaraq məntiq, tarix, Azərbaycan filmləri, dünyagörüşü, abidələrimiz, dahi şəxsiyyətlər, dünyada baş verən maraqlı hadisələr, məktəbdə tədris olunan fənlər üzrə 24 sual verilib. Şəffaflığın təmin olunduğu yarış gərgin mübarizə şəraitində keçib.
Oyunun nəticələrinə görə, Abşeronun “Xəmsə” komandası birinci yeri, “Qəzəlxan” komandası ikinci yeri, Oğuz məktəblilərinin təmsil olunduğu eyniadlı komanda isə üçüncü yeri tutub.

Qaliblərə kubok, medallar və sertifikatlar təqdim olunub.

Şamo Əliyev

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır