Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib

Tarix:25-04-2018, 17:30

Abşeronda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib


Hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrdə 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur.

Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləmişdir.

Bu gün Abşeron Rayon İcra Hakimiyyətində 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş qəzanın 32-ci ildünümü münasibəti ilə 85 Çernobıl əlili və onların ailə üzvləri ilə görüş keçirilib. Ənənəvi olaraq keçirilən tədbirin məqsədi Çernobıl faciəsi qurbanlarının xatirəsini anmaq, mövcud problemlərini həll etmək və ailələrinə yardımlar göstərmək olub.

Tədbir Çernobıl qəzası qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə çıxış edən Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. "Hadisə nəticəsində 7 min insan ölüb, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan dəyib. Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, yəni 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artırılıb. Prezident İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman diqqət mərkəzində saxlanılır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın səyləri nəticəsində bu gün ölkəmizdə əlillərin həyat tərzi yaxşılaşdırılmış və onlar üçün hər cür şərait yaradılmışdır. ", - F.Cəbrayılov vurğulayıb.

F.Cəbrayılov həmçinnin Abşeronda son illər həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda 50 yaxın bağça və məktəbin tikilərək istifadəyə verildiyini, kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısının müavini bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, Xırdalan şəhərinin kommunikasiya xəttləri ilə təmini ilə bağlı mühüm addımların atıldığını bildirib.

Sonra Respublika Çernobıl Əlilləri İttifaqı İctamai Birliyinin Abşeron filialının sədri Rövşən Qədəşov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını ifadə edib. Çernobıl əlillərinin bir qisminin dövlət tərəfindən mənzil və avtomobillərlə təmin edildiyini vurğulayan R.Qədəşov bəzi faktları açıqlayıb. O qeyd edib ki, qəza baş verən zaman onun nəticələrini aradan qaldırmaq üçün səfərbər edilən heyət arasında ən çox müsəlmanlar olub. Onların da arasında böyük say tərkibini Azərbaycanlılar təşkil edib. O vaxt ki SSRİ rəhbərliyinin hadisənin real nəticələrini ictimaiyyətdən gizlətdiyini vurğulayan filial sədrinin sözlərinə görə, buna baxmayaraq ABŞ və Qərb dövlətləri Çernobıl qəzasını əsrin faciəsi adlandırıblar.

Çernobılçılar adından çıxış edənlərdən Temur Məmmədxanov, Yuri Qarayev, Soltan Haciyev və başqaları onlara göstərilən diqqət və qayğıya görə ökə rəhbərinə minnətdarlıqlarını birdiriblər.

Rayon icra hakimiyyəti başçısının müavini son olaraq vurğulayıb ki, rayonda əlillərə qayğı və diqqət bundan sonra da davam etdiriləcək, onların həyat tərzi maksimum səviyyəyə çatdırılacaqdır.

Tədbirin sonunda əlillərə maddi yardım göstərildi.

Şamo Əliyev

Abşeronda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib
Abşeronda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib
Abşeronda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib
Abşeronda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib
Abşeronda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib
Abşeronda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib
Abşeronda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var