Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İlk Milli Ordunun Qobulu əsgərləri

Tarix:26-06-2018, 16:12

İlk Milli Ordunun Qobulu əsgərləri


QOBUDA GƏRGİN GÜNLƏR

Əlbəttə, ümummilli faciədən Qobu da yan ötə bilməzdi. Lakin bir cəhət qeyd olunmalıdır ki, Bakıya və digər yaşayış məntəqələrinə nisbətən bu kəndə bir o qədər də zərər toxunmamışdı. Lakin iki nəfər həmyerlimizi - Mustafa Məstan oğlunu və Xancan Əlican oğlunu ermənilər 1918-ci ildə kənddən kənarda, çöldə vəhşicəsinə öldürmüşlər. Düşmənlər Mustafaya 20-yə yaxın yerdən yara vurublarmış. Qobu o günlərdə ermənilərdən baş götürüb qaçan yüzlərlə qoca, qadın və uşağın pənah və sığınacaq yeri idi. Özləri və ailələri üçün də təhlükə gözlənilməsinə baxmayaraq, qobulular onlara ümid bağlamış bu insanları böyük ürək genişliyi ilə qəbul edir, evlərdə rahatlayır, əllərindən gələni əsirgəmirdilər. Deyilənə görə, qaçqınlar arasında bir oğlan uşağı dünyaya göz açmış, onun da adını xilaskar kəndin adı ilə adlandırmışlar - Qobu.

Qıtlıq idi, ərzaq çatışmırdı. Bununla belə Qobu camaatının əksəriyyəti öz payından kəsib qaçqınları da yedizdirir, hətta Bakıdan kənara çıxa bilməyən azərbaycanlı ailələrinə də az-çox kömək edirdilər.

Şamaxıya qədər yolüstü kəndlərin əhalisinə amansız di¬van tutan erməni qoşun hissələrinin diqqətindən Qobu qətiyyən yayına bilməzdi. Sadəcə olaraq, solaxay istiqamətdə yerləşən bu kiçik kəndə qoşun yeritməyi əhəmiyyətsiz bilmişlər. Onlar bəlkə də elə fikirləşmişlər ki, bura kiçik bir silahlı dəstə göndərilməsi kifayətdir və yaxud da yüzlərlə qaçqına yer veımiş bu kəndin qisasını sonraya saxlamışdılar. Nə isə, erməni kələyindən heç fələyin özü də baş aça bilməz. Amma daş qayaya rast gəlmişdi. Erməni silahlı quldurlari Şubanı dağlarında mövqe tutmuşdular. Onlar kəndə daxil olmaq üçün məqam gözləyirdilər. Əsl qeyrət də dar zamanda bilinir.
Kimin kim olduğu aydın olur. Firavan günlərdə “Vətən-vətən” deməyi hamı bacarır. Bax, belə bir ölüm-qalım anında isə kişi qeyrətlilər meydana atılır. Qobu çox xoşbəxt kəndlərdəndir ki, belə hünər yiyəsi olan övladlar yetirmişdir.

Əli silah tutan igidlər ayağa qalxdılar. Çağrılmamış qonaqlar dağ yamaclarının bəri üzündə qərar tutmuşdular. Qüvvələr nisbəti bərabər olmasa da, quldurların hücumunun qarşısı çox mərdliklə alınırdı. Ermənilərin qarşısında sipər olub onların kəndə girməsinə aman verməyən bu cəsurlar kimlər idi?
QEYRƏT SAHİBLƏRİ

Məşhədi Adil Əbdülrəhim oğlu. Bakı qoçuları arasında sayılıb-seçilən bu şəxs öz cürəti və fərasəti ilə ad qazanmışdı. O, ata tərəfdən kürdəxanılı, ana tərəfdən isə qobulu idi. Onun anası Zöhrə Məmmədcəfər qızı idi.
Yeri gəlmişkən, burada bir məsələni qeyd etmək yerinə düşərdi. Hələ də indiyədək bir çoxları «qoçu» adına qorxu və şübhə ilə baxır, onları quldurlarla eyni səviyyədə qiymətləndirirlər. Əslində, qoçu kişi qorxmazlığının, qeyrə¬tinin rəmzidir. Qoçu heç vaxt fəqir-füqəranın toyuğuna belə kiş deməz, əksinə, belə insanları zalımların zülmündən qoruyar. Qoçularda mərd sifətlərdən biri də aman diləyənə əl qaldırmaz, ürək genişliyi ilə onun bütün günahlarını bağışlarlar.
Qoçu Adillə bağlı yaşlı nəslin indi də ibrətlə xatırladığı bir əhvalatı burada bir daha yada salmaq istəyirik.

Bir gün necə olursa Adilin dayısı oğlu Ağəli ona bir sillə vurur. Qoçu Adilə sillə, özü də adamlar arasında!.. Bu, onun şəninə yaman toxunur. Bir söz demir. Amma dayısı oğlunun bu yersiz hərəkətinə cavab verməyə fürsət axtarır. Günlərin birində belə bir məqam əlinə düşür. Ağəli ilə “hesablaşmaq” istəyəndə dayısı oğlu deyir ki, Adil, mən o hərə¬kətimə peşmanam, qanımı da sənə halal edirəm. Amma da¬yın Mikayılın bir gözü var, vur onu da çıxart, qalsın gözsüz. Bu sözün müqabilində qoçu Adilin deməyə cavabı olmur, əlləri boşalır. Bir kəlmə dinmədən oradan uzaqlaşır.
İnsanda ürəyin genişliyinə fikir verin. Qarşısındakı adamın halını yalnız belə mərd insanlar qiymətləndirə bilər. Bax, həmin bu Məşhədi Adil öz ana kəndini erməni silahlılarından qoruyanlardan biri idi. O, hətta öz tərəfkeşlərini də Qobunun müdafiəsinə köməyə gətiribmiş. Qoçu Adil Bakıda da milli qırğın günlərində bir çox qəhrəmanlıqlar göstərmişdir. Ümumiyyətlə, Məşhədi Adilin həyatı ibrətamiz əhvalatlarla zəngindir. Türklər də onun qoçaqlığını təqdir edirdilər.

Məşhədi Hilal Hacı İsmayıl oğlu da ermənilərə qan udduran igidlərimizdən olub. Məşhədi Hilal qoçu Ələkbərlə çox yaxın dost imiş. Onu da deyək ki, qoçu Ələkbər Əbdüxalıq oğlu Xalq rəssamı Qəzənfər Xalıqovun atası olub. Məşhədi Hilal və qeyrət yiyəsi olan bir neçə igid eloğlumuz qoçu Ələkbərin Bakıdakı mülkündə pusquda durublarmış. Küçədə gözə görünən düşmən tərəfin adamlarını bir-bir o dünyaya yola salırdılar. Bu zaman yolla ötən bir qadına güllə dəyir və o, yerə sərilir. Qadının belə vəziyyəti Məşhədi Hilala çox təsir edir, bunu mənliyinə sığışdırmır. “Namus-qeyrət düşmən quduzlarının ayaqları altında tapdalanmasına dözə bilmərəm”- deyib özünü meydana atır və əsl cəngavər kimi döyüşür.

Qırğın günlərində Bakıda və Qobuda bir sıra qəhrəman¬lıqlar göstərən Məşhədi Hilal deyirlər ki, sapı özümüzdən olan baltalar tərəfindən elə döyüş meydanlarında öldürül¬müşdür. O, həlak olarkən cəmi 37-38 yaşı varmış.

Əmirəhməd Səməd oğlunun qoçaqlığından, zirəkliyin¬dən indi də yaşlı nəsil ağız dolusu danışır. Erməni hücu¬mundan köməyə çağırış məktubunu Arazı üzüb keçərək Türkiyəyə çatdıran Ə. Səməd oğlunun da döyüş tariximizdə özünəməxsus yeri və xidməti vardır. O, silahla da erməni¬lərin qarşısını kəsənlərdən biri olmuşdur.
Pircan Əlican oğlu da düşmənə bac verməyən, zülmə haqsızlığa boyun əyməyənlərdən biri idi. O da erməni silahlılarının qarşısına mərdi-mərdanə çıxanlardandır. Onun sonrakı həyatı da keşməkeşli olmuş, məğrur yaşamağı hər şeydən üstün bilmişdir.

Quduz düşmən dəstəsinin önündə sipər olan digər həmyerlilərimizdən Ərrəhman Məhərrəm oğlu, Cənnət Qüdrət oğlu, Baba Salman oğlu, Kərbəlayı Şahpələng Kərbəlayı Qasım oğlu, Kərbəlayı Rəcəb Balahacı oğlu, Murad Hacı Zərbəli oğlu, Kərbəlayı Əlağa Bayram oğlu, Məmmədcan Zaman oğlu, Məşhədi Zülfəli və Məşhədi Mahmud Məm- mədrza oğulları, Hüseyn Kərbəlayı Şahpələng oğlu, şama¬xılı Babaxan və başqaları ermənilərin vəhşi niyyətlərini ürəyində qoymuş, Qobunun alt-üst olunmasının, əhalisinin məhv edilməsinin qarşısını almışlar. Türk qoşunlarının gəlməsinədək quduzların qabağını kəsmək o qədər də asan məsələ deyildi.
Erməni silahlılarına əlavə qüvvə də, hərbi sursat da gəlirdi. Misilsiz mərdlik nümayiş etdirən qobulu müdafiəçilər bununla sübut etdilər ki, güc birlikdədir, həmin gücü də yalnız sonsuz vətən eşqindən almaq olar. Ürəkdə doğma yurda sevgi yoxdursa, bu barədə heç danışmağa dəyməz.

TÜRKLƏR VAXTINDA GƏLDİ

Erməni olan yerdə kələk də var, hiylə də. Silahlı dəs-təyə boyun əyməyən bu kiçik kəndi bəlkə bir fitnə ilə məhv etməkdən ötrü iki atlı nümayəndə göndərmişdilər. Ola bilsin onlar yaşlılarla məsləhət-məşvərət eləyib kəndi təslim etmək planı cızıblarmış.
Bu vaxt kəndin şimal hissəsi tərəfdən silah və hay-haray sədaları eşidildi. Vahimə içərisində olan kənd əhli bunların da erməni qoşunu olduğunu güman edib bir-birinə “Daha qırıldıq” deyə söylədilər. Yox, bunlar xilaskar türk əsgərləri idi. Qobunun üstündəki ölüm tufanını uzaqlara qova biləcək türk qoşunu kən¬din üzərinə sanki həyat günəşi doğurdu. Qara buludlar dağıdıldı. Türklərin gəlişi qollara qüvvət, ürəklərə taqət, gözlərə nur gətirmişdi. Bəli, xilaskarlar özlərini Qobuya lap vaxtında yetirmişdilər. Düşmən tərəfin atlı nümayəndələri dala baxmadan bircə anda yoxa çıxdılar. Onu da deyək ki, əsas qoşun gəlməzdən əvvəl türk tərəfin kəşfiyyatçıları burda olmuş, xüsusi əhəmiyyət kəsb edən yerləri aşkar etmişlər.
Qoşun xırman vaxtı gəldi. İyulun axırları, avqustun əvvəlləri idi. Qobuluların ruzisinin əsasını təşkil edən taxıl biçini çoxdan başa çatmış, xırman işləri görülməkdəydi. Düzdür, hadisələr əkin-biçin adamlarının əl-qolunu işdən soyutmuşdu.
Yay günəşi yandırıb yaxırdı. Yol yorğunu, isti havada uzun məsafə qət etmiş qoşun kəndə çatan kimi onları əhali xoş üzlə, təntənə ilə qarşıladı. Yol gəldiklərinə görə onlara sərin quyu və kəhriz suyu verildi. Neçə-neçə qurban kəsildi.
Düşmən tərəfin canına isə vəlvələ düşmüşdü. Bir qaça¬qaç idi, gəl görəsən. Şubanı dağlarının dərələrində gizlən¬məyə cəhd edən düşmən silahlılarının çoxu əsir alındı.
Nuru paşanın və onun müavini Mürsəl paşanın başçılıq etdiyi türk qoşunlarının əsas qərargahı Kərbəlayı Qasım Məşhədi Mehrəli oğlunun binasında yerləşdirildi.
Əsrin I onilliyində inşa olunmuş bu bina kəndin ilk tikililərindəndir. O, nisbətən yüksəklikdə yerləşdiyinə görə kənd içi və ətraf ərazilər buradan aydınca seçilir. Türk sər¬kərdələri bu binanı qərargah seçməkdə heç də yanılmamışlar. Çünki onlar həm də uzaqda gö¬rünən Xəzəri və onun sularında üzən ingilis hərbi gəmilə¬rini də durbin vasitəsi ilə müşahidə edə bilirdilər.
Digər yüksək rütbəli zabitlər ayrı-ayrı evlərdə yerləşdirilmişdi. Süvarilərin atları üçün dəvəliklər çox kara gəl¬mişdi. Kənddə belə dəvəliklərin sayı az deyildi.
İndiki Ə.İbrahimov adına 2 saylı orta məktəbin günçı-xan tərəfində Kəblə Rəcəb damı deyilən bir dəvəlik vardı. 60-cı illərə qədər qalmış bu tikilidən o dövrdə türklər silah anbarı - cəbbəxana kimi istifadə edirdilər.
Əlihüseyn Bədəlova məxsus bina həkimlərin öhdəsinə verilmişdi. Hazırda müəllim Salman Babayevin yaşadığı bu binada o zaman hospital yerləşirdi. Kəndin yuxarı tərəfindəki Pilpilə ərazisində türklər cəza tədbirlərini həyata keçirirdilər. Hətta dar ağacı da qurulmuşdu. Əsir alman düşmən tərəfin döyüşçülərini burada dar ağacından asır, ermənilərdən qisas almaqdan ötrü yerli və qeyri kənd əhalisi üçün imkan da yaradılırdı.
O günlərdə kənd və ətraf ərazilərə nəzarət edən türklər kənd adamlarının birindən nədənsə şübhələnirlər. Onu erməniyə bənzədirlər. Yazıq nə qədər and-aman etsə də, ona inanmırlar. Hətta onu edam meydanına da gətirirlər. Lap sonra məlum olur ki, bu, azərbaycanlıdır.
Türk qoşunlarının əsas qərargahı Qobuda yerləşdiyinə görə Bakıya, ətraf kəndlərə və ərazilərə bələdçilik etməkdə kənd cavanları çox yaxından iştirak edirdilər. Ümumiyyətlə, türklər yeniyetmə və cavanlara həmin dövrdə boş-bekar gəzməyə qətiyyən imkan vermirdilər. Uşaqlara su daşıtdırır, cavanları ümumi işə köməyə cəlb edirdilər. Məqsəd yalnız düşmənin məğlub edilməsi idi.

Türklərə kömək edən cavanlardan biri də 1994-cü ildə 108 yaşında dünyasını dəyişmiş Novruzəli Qurbanəli oğlu olmuşdur. O, türklərə Hökməlinin, Bərk dərənin və digər yerlərin tanıdılmasında bələdçilik etməsini həvəslə danışardı.

Kəşfiyyatçı ingilis təyyarəsinin kənd üzərindən uçması və cəbbəxanaya atmaq istədiyi, lakin başqa səmtə düşən bombaların partlayışından Məlik Hacı Ağahüseyn oğlu, Mehdi Zamin(???Hüseynbala) oğlu və Abgül Əsədulla oğlunun çox ağır yaralanması indi də xatirələrdədir. Abgül Əsədulla oğlundan başqa iki yaralının qıçları Gəncə şəhərində xəstəxanada kəsilmişdi. A.Əsədulla oğlunun qohumları isə onun qıçının kəsilməsinə razılıq verməmişlər. Bu yara da ona çox əziyyət verirmiş, müalicə olunmadığına görə getdikcə ağrılar şiddətlənmişdir. A.Əsədulla oğlu 30-cu illərin əvvəllərində vəfat etmişdir.
Cəbbəxananı məhv etmək üçün növbəti dəfə kənd üzərində çox alçaqdan uçuş keçirərkən ingilis təyyarəsi türk topçuları tərəfindən vurulub yerə salınmışdır. Yana-yana Şubanı dağlarının dərələrinə düşüb partlayan quduzun aqibəti elə belə də olmalı idi.
O günlərdən 85 ilə yaxın bir müddət ötür. Həmin əzablı, həm də birlik, qeyrət dolu günləri görənlər indi, demək olar ki, tək-tək qalıb. Belə şahidlərdən biri də hazırda ömrünün 96-cı ilini yaşayan Xədicə Hacəli qızıdır. Xədicə nənənin möhkəm yaddaşı var, həmin dövrü bugünkü gün kimi xatırlayır:

- Hə, ay bala, ermənilərin basqınını soruşursan? Niyə yadımda deyil, lap yaxşı yadımdadır.

Onda 12 yaşım vardı. Bilirsən də, uşağın yaddaşı möhkəm olar. O dövrü Allah bir də göstərməsin. Bir bəla idi almışdı üstümüzü. Əgər onda kəndimizin igid oğulları, sonra da türklər olmasaydı, Qobu ermənilərin ayaqları altında tapdaq-tapdaq olub viranə qalacaqdı. Ermənilər Qobudan cilov gəmirirdilər. Axı, şəhərdən də, başqa yerlərdən də bu kəndə bilirsən nə qədər adam baş götürüb qaçmışdı? Türkləri suyla, duz-çörəklə qarşıladıq. Çoxu sevincindən ağlayırdı. Onlar burada bir xeyli qaldılar. Əsgərlər qayda-qanunlara əməl edirdilər. Oğurluğa, başqa yersiz hərəkətlərə yol verilmir, günahkarları cəzalandırırdılar.
Əsgərlər sırada gedərkən şərqilər oxuyurdular. Onlardan az sözlər yadımda qalıb. Deyim, qulaq as:


Biz gedirik döyüşə mərdi-mərdana,
Qanımız halaldır Azərbaycana.

O aylarda türklərdən də çox qırıldı. Onlar bizim yolumuzda həlak oldular. Xilaskarlarımız olub türklər, onları unuda bilmərik. Bəli, unutmağa heç haqqımız da yoxdur. Türk qoşununun xidmətlərini də, cəsur həmyerlilərimizin qəhrəmanlıqlarını da yaddan çıxara bilmərik. Onların xatirəsinin əbədiləşdirilməsi üçün konkret işlər görməliyik.


İLK MİLLİ ORDUNUN DÖYÜŞÇÜLƏRİ

Çar imperiyasının Azərbaycan xalqına qarşı yeritdiyi çoxşaxəli siyasətin tərkib hissələrindən biri yerli müsəlman əhalisinin ordu sıralarına çağırılmaması idi. Sədaqəti, etibarı daim şübhə altına alınan bu xalqa silah vermək istəmirdilər. Bununla da o, xanlıqlar dövrünə aid hərbi iş təcrübəsi və səriştəsini belə itirmişdi. Nizami ordu yaratmaq ehtimalı çox şübhəli idi.

Belə bir zamanda Türkiyə hökuməti köməyə gəldi. 1918-ci ildə onun yaxından iştirakı nəticəsində Azərbaycan Milli Ordusu təşkil olunmağa başladı. Bu ordunun yara¬dılması və möhkəmləndirilməsi yerli müsəlman əhalisinin həyatında əsaslı dəyişikliyə səbəb oldu və gənclərin ordu sıralarına cəlb edilməsi işini, hərbi sənətə marağı nizama salıb sürətləndirdi. Bu ordu eyni zamanda Azərbaycan döyüşçülərinin nəyə qadir olduqlarını sübut etdi.
Ordumuzun yaradılmasında Səməd bəy Mehmandarovun xüsusi xidməti vardır. 1918-ci il noyabr ayının 1-də nazir kürsüsündə əyləşən Mehmandarov bilik və bacarığını nizami ordu yaratmağa sərf etmişdir.
1920-ci il martın 22-də Novruz bayramında daşnaklar Əsgəran keçidini kəsdilər. Onlar bu yeganə keçidi kəs-məklə Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq istəyirdilər.
Nazir Səməd bəy Mehmandarovun əmri ilə Əsgəran cəbhəsinə güclü qüvvə ayrıldı. Aprelin 3-də Azərbaycan korpusu hücuma keçərək düşmənə ağır zərbə vurdu. Qoşunlarımız Şuşa qalası və Xankəndinə daxil oldular. Daşnak ordusunu darmadağın etdilər. Bu vaxt cəbhəyə gələn nazir Mehmandarov əsgərlərimizi təbrik edərək demişdir: «Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqət, sizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm».
Qobulu gənclərin də ilk dəfə olaraq əsgəri xidmətə çağırılması, hərb və döyüş tarixi həmin dövrdən başlayır. Müstəqil Azərbaycanın ilk Milli Ordusunda qulluq etmiş həmkəndlilərimizin bəzilərinin adlarını aşağıda dərc edirik:

Erməni daşnak və bolşeviklərin Qobu kənd ərazisinə girməsinin qarşısının alınmasında şamaxılı Babaxan adlı bir şəxsin, habelə hökməlili Qoçu Qubadın da yaxından iştirakı olmuşdur.

İlk Milli Ordunun qobulu döyüşçüləri

Babalı Kərbəlayı Qasım oğlu
Baba Salman oğlu
Bayram Kərbəlayı Əbdülməmməd oğlu
Balağa Kərbəlayı Ağaverdi oğlu
Bayram Əmirbəy oğlu
Dostəli İsmayıl oğlu
Əliağa Əbdülxalıq oğlu
Əlihəsən Bədəl oğlu
Dünyamalı Kərbəlayı Güləli oğlu
Əmirəhməd Səməd oğlu
Həsənağa İslam oğlu
Xaspolad Hacıəli oğlu
Kərbəlayı Meylamqulu Kərbəlayı Həmid oğlu
Məşhədi Məmməd Hacı Əbdülkərim oğlu
Məşhədi Zülfəli Kərbəlayı Məmmədrza oğlu
Mehdi Baba oğlu
Mirzəağa Əbdülxalıq oğlu
Nəzər Qüdrət oğlu
Hüseyn Kərbəlayı Şahpələng oğlu
Qeyd: Balağa Kərbəlayı Ağaverdi oğlu, Kərbəlayı Meylamqulu Kərbəlayı Həmid oğlu, Məşhədi Zülfəli Kərbəlayı Həmid oğlu, Mirzəağa Əbdülxalıq oğlu eyni zamanda II Dünya Müharibəsində də iştirak etmişlər.

Qəti hücumla

İlk Milli Ordumuzun sıralarında xidmət etmiş həmyerlilərimiz barədə yaddaşlarda xatirələr mövcuddur. Onlardan biri də bir vaxt mərhum Əlikram Salmanovun əmisi Baba Salman oğlundan eşitdiyi əhvalatdır. Baba Salman oğlu söyləyirmiş ki, Əsgəran uğrunda döyüşlər gedirdi. Düşmən tərəfin mövqeyi yüksəklikdəydi. Özü də bir neçə nöqtədən bizim tərəfə ara vermədən atəş yağdırılırdı. Biz tərəfin əsgərləri ermənilərin üstün olduğunu zənn edib qaçmağı üstün bildilər. Nahaq yerə tələfat vermək istəmirdilər.
Rota komandiri İsmayıl əfəndi adlı bir türk zabiti idi. O, nə qədər səsləsə də, hədə-qorxu gəlsə də, əsgərlər geri qayıtmadı. Türk zabiti kəsə yolla dağ çayının üstündəki körpüyə çatıb yolu kəsdi.
“Qorxaqlar” –deyə bizə bərk toxunub acıqlandı. Heç bilirsiniz kimlərin qabağından qaçırsınız? Gavurların. Düşmən qabağından qaçmaq türkə yaraşmaz.
Bu vaxt daha yüksək rütbəli türk zabitinin 10-12 ermənini qabağına qataraq gəldiyini gördük. Yaxınlaşan kimi rota komandirinin paqonunu qaparıb atdı. Qəzəblə “Bir rota 10-12 gavurun əlində aciz qalıb”, - deyə dilləndi. “Düşmənin qurduğu hiylədən qorxub döyüş meydanını tərk etmisiniz. Heç bilirsiniz, bunlar bu sayla kələk işlədib özlərini sizə çox göstərə biliblər”.
Rotamızın əsgərləri təqsirin İsmayıl əfəndidə olmadığını həmin zabitə söylədilər və onun əfv olunmasını xahiş etdilər. Sonra rota kiçik bir həmlə ilə düşmənə sarsıdıcı zərbə endirdi.
Bu epizod çox məqamı bəyan edir.

Qobuda İlk dövlət məktəbi və onun təşəbbüskarı

Abdulla Hacı İsmayıl oğlu 1885- ci ildə Qobunun dövlətli ailələrindən birində dünyaya göz açmışdı. Onun nəsli sözü keçən, sayıb-seçilən idi. Karvan-karvan dəvələr, sürü-sürü qoyunlar, var-dövlət... Ehtiyac nə olduğunu bilməyən belə bir xanimanda pərvəriş tapan balaca Abdulla elə kiçik yaşıdlarından zehni düşüncəsi ilə çox seçilirdi. Bu cür mühitdə bəzən özünü tənha və yalqız hiss edirdi. Kənd mədrəsəsində ilk təhsilini alandan sonra elmə, savada marağı daha da gücləndi. O, iki yoldan birini seçməli idi: ya dini, ya da dünyəvi elmləri. İkinciyə üstünlük verdi və beləliklə, XIX əsrin sonlarında bir yeniyetmə oğlan Qobudan ilk dəfə olaraq xarici ölkəyə təhsil almağa yollandı. Bu yol Tehran Universitetinə doğru idi.
Abdullanın təhsil illəri uzun çəkdi. Elm təşnəsi olan bu gənc daha bir ali məktəbdə də təhsil aldı. Bu İstambul Universiteti idi. O, doğma kəndinə dönəndə xeyli yaşa dolmuşdu. Ötən illər ərzində yaşla bərabər dünyagörüşü də, bilik dairəsi də, həyata baxışı da artıb genişlənmişdi. Təhsil ona bir çox elmlərin açarını vermişdi. Öz bilik xəzinəsini babasının və atasının sərvəti ilə müqayisə etdikcə öz dövlətinin daha çox, daha tükənməz, həm də daha gərəkli olduğuna inanırdı. Bu dövləti təkcə özü üçün qazanmamışdı. Xalq yolunda necə xərcləyəcəyini düşündükcə ürəyi sevinclə çırpınırdı.
Maarifi yaymaq! Mirzə Abdullanın qəti qərarı belə idi. O, fikirləşirdi ki, uşaqlar əldə çomaq sürü dalınca düşməklə yalnız sürüdəki qoyunların sayını artırmaq olar. Bəs onların həyatı sürətlə yenilənən zamanla ayaqlaşa biləcəkmi? Artıq XX əsr başlanmışdı. Yeni yüzillik cəmiyyətdən tərəqqi, ancaq irəliləyiş tələb edirdi.
Bu məqsədlə Mirzə Abdulla yenicə yaranan Azərbaycan Xalq Cümhuriyyətinə məktəb açmaq təşəbbüsü ilə müraciət etdi. Ona AXC-nin maarif naziri Nəsib bəy Yusifbəylinin imzası və möhürü ilə təsdiq edilmiş rəsmi icazə verildi. Bu tarix 8 sentyabr 1919-cu ilə təsadüf edir. Atasının şəxsi malikanəsində məktəb üçün münasib yer də ayırdı, böyük həvəslə pedaqoji fəaliyyətə başladı. Onun şagirdləri sırasında Novruzəli Qurbanəli oğlu, Məsim Hacı Şirin oğlu, İmanqulu Kərbəlayı Cəfərqulu oğlu, Arzuman Salman oğlu, Həzrətqulu və İmanqulu İmambaxış oğlanları və başqaları vardı. O, həmçinin genişürəkli və səxavətli insan idi. Bilik və savadını həvəslə öyrətdiyi kimi, müəyyən xeyirxah və halal bir iş üçün mal və pul adına ona müraciət edənləri də qapıdan naümid qaytarmazdı.
Nəticəsi Ağayev Kərbəlayı Ramiz Ağası oğlu danışırdı ki, iki nəfər həmkəndlisi ticarət məqsədilə ona müraciət edərək maddi kömək göstərməyi xahiş edirlər. Onlar həm də belə şərt qoyurlar ki, əldə olunan qazancı üç yerə bərabər böləcəklər.
Həmin iki nəfər xaricə səfər edir. Xeyli vaxt ötür. Artıq bunlar qayıdıb geri dönəndə dövran dəyişmiş, hakimiyyət bolşəviklərin əlinə keçmişdi. Onların min bir əzab-əziyyətlə gətirdikləri mallar dövlət tərəfindən müsadirə edilib milliləşdirilir. Mirzənin yanına kor-peşiman qayıdan hər iki şəxsə o, təskinlik verir, heç də narahat olmamalarını söyləyir, qazancda olduğu kimi, indiki ziyanda da onu şərik etmələrini xahiş edir.
1920-ci il aprel ayının sonlarında bolşevik hakimiyyəti quruldu. Mirzə Abdullanın məktəbinin əsasında tamamilə yeni tipli təhsil ocağı açıldı. Məktəbin dörd əsas müəllimindən biri də Mirzə Abdulla oldu. Mirzə İmamcan Gülməmmədlinin müdir olduğu bu məktəbdə bir müddət işləsə də, həyatdan, zamandan küskün idi. Yeni quruluş və onun ideologiyası ilə heç cür barışa bilmirdi. Elə ona görə də çox sevdiyi məktəb işindən, istər-istəməz, ayrılıb Binəqədi neft mədənlərində operatorluğa işə girdi. Sakit guşənişinlik onu sağalmaz xəstəliyə düçar etdi və 1936- cı ildə 51 yaşında dünyasını dəyişdi.
Mirzə Abdullanın zəngin şəxsi kitabxanası vardı. Həmin qiymətli kitabları, əlyazmalarını 60-cı illərdə maşına yükləyib harasa apardılar.
Yeri gəlmişkən onu da bildirək ki, Mirzə haqqında məlumatların çoxusunu vaxtilə mərhum nəvəsi Abdulla Böyükağa oğlundan əldə etmişik. Hər iki Abdullanın ruhu şad olsun.

Seyid Hüseyndən sitat

1936-cı ildə “Ədəbiyyat” qəzetində çap etdirdiyi “Xatirələrim”də görkəmli yazıçı, əfsus ki, repressiya qurbanı olan Seyid Hüseyn yazırdı: “1913-cü ildə mən “Səfa” Maarif Cəmiyyəti tərəfindən bir neçə arkadaşla Qobu kəndinə getmişdik. Qobu məsafə etibarı ilə Bakının ən uzaq kəndlərindən biridir. Bizim məqsədimiz tamamilə savadsız olan bu kənddə ibtidai bir məktəb açmaq idi. Ortabab bir kəndlinin qonağı olduq. O zaman mənim heyrətimə səbəb olan şey, ev yiyəsinin tamamilə savadsız olmasına baxmayaraq, qonaq-qara üçün saxladığı otağının divarlarını “Molla Nəsrəddin”in rəsmləri ilə təzyin (bəzəməsi-red) etməsi idi”.
Mirzə İmamcan. O da zamanın qurbanı oldu

Mirzə İmamcan Vəlican oğlu Gülməmmədli 1948-ci ildə sadə əkinçi ailəsində dünyaya göz açmış, əvvəlcə kənd mədrəsəsində ilk təhsilini aldıqdan sonra İstambul Universitetində elmlərin sirlərinə mükəmməl yiyələnmişdir. 1921-ci ildə Şura hökuməti tərəfindən açılan I dərəcəli 5 sinifli məktəbə müdir təyin edilmişdir. Onun sonrakı fəaliyyəti indiki Yardımlı rayonu ilə (o zaman Vərqədüz) sıx bağlı olmuşdur. 1930-cu illərin ortalarında Xalq Maarif Komissarlığının xətti ilə Dağıstan Respublikasının maarif işinə kömək etmək məqsədilə göndərilməsi nəzərdə tutulsa da, 37-ci ilin qara caynaqları bir çoxları kimi Mirzə İmamcanı da “pantürkcü” və “millətçi” damğası ilə gedər-gəlməzə göndərdi.
Közərtilər alova çevrilir

Hazırda Qobuda tam orta təhsil verən 3 ümumtəhsil məktəbi vardır. Onlardan Xalq rəssamı Qəzənfər Xalıqovun adını daşıyan 1 nömrəli məktəbdə 1546 nəfər, Ənvər İbrahimovun adını daşıyan 2 nömrəli məktəbdə 642 nəfər, 3 nömrəli məktəbdə isə 1200 şagird təhsil alır. Hətta daha əlavə olaraq azı 2 tam orta məktəb binasının inşasına kəskin ehtiyac vardır.
1919-cu ilin noyabr ayında istifadəyə verilən Bakı Dövlət Universiteti xalqın təhsilə, yüksək savada yiyələnməsi yolunda AXC-in həyata keçirdiyi tarixi xidmətlərdən biridir. Fərəhlə qeyd etmək lazımdır ki, belə bir nüfuzlu ali məktəbin məzunları arasında qobuluların da sayı kifayət qədərdir. Onların sırasında müxtəlif elm sahələri üzrə alimlər və ali məktəb müəllimləri vardır.

Qarabağ müharibəsi veteranları

Abbasov Rövşən Rafiq oğlu
Abdullayev Mahmud Məhəmməd oğlu
Abdulov Məhyəddin Kazım oğlu
Ağaəliyev Xanağa Mirzəağa oğlu
Ağayev Qabil Atabala oğlu
Ağayev Güləli Məmmədalı oğlu
Alxasov Şahin Nadir oğlu
Alxasov Zaur Adil oğlu
Aslanov Məstan Mirzəcan oğlu
Aslanov Aslan Nəcəf oğlu
Bayramov Əbdüləhməd Böyükağa oğlu
Bayramov Rauf Hafiz oğlu
Bağırov Mustafa Kamal oğlu
Bəhramov Təbriz Yusif oğlu
Cəbiyev Ruslan Qabil oğlu
Cəfərov Qabil Daşdəmir oğlu
Cəfərov Eyvaz Cəfər oğlu
Dadaşov Emin Dadaş oğlu
Dadaşov Nizami Əminağa oğlu
Dadaşov Vasif Ağasəf oğlu
Əliyev Fikrət Sərdar oğlu
Əliağayev Əyyub Ələmdar oğlu
Əlicanov Elşən Ağamirzə oğlu
Əmirəhmədov Elman Cəlil oğlu
Əmirəhmədov Telman Cəlil oğlu
Əzimov Taleh Məzahir oğlu
Fətəliyev Vilayət Mürsəl oğlu
Gülməmmədli Aydın Mikayıl oğlu
Gündüzov Aydın Cahangir oğlu
Hacıyev İlqar Həsənağa oğlu
Həsənbalayev Natiq Əzizağa oğlu
Hüseynov Kamal Əbülfəz oğlu
Hüseynov Naib Nadir oğlu
Hüseynov Nasir Nadir oğlu
Hüseynov Rövşən Soltan oğlu
Xalıqov Əli Heydər oğlu
Xalıqov Natiq Hacıbala oğlu
Xudaverdiyev Haqverdi Pirverdi oğlu
Umdəliyev Faiq Sabir oğlu
Qafarov Yaşar Nəbi oğlu
Qasımov Mehman Mehrəli oğlu
Quliyev Elşən Musa oğlu
Mahmudov Ağasalam Mahmud oğlu
Mehdiyev Əli Mehdi oğlu
Məmmədov Tərlan Qədəş oğlu
Məmmədov Cəfər İzzət oğlu
Məmmədov Ramiz Əbdülkərim oğlu
Məmmədov Rüstəm Ənvər oğlu
Mikayılov Elman Rafiq oğlu
Mirzəyev İlham Pərvaz oğlu
Muradov Polad Yunus oğlu
Niyazov Şahbaz Fəraməz oğlu
Orucov Balağa Balazahir oğlu
Rəhmanov Zaur Akif oğlu
Rzaquliyev Namiq Gülbala oğlu
Sadıqov Rzaqulu Mirzəbala oğlu
Salahov Tərlan Ənvər oğlu
Salahov Vaqif Məmmədağa oğlu
Salmanov Azər Əlikram oğlu
Salmanov İmran Firudin oğlu
Səmədov Çingiz Əmirəhməd oğlu
Səmədov Nadir Əzizağa oğlu
Soltanov İslam Fətixan oğlu
Şahlıyev Müzəffər Kərəm oğlu
Tağıyev Nağı Məmmədvəli oğlu
Vəlicanov Müşfiq Vaqif oğlu
Vəliyev Şakir Mirzəağa oğlu
Zərbəliyev Əliheydər Murad oğlu

Qarabağ əlilləri

Abbasov Abbas Xaspolad oğlu
Ağaverdiyev Rəşadət Nadir oğlu
Ağaəliyev Alim Qulu oğlu
Aslanov Vidadi Əliağa oğlu
Baxışov İbad Baxışəli oğlu
Bəhrəmov Bəhram Yusif oğlu
Cəfərov Fikrət Cəfərqulu oğlu
Dadaşov Vüqar Həmidağa oğlu
Əliyarov İlqar Əliyoldaş oğlu
Əliyev Rövşən Alı oğlu
Əliyev Vahid Gülağa oğlu
Gülmalıyev Tərlan Teymur oğlu
Heydərov Polad Atamoğlan oğlu
Həsənov Ramiz Ağahüseyn oğlu
Xalıqov Mais Xalıq oğlu
Qasımov Qabil Balaəmi oğlu
Quliyev Əli Cəbrayıl oğlu
Mürvətov Dəyanət Qüdrət oğlu
Mütəllimov Məlik Bəyəli oğlu
Nəsrullayev Elxan Əbülhəsən oğlu
Novruzov Məmmədhüseyn Şamil oğlu
Rəhimov Vaqif Ağaverdi oğlu
Salmanov Baba Abdulla oğlu
Soltanov Gülbala Balağa oğlu
Soltanov Balakişi Əvəz oğlu

Yazar: Qobu qəzetinin təsisçisi və baş redaktoru Məmmədağa Orucəliyev


Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var