Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayon Prokurorluğunda Regional müşavirə keçirilib

Tarix:26-07-2018, 19:41

Abşeron rayon Prokurorluğunda Regional müşavirə keçirilib


Müşavirədə Respublika Baş Prokurorluğunun və 11 rayonun prokurorluğunun əməkdaşları iştirak ediblər.

Zona müşavirəsinin iştirakçıları ilk öncə ulu öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzdülər. Rayon prokurorluğunda keçirilən zona müşavirəsini respublika Baş Prokurorluğunun Təşkilat-analitik idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov açdı.

Zona müşavirəsinə qatılan rayon və şəhər prokurorları və əməliyyat işçiləri qarşısında 2018-ci ilin 6 ayı ərzində Baş Prokurorluq tərəfindən aparılan genişmiqyaslı tədbirlərdən danışdı. Həmçinin dövlətin və cinayətkarlığa qarşı mübarizə sahəsində olan ictimai maraqların, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə görülmüş işlərin vəziyyətinə dair geniş məruzə ilə çıxış etdi. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkədə əldə edilən yeni uğurlardan, davamlı ictimai- siyasi sabitlik və dinamik sosial-iqtisadi inkişafdan, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının uğurla həyata keçirilməsindən, dövlət rəhbərliyi tərəfindən prokurorluğa göstərilən etimad və diqqətdən, bu kontekstdə əməkdaşların öz xidməti vəzifələrinə daha böyük məsuliyyətlə yanaşmasından, prokurorluqda son illərdə aparılan köklü islahatlar və yeniləşmə proseslərindən danışdı.

Natiq eyni zamanda ölkə başçısının siyasi iradə, əzm və qətiyyəti hesabına korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə görülən işlərdən faktların dili ilə danışaraq, baş tutan islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyinin artmasını razılıqla vurğuladı. Həmçinin, buraxılan nöqsanlardan da yan keçmədi, öz işində yol verdiyi nöqsanlara görə cəzalandırılan prokurorluq işçiləri barədə də bilgi verdi.

Respublika Baş Prkurorluğunun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov məruzəsi ətrafında Abşeron rayon prokuroru Rahib Seyidov və digər rayon və şəhər prokurorları hesabat xarakterli çıxışlar etdilər. Bununla da, prokurorluq işçilərinin zona müşavirəsi öz işini yekunlaşdırdı.

Qeyd edək ki, regional müşavirədə Abşeronla yanaşı, Sumqayıt şəhər , Quba, Qusar, Xızı, Xacmaz, Siyəzən,Şabran, Qubadlı, Zəngilan və Şuşa rayon prokurorluqlarının əməkdaşları, eyni zamanda Respublika Baş Prokurorluğunun idarə rəisi Ramil Məcidov və Baş Prokurorun köməkçisi Elnur Eyvazov da iştirak ediblər.

Şamo Əliyev

Abşeron rayon Prokurorluğunda Regional müşavirə keçirilib
Abşeron rayon Prokurorluğunda Regional müşavirə keçirilib
Abşeron rayon Prokurorluğunda Regional müşavirə keçirilib
Abşeron rayon Prokurorluğunda Regional müşavirə keçirilib

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır