Sakinlərin çoxsaylı müraciətlərini nəzərə alan Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Mehdi Hüseyinzadə küçəsindən, şəhərin 2 və 9 nömrəli tam orta məktəblərinə , Rayonun Mərkəzi Xəstəxanasına sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması üçün yeni alternativ yol çəkilir. Küçənin uzunluğu 290 m, mövcud eni isə ortalama 4 m idi. Bundan əvvəl küçənin ensiz olması, uzun müddət təmir edilməməsindən yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması, piyadaların normal və təhlükəsiz şəkildə hərəkətinin təşkili üçün səkilərin olmaması, vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Lakin xanım başçının tapşırığı ilə yenidən qurulan küçədə artıq sadalanan problemlər tam olaraq aradan qaldırılaçaq.
Layihəyə uyğun küçə boyu qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Rayon rəhbərinin xüsusi nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan işlər çərçivəsində genişləndirilmiş küçə boyu 700 kv.m yeni hasarlar tikilib, 1150 kv.m suvaq işləri aparılıb. Küçə boyu hər iki istiqamət üzrə 1.5 m enində yeni piyada səkiləri olaçaq, 290 p/m yeni səki daşı, 300 kv.m tamet düzüləçək. 1990 m2 sahəsi asfaltlanaçaq, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb, dirəklər quraşdırılaçaq.
Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilir, köhnələri isə tamamilə təzələnir.
Uzunluğu 290 m, eni isə 8-12 metr olan küçədə hazırda sürətlə və keyfiyyətlə yenidənqurma işləri aparılır.
Şamo Əliyev