Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsindən Absheronxeber.az-a verilən məlumata görə,daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 18 iyun 2014-cü ildə verdiyi əmri ilə Abşeron rayon Polis Şöbəsinin rəisi Namiq İsmayılov tutduğu vəzifədən azad edilərək Binəqədi polisinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin bir başqa əmri ilə Xacmaz rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli isə Abşeron polisinin rəisi vəzifəsinə təyinat alıb.
Baş redaktor: Şamo Əliyev