Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
23-06-2014, 16:04 Oxunub: 1966

Abşeronda dövlət qulluqçularının peşə bayramı qeyd olundu

Abşeronda dövlət qulluqçularının peşə bayramı qeyd olundu

2014-cü il 23 iyun tarixdə Abşeron rayon İcra Hakimiyyətində 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Abşeron rayon İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcov tədbir iştirakçılarını salamladı, dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edərək bu günün yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dövlət qulluğunun baza və prinsiplərinin yaranması ilə bağlı göstərdiyi böyük xidmətləri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunun qeyd edilməsi, qüvvəyə minməsi və digər hüququ aktlara dair imzladığı qanun, fərman və sərəncamlar barədə geniş məlumat verdi. O, qeyd etdi ki, bu sahədə çalışmaq böyük məsuliyyətdir. Hər bir dövlət qulluqçusu möhtərəm Prezidentimizin etimadına layiq çalışmalı, dövləti təmsil etdiyini, vətəndaşların hüquqlarının qorunması üçün onların üzərinə böyük məsuliyyət düşdüyünü hiss etməlidir.Rayon rəhbəri cənab Zakir Fərəcov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə ölkəmizdə hər il 23 iyun dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunduğunu, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlarını davam etdirildiyini və aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın Beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətlənməsindən ibarət olduğunu bildirdi.Hələ ötən illərdə dövlət qulluqçuları ilə bağlı ölkədə bir neçə sənəd Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə qəbul edildiyini söylədi. Belə ki, Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini əldə etməklə beynəlxalq münasibətlərdə inamla fəaliyyətə başlamış və beynəlxalq birliyin tam hüquqlu üzvü kimi regionda və dünyada gedən proseslərin aktiv iştirakçısına çevrilmişdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 21 iyul 2000-ci il tarixində “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi olmuşdur. Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur. Yekunda rayon rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunda çalışanlara göstərilən diqqət və qayğıya görə rayonda çalışan dövlət qulluqçuları adından öz dərin minnətdarlığını bildirdi.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən fəxri fərmanlar,1-nəfərə ev,işində fərqlənən bəzi dövlət qulluqçularına isə pul mükafatı təqdim olundu.

Baş redaktor: Şamo Əliyev
XƏBƏR LENTİ
Dünən, 15:08 | Abşeronda əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artırDünən, 14:52 | “Alovlu Abşeron” festivalı möhtəşəm konsert proqramı ilə yadda qalıb - FOTOLAR21-08-2019, 13:13 | "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı20-08-2019, 16:07 | İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO19-08-2019, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİ19-08-2019, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi19-08-2019, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıb19-08-2019, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilib19-08-2019, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?19-08-2019, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər19-08-2019, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ19-08-2019, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?19-08-2019, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”19-08-2019, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq19-08-2019, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub19-08-2019, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım16-08-2019, 09:58 | DTV-Abşeronda 6 ayın yekunlarına dair hesabat yığıncağı keçirilib