Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Lider qadınlarının şəbəkəsi”nin yaradılması

Tarix:11-06-2019, 01:07

“Lider qadınlarının şəbəkəsi”nin yaradılması

10 iyun 2019–cu il tarixində Abşeron rayonu Saray qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbdə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində “Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək “Lider qadınlarının şəbəkəsi”nin yaradılması” adlı tədbir keçirildi. Layihənin əsas tərəfdaşı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

Tədbirdə giriş sözü ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov çıxış edərək, tədbirin mahiyyəti və layihənin vacibliyi haqqında danışdı. O bildirdi ki, bu ilin sonunda ölkədə keçiriləcək bələdiyyə seçkilərində Abşeron rayonunun sakinləri, xüsusiylə də qadınlar və gənclər bu prosesdə daha aktiv vətəndaş mövqeyini nümayiş etdirməlidirlər.

Daha sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova çıxış edərək 2019-cu il bələdiyyə seçkiləri öncəsi qadınların aktivliyi və bu strukturun idarəçiliyində təmsilçiliyinin vacibliyi haqqında danışdı. Sədaqət Qəhrəmanova qadınların cəmiyyətimizdəki mövqeyini daha da möhkəmlətmək istiqamətində atılan müvafiq addımlar, görülən işlər çərçivəsində təşkil olunan belə tədbirlərdə onları fəallıq göstərməyə çağırıb, həmçinin onların qərarvermə prosesi və yerli özünü idarəetmədə iştirakının artırılması məqsədiylə icra olunan layihələrdə aktiv iştirakın və əməkdaşlığın əhəmiyyətini qeyd etdi. Sonda isə “17 məqsəddən ibarət olan “Dayanıqlı İnkişaf Məqsədləri” anlayışının 5-cisi – “Gender Bərabərliyi” mövzusu yerinə yetirilməzsə, digərlərinin əhəmiyyəti olmayacaq” deyərək, bir daha qadınların qərar qəbuletmə və idarəetmə proseslərində aktiv iştirakının vacibliyinə toxunan Sədaqət xanım çıxışını “Vəzifəyə varlanmaq üçün yox, cəmiyyətdə olan problemləri həll etmək üçün gəlirlər” cümləsi ilə tamamladı.

Daha sonra “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri və “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin rəhbəri xanım Lyudmila Xəlilova layihə haqqında ətraflı və dolğun məlumatı özündə əks etdirən təqdimatla çıxış etdi. Layihənin əsas məqsədi “Effektiv və gender yönümlü yerli özünü idarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir” deyən Lyudmila xanım məqsədlərə çatmaq üçün qarşıya qoyulan vəzifələr, fəaliyyətlər və əldə olunacaq nəticələr haqqında ətraflı məlumatı auditoriyanın diqqətinə çatdırdı. Layihə koordinatoru eyni zamanda Qadınların seçkilərdə iştirakı və bələdiyyələrdə təmsilçiliyini zəiflədən problemlərə də toxunub.

Həmçinin tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri xanım Rəna Mirzəzadə “Dayanıqlı İnkişaf və yerli idarəetmədə iştirakçılıqda gender amili: müasir çağırışlar” mövzusunda tədbir iştirakçıları qarşısında çıxış edib. İlk öncə belə bir layihənin icra olunmasını çox yüksək qiymətləndirən professor çıxışına bu cür davam etdi: “Bu layihədə görülən işlər və təşkil edilən tədbirlər ona görə əhəmiyyətlidir ki, mövzunun kökündə “Gender”, “Dayanıqlı İnkişaf Məqsədləri” və “Azərbaycan” sözləri var. Məlumdur ki, seçkilər yaxınlaşır və burada iştirak üçün hər bir addım məsuliyyətli olmalı, hər bir qadın həm ailəsinin münasibətini, həm öz öhdəliklərini, həm də ki üzərinə götürəcəyi məsuliyyət haqqında düşünməlidir. 18 yaşı tamam olmuş gənc qızların seçkilərdə iştirak etmək hüququnun olduğunu xatırladan ekspert “Seçkilərdə fəal seçici olub, mütləq səsvermə hüququndan istifadə etməlisiniz” deyərək sözünə yekun vurdu.

Görüşdə Saray qəsəbə bələdiyyəsinin üzvü və 3 №-li tam orta məktəbin derektoru, Abşeron YAP Qadınlar Şurasının sədri Təyyibə Hüseynova, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, Pirəkəşkül bələdiyyəsinin sədri Qəndab Orucova, Saray Qəsəbə bələdiyyəsinin sədri Natiq Tahirov, YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Mirzəzadə və Saray Bələdiyyəsinin üzvü Təranə İsmayılzadə çıxış edərək müzakirə olunan mövzu ətrafında fikirlərini açıqladılar.

Tədbirin sonunda iştirakçılarla interaktiv sual-cavab sessiyası aparıldı, eyni zamanda bələdiyyə seçkiləri və idarəçiliyində qadın iştirakçılığını gücləndirən tədbirləri, təklifləri müəyyənləşdirmək məqsədiylə sorğu keçirildi.

Şamo Əliyev

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var