Abşeron qəzetinin yeni sayı
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
18-11-2014, 14:40 Oxunub: 1942

Dövlət və bələdiyyə torpaqlarında tikilən qanunsuz evlər söküləcək

Dövlət və bələdiyyə torpaqlarında tikilən qanunsuz evlər söküləcək

Yeni qərar 2013-cü il yanvarın 1-dən sonra tikilən evləri əhatə edir.

Azərbaycanda tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Fövqəladə Hallar Nazirliyi tərəfindən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçiriləcək.

Absheronxeber.az apa-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda əksini tapıb.

Mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir.

Barəsində məlumatlandırma icraatının tətbiq olunduğu mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə dövlət nəzarəti yalnız həmin tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsi istiqamətində həyata keçiriləcək.

Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilərkən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 1 yanvar 2013-cü ildən sonra başlanılmış və tikinti mərhələsində olan hər hansı tikinti-quraşdırma işlərinin aparılması aşkar edildikdə, həmin obyektin sökülməsi barədə Agentlik tərəfindən qərar qəbul ediləcək.

Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyi, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyi müəyyən edildikdə, həmin tikinti obyektlərində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Agentlik qərar qəbul edəcək.

Obyektdə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq istismara hazırlıq aktı tərtib olunacaq.

Həmin akt sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanacaq və tikinti obyektinin istismarına icazənin verilməsi barədə sifarişçinin müraciətinə əlavə olunaraq, müvafiq yerli icra hakimiyyəti orqanına təqdim ediləcək. “İstismara hazırlıq aktı”nın forması Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq ediləcək.
XƏBƏR LENTİ
16:54 | Abşeronda müharibə əlillərinə, veteranlara və şəhid ailələrinə qurban əti paylanılıb 11:58 | Xırdalan şəhərinin daha bir küçəsinə asfalt salınır 16:59 | Layihənin müddəti sona çatsada “İcma əsaslı sosial reabilitasiya mərkəzi”nin fəaliyyəti davam edəcək. 16:41 | Xırdalanda "Dinamik Təhsil" layihəsinə start verildi. 16:51 | Uşaqlar üçün "Qoğalın nağılı" tamaşası 18:29 | Abşeronun 70 yaşlı sakini Rasim Əhmədovun yubileyi qeyd edildi 17:20 | Bağçada “Qırmızı Papaq” nağılı səhnələşdirilib 12:57 | “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Abşeron rayonunun Masazır kəndində 12:52 | Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılacaq. 11:56 | İradə Gülməmmədova vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi 19:38 | Abşeron sakininin 90 illik yubileyi təntənəli qeyd olundu 19:05 | Mehman Mustafayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olundu. 13:56 | İradə Gülməmmədova Digah kəndində vətəndaşları fərdi qaydada qəbul etdi. 20:23 | Türkiyənin nümayəndə heyəti xanım başçısı ilə görüşdü 14:17 | Abşeronda ağsaqqallar, ziyalılar və din xadimləri ilə görüş keçirildi 16:09 | Ceyranbatanda çoxmənzilli binaların əsaslı təmirinə başlanılıb-FOTOLAR 14:53 | Xırdalanda qazıntı işləri aparılan küçələrə asfalt döşənir-Fotolar 18:38 | Abşeronda xalça emalatxanasının tikintisi davam etdirilir. 18:18 | Xanım başçı növbəti dəfə vətəndaşları fərdi qaydada qəbul edib 18:08 | Xırdalanda bu bağçalarda təmir işlərinə başlandı-FOTOLAR 13:14 | Xırdalanda yaradılan nümunəvi məhəllələrin sayı artır 14:29 | İradə Gülməmmədova Novxanıda vətəndaşları fərdi qaydada qəbul etdi.