Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
18-07-2019, 15:55 Oxunub: 480

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə Xırdalanda sahibkarlarla işgüzar forum keçirilib.Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinin əldə edilməsi mexanizmi barədə geniş məlumat verilib, Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan zeytunçuluq, zəfərançılıq, üzümçülük təsərrüfatlarının, badam bağının, logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon barəsində ətraflı məlumat verib. Abşeronun həm sənaye, həm də kənd təsərrüfatı rayonu olduğunu bildirən başçı qeyd edib ki, bütün ölkədə olduğu kimi, rayon ərazisində də sahibkarlığın inkişaf etdirilməsi istiqamətində vətəndaşlar üçün lazım olan şərait yaradılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda və Bakı qəsəbələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövründə 573 sahibkarın ümumi dəyəri 183 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 52 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-dən çox iş yerinin yaradılmasına imkan verir.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev aqrar sektorun inkişafı istiqamətində görülən işlər, bu sahədə sahibkarlığın rolu, fermerlərə verilən güzəştlər və subsidiyalar barədə danışıb.

İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 15 sahibkara Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük, quru meyvə, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 100-dən çox iş yerinin açılmasına imkan yaradacaq.

Ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 677,6 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Xırdalan şəhərində güzəştli kredit ayrılmış ət kəsimi və emalı müəssisəsinin fəaliyyətinə və quru süd istehsalı müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi

Abşeron rayonunda sahibkarlarla görüş keçirildi
XƏBƏR LENTİ
Dünən, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİDünən, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndiDünən, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıbDünən, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilibDünən, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?Dünən, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlərDünən, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİDünən, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?Dünən, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”Dünən, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıqDünən, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olubDünən, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım16-08-2019, 09:58 | DTV-Abşeronda 6 ayın yekunlarına dair hesabat yığıncağı keçirilib16-08-2019, 09:47 | İnsanı həmişə cavan saxlayan hormonun SİRRİ: mütləq bunları edin!16-08-2019, 09:38 | Ağrını hiss edən və özünü bərpa edən robot "əl" hazırlanıb15-08-2019, 15:45 | Kətan toxumu - daim gənc qalmağın sirri15-08-2019, 15:43 | Nə üçün 1 yaşına qədər uşaqlara bal vermək olmaz?