Abşeron qəzetinin yeni sayı
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
11-01-2020, 09:46 Oxunub: 2 200

Abşeron ağsaqqalları Prezidentə müraciət etdi

Abşeron ağsaqqalları Prezidentə müraciət etdi


Məlum olduğu kimi, dünən cənab Prezident İlham Əliyev “Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Prezident İlham Əliyevin bu sərəncamı bütün Abşeron sakinlərini sevindirib. Minlərlə Abşeronlu və rayon ağsaqqalları sosial şəbəkələr vasitəsi ilə öz təşəkkürlərini biliriblər. Onlaran bir neçəsini diqqətinizə çatdırırıq.

Abşeron rayonunda yolların salınması istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən rayon ağsaqqallar şurasının sədri Nadir Ağayev Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonun kənd və qəsəbələrinin inkişafı üçün atılan addımları xüsusi qeyd edib:

Sizin gördüyünüz işlər göz qabağındadır. Son illərdə nəinki bizim rayonda, bütün Azərbaycanda görülən işlərin hamısını biz televizorda müşahidə edirik, görürük, nə cür yollar çəkilir, hansı işlər görülür. Son zamanlar Sizin göstərişinizlə, fərmanlarınızla, sərəncamlarınızla insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Eyni zamanda, şəhərlərdə, qəsəbələrdə, o cümlədən bizim rayonda çox böyük işlər görülür, hamısı göz qabağındadır, su təsərrüfatını, yol təsərrüfatını demək olar. Son vaxtlar bizim rayonda da çox yollar çəkilir. Qəsəbə daxili yollar çəkilib, köhnə yollar bərpa edilib. Bu da sakinlərimizin yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verir. Son iki ayda sizin Abşeron rayonunda yolların əsaslı şəkildə yenidən qurulması üçün imzaladığınız 3 sərəncam əlbəttə ki, insanların yaşayışına və rifahına böyük kömək olacaq. Sizə cansağlığı arzulayırıq. Biz Sizin daxili və xarici siyasətinizi bəyənirik. Biz bunu hər dəfə təkrar edirik və həmişə biz Sizin arxanızda böyük bir qüvvə kimi dayanmağa hazırıq.

Masazır sakini, kənd ağsaqqalı Rasim Əhmədov: “Masazır kəndində Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov və Akim Abbasov küçələrinin əsaslı təmiri ilə bağlı imzaladığı sərəncama görə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm".

Qobu sakini, qəsəbə ağsaqqalı Ədalət Ağayev: " Hörmətli cənab Prezident, əvvəla, rayon sakinləri və ağsaqqalları adından Sizə minnətdarlığımızı bildiririk. Sözün açığı, qəsəbimizin bir neçə küçəsinin əsaslı təmiri ilə bağlı Sərəncamınızı gözləmirdik. Bir anlıq şok yaşadım. Bəlkə də bunun bir səbəbi Abşeron rayonunun 8 ildir dövlətdən dotasiya almamsı və qəsəbə daxili yolların təmrinin bələdiyənin balansında olması idi. Bu yollar bizim üçün önəmli olduğundan çox sevinirik. Allah da Sizi sevindirsin və bütün arzularınıza çatdırsın."

Saray sakini, qəsəbə ağsaqqalı Tahir Ağası: “Hörmətli cənab Prezident, qəsəbəmizin Mikayıl Müşviq küçəsinin əsaslı təmiri ilə bağlı Sərəncamınıza görə Sizə minnətdarlıq etməyi öz vətəndaşlıq borcum sayıram. Bu yol minlərlə ailəni narahat edirdi. Sizin humanist addımınızla problem həllini tapmış oldu, verdiyiniz humanist, sosialyönümlü qərarlar Sizin siyasətinizdə xalq və vətəndaş amilinin ən öndə dayandığını göstərir. Bu Sərəncam demək olar ki, hər bir Abşeronlu ailəsinə sevinc bəxş etdi”.

Mehdiabad sakini, qəsəbə ağsaqqalı Qurban Həsənov: “Qəsəbəmizin Qara Qarayev, Cəfər Cabarlı, Əhməd Cavad və Çingiz Mustafayev küçələrinin əsaslı təmiri məqsədilə 2020-ci il yanvarın 9-da imzaladığınız Sərəncamınıza görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.Cənab Prezident, Abşeronda aparılan abadlıq-quruculuq işlərindən çox məmnunuq. Sizə uzun ömür, möhkəm cansağlığı diləyir, gələcək işlərinizdə uğurlar arzu edirik. Yeni iliniz mübarək olsun.”

Ceyranbatan sakini, qəsəbə ağsaqqalı Akif Mirzəyev : “Qəsəbəmizin əsas yolunun, ulu öndərin adını daşıyan Heydər Əliyev küçəsinin təmiri məqsədilə verdiyiniz Sərəncam bizi çox sevindirdi. Bu yolun əsaslı təmirinə görə Sizə dönə-dönə təşəkkür edirik. Bu yol bizim ailələrin, uşaqların, qocaların, xəstə insanların narahatçılığına son qoyacaq. ”
XƏBƏR LENTİ
Dünən, 16:45 | İradə Gülməmmədova ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdüDünən, 16:34 | Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib20-01-2020, 12:59 | Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb19-01-2020, 23:02 | Xırdalanın bu bağçasında uşaqlara 20 Yanvar faciəsi haqqında məlumat verilib19-01-2020, 14:35 | Körpə fidanlar şəhidləri yad etdilər18-01-2020, 12:24 | Abşeronda 20 Yanvar hadisələrində şəhid olan insanların ailələri və əlilləri ilə görüş keçirildi18-01-2020, 09:55 | Lənkəran musiqi məktəbi Xırdalanda konsert proqramı ilə çıxış edib17-01-2020, 16:53 | İradə Gülməmmədova Qobu qəsəbəsində növbəti qəbul keçirdi17-01-2020, 16:35 | Abşeronda 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsinə 147 ağac əkildi – FOTO16-01-2020, 19:39 | 20 Yanvar faciəsinin ildönümü Xırdalan şəhərində də silsilə tədbirlərlə qeyd olunur16-01-2020, 19:03 | Nazilə Məmmədova 55 illik yubileyi münasibəti ilə təltif olundu16-01-2020, 18:59 | Qobuda “Şəhidlik-əbədilik zirvəsidir” adlı tədbir keçirilib15-01-2020, 19:05 | Abşeronda “20 Yanvar faciəsi uşaqların gözü ilə” adlı sərgi nümayiş olundu15-01-2020, 18:17 | Mehdiabadlı məktəblilər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar15-01-2020, 17:48 | Xırdalan məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib13-01-2020, 11:57 | Qəbula gələnlər Prezidentə təşəkkür etdi – ABŞERONDA11-01-2020, 12:17 | İradə Gülməmmədova Mehdiabad qəsəbəsinin təmir olunacaq küçələrinə baxış keçirdi11-01-2020, 09:46 | Abşeron ağsaqqalları Prezidentə müraciət etdi10-01-2020, 14:59 | İradə Gülməmmədova Pirəkəşkül kənd sakinləri ilə növbəti dəfə görüşdü9-01-2020, 16:56 | Prezident Abşeronun 4 qəsəbəsinin yolu üçün pul ayırdı - SƏRƏNCAM8-01-2020, 19:00 | İradə Gülməmmədova yolların təmir və bərpa işləri ilə tanış olub8-01-2020, 14:46 | Masazır qəsəbəsində təbii qaz təchizatı bərpa olunub YENİLƏNİB