Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyev: “Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”

Tarix:23-09-2020, 14:24
Baxış Sayı:110

Prezident İlham Əliyev: “Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”

Ermənilər uzun illər Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi üçün mübarizə aparıblar. Bu mübarizəni Sovet İttifaqı zamanı da əhəmniyyətli şəkildə davam etdiriblər. Lakin onların bu çirkin niyyətlərini həyata keçirməyə mane olan əsas amil – Heydər Əliyev amili idi. Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.
Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilibdi. Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafı ölkəmizə qarşı nifrətlə yaşayırdı. Ermənilər Qorbaçovu tamamilə əla alaraq onların xeyrinə qərarlar verdirməyə nail oldular.
“Böyük qardaş”ın kürəyimizə sancılan böyük xəcəri...
Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi. Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar. Qeyd edək ki, Volskin bu fəaliyyəti müqabilində erməni lobbisi tərəfindən “mükafatlandırıldı. Onun sonradan Rusiya Sahibkarlar İttifaqına rəhbərlik etməsinin təsadüfi olmadığı hər kəsə aydındır. Azərbaycanın o zamankı rəhbərliyi isə bütün bunlara göz yumurdu. Sözsüz ki, xalqın tale yüklü məsələsində, milli maraqlarına göz yummaq xalqa, vətənə xəyanətdir.
Sovet İttifaqının 366-cı alayı azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır. Azərbaycan xalqı bu faktları heç vaxt unutmayacaq. Hər kəsə aydırdır ki, vaxtilə “böyük qardaş” adlandırılan dığımız ruslar 366-cı alaya əmr verərək kürəyimizə böyük xəcər keçirdi.
Ermənilərin dəyişməz xisləti
Ermənistanda yaradılan siyasi şoudan, yəni Paşinyanın guya xalq tərəfindən hakimiyyətə gətirilməsindən sonra erməni xalqında nikbinlik yaransa da sonradan gösləntilərin puç olduğu aydın oldu. Çünki bugünkü rəsmi İrəvan ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.
İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu. Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdi. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdi. O, Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdi. Amma görünən odur ki, ermənilərin xisləti dəyişən deyil.
Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişdilər. Bu gün onların da çıxışlarında Azərbaycan üçün ümidverici ciddi fikirlər eşitmək mümkün deyil.
Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etmədi. Bütün bunlar Paşinyan üçün bir şans idi ki, danışıqlar masasına əyləşərək ortaq məxrəcə gəlsin.
Amma indi Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir? Çünki özünün Azərbaycan əsgəri qarşısında aciz qalacağını çox gözəl anlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AzTV, İctimai və Real televiziyalarına verdiyi müsahibəsində sözügedən məsələyə toxunaraq bunları deyib: “Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır”. Dövlət başçısı qeyd edib ki, müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir? Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur”.
Paşinyanın hakimiyyət komandası necə formalaşır?
Hər kəsə bəllidir ki, bu gün Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb.
Ermənistanda iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Amma həmin təşkilatlar Azərbaycana qarşı ikili standartlarla çıxış edirlər. Deməli burda maraqlar var və bu təşkilatlar öz beynəlxalq missiyalarını kənara qoyaraq birbaşa və açıq şəkildə erməniləri müdafiə edirlər. Ermənistanda baş verənlərə göz yummaq, elə onların müdafiəsinə qalxmaq kimidir.
Paşinyan nə üçün təxribatlara əl atır?
Ermənistanın bugünki hakimiyyəti tez-tez təxribatlara əl atır. Qeyd etmək lazımdır ki, hazırda Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Bunun özü ən böyük təxribatlardan biridir. Növbəti təxribat birbaşa Paşinyanın çıxışlarıdır. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Belə fikirlər ölkəmizin milli maraqlarına tamamilə ziyandır. Minsk qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildiriblər. Görünən odur ki, ermənilər məqsədli şəkildə bu açıqlamalarla çıxış edirlər ki, hazırkı status-kvonu hələ bir müddət də davam etdirsinlər.
Ermənistanın növbəti təxribarı işğal edilmiş torpaqlarda məskunlaşdırma aparmasıdır. Rəsmi İrəvan bu addımı bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər. Ona görə də beynəlxalq qurumlar bu faktlara biganə qalmamalı və Ermənistanın bu əməlinə “DUR” deməlidirlər.
Qədim tarixi şəhərimiz olan Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribatdır, açıq təhqirdir. Dünya ictimaiyyəti onların bu addımlarına susmamalı və erməniləri bu kimi əməllərindən çəkindirməlidirlər.
Növbəti təxribat hərbi təlimlərlə bağlıdır. Düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirilməsi açıq şəkildə güc nümayişi göstərmək, müharibə cəhdirdir. İyul hadisələri isə artıq 6-cı, açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub. İyul təxribatından sonra avqust tayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub.
Öz müsahibəsində Ermənistanın təxribatlarına toxunan Prezident İlham Əliyev bildirib ki, onların məqsədi danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Ona görə də Prezident haqlı olaraq hesab edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir: “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir . Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”. Prezident qeyd edib ki, Rəsmi Bakının bir şərti var: “Onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu , BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.
Ermənistan Azərbaycan üçün daim təhlükə mənbəyidir
Bu gün görünən odur ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onlar tərəfindən təmas xəttinə yaxın ərazilərdə qüvvələrinin cəmləşdirilməsi müşahidə olunur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Ermənistan təcavüzkar dövlətdir. Onlar terrorizmə sponsorluq edən ölkədir. Rəsmi İrəvan bizim üçün daim təhlükə mənbəyidir.
Prezident İlham Əliyev öz müsahibəsində sözügedən məsələlərə diqqət çəkərək bunları söyləyib: “Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.
Gürcü familiyaları altında gizlənən etnik ermənilər Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vurmağa çalışırlar
Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi xalqımızın milli maraqlarına heç bir halda cavab verə bilməz. Azərbaycan Prezidenti mövcud problem, sual, narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar verir. Məsələ ilə bağlı dövlət başçmısı bunları deyib: “Serbiya və Rusiya prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim. Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar”.
Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Bu sözsüz ki, gürcülərin də milli maraqlarına ziyandır.
“Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur” – deyən dövlət başçısının sözlərinə görə, Rəsmi İrəvan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə mövqe sərgiləyib.
Ermənistanda islamofobiya dövlət siyasətidir
Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Ölkəmizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib. “Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin. Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq?”- deyə dövlət başçısı qeyd edib.
Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. Bu siyasətin nəticəsidir ki, bütün dünyada ermənilərin müsəlmanlara qarşı təzyiqləri, addımları müşahidə olunur.
“Bu, təsadüfidir, ya təsadüfi deyil- Ermənistan özü baş çıxarsın”
Bu günün reallığı Ermənistanın uğursuz ölkə olduğunu deməyə əsas verir.
İqtisadiyyatları çöküb, bazar məhdud, əhalisi azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Müsəlman ölkələrinin burda hansı marağı ola bilər? İnvestisiya qoyula biləcək rentabelli bir dənə də olsun sahə yoxdur.
“Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm” – deyən Prezident İlham Əliyev söyləyib ki, Azərbaycan da həmişə Türkiyənin yanındadır və bütün məsələlərdə Türkiyənin yanında olacağıq: “Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir”.
Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artıb. Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə, eləcə də regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir. Öz müsahibəsində bu məsələyə toxunan dövlət başçısı qeyd edib ki, Naxçıvanda təlimlər keçirilib və o təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak edib: “Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil- Ermənistan özü baş çıxarsın”.
Naxçıvandan İrəvana 70 kilometr məsafə var
Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif qapıları döyüb yardım istəyirlər. Ermənilər hər kəsə Bakı ilə İstanbulun qardaşlıq münasibətlərini əsas gətirərək kömək istəyirlər. Bəli, Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək.
“Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır” – deyən Prezident İlham Əliyevin sözlərinə görə, 1990-cı illərin əvvəllərində xəyanət nəticəsində torpaqlarımız itirilib: “O vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Abşeronun bu qəsəbəsi də abadlaşır – VİDEOREPORTAJ
Abşeronun bu qəsəbəsi də abadlaşır – VİDEOREPORTAJ
“Qobu” Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib
“Qobu” Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib
Abşeronda növbəti reyd keçirildi
Abşeronda növbəti reyd keçirildi
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Ermənistan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir
Ermənistan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir
BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
Prezident İlham Əliyev: “Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”
Prezident İlham Əliyev: “Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür
“Metsamor” AES dünya və region üçün böyük təhlükədir
“Metsamor” AES dünya və region üçün böyük təhlükədir
Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisini dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevirib
Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisini dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevirib
Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir
Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
1 və 23 saylı bağçaların fəaliyyətə başlaması üçün hazırlıq işləri görülüb
1 və 23 saylı bağçaların fəaliyyətə başlaması üçün hazırlıq işləri görülüb
Ənənəvi olmayan yeni dərs ili, yeni vəzifələr...
Ənənəvi olmayan yeni dərs ili, yeni vəzifələr...
Deputat karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib - Foto
Deputat karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib - Foto
Bir qrup deputat Milli Amputant Futbol Komandasının heyətini səfərə yola salıb
Bir qrup deputat Milli Amputant Futbol Komandasının heyətini səfərə yola salıb
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Abşeronlu şagird yazı müsabiqəsinin qalibi oldu
Abşeronlu şagird yazı müsabiqəsinin qalibi oldu
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi