Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Erməni xalqı Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaq”

Tarix:17-11-2020, 17:50
Baxış Sayı:91

“Erməni xalqı Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaq”

“Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi”.

Bunu Prezident İlham Əliyev Füzuli rayonunda səfərdə olarkən deyib.

Dövlət başçısı bildirib ki, bu qələbə göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq:

“Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?!”

Abşeronda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Abşeronda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Zəfər Gününün tarixi dəyişdi - 8 Noyabr
Zəfər Gününün tarixi dəyişdi - 8 Noyabr
Vətən müharibəsində şəhid olanların sayı açıqlandı - Rəsmi
Vətən müharibəsində şəhid olanların sayı açıqlandı - Rəsmi
Prezident xüsusi sessiyada çıxış etdi
Prezident xüsusi sessiyada çıxış etdi
"QARABAĞIN GƏLƏCƏYİ İLƏ BAĞLI ARTIQ İLK ADDIMLAR ATILIR"
Bu şəxslər dekabrın 2-dən hərbi xidmətdən tərxis edilir - Sərəncam
Bu şəxslər dekabrın 2-dən hərbi xidmətdən tərxis edilir - Sərəncam
Vətən müharibəsinə görə təltifetmə bu qayda ilə olacaq
Vətən müharibəsinə görə təltifetmə bu qayda ilə olacaq
Şəhid ailələrinə 11 min manat veriləcək - Rəsmi açıqlama
Şəhid ailələrinə 11 min manat veriləcək - Rəsmi açıqlama
İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama
İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama
Prezident İlham Əliyev xalqa müraciət edib - Video
Prezident İlham Əliyev xalqa müraciət edib - Video
COVID–19 əleyhinə təbliğat tədbirləri Abşeronun kənd və qəsəbələrini də əhatə edir
COVID–19 əleyhinə təbliğat tədbirləri Abşeronun kənd və qəsəbələrini də əhatə edir
Xırdalan dairəsi yaxınlığında dəmiryol körpüsünün tikintisi başa çatıb - FOTO
Xırdalan dairəsi yaxınlığında dəmiryol körpüsünün tikintisi başa çatıb - FOTO
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO
Türk minaaxtaranlar Qarabağda əməliyyata başladı
Türk minaaxtaranlar Qarabağda əməliyyata başladı
Distant təhsil müddəti bu tarixədək uzadıldı
Distant təhsil müddəti bu tarixədək uzadıldı
Ordumuz Vətən müharibəsini bu çətinliklərlə qazandı
Ordumuz Vətən müharibəsini bu çətinliklərlə qazandı
Ermənistan prezidenti də Paşinyanı istefaya çağırdı
Ermənistan prezidenti də Paşinyanı istefaya çağırdı
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan təmizlənir
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan təmizlənir
AZTV - Abşeronda karantin rejiminə nəzarət tədbirləri gücləndirilib
AZTV - Abşeronda karantin rejiminə nəzarət tədbirləri gücləndirilib